İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

Ata və Oğul


Şeyxlərdən biri dərslərinin birində özünün oğlu ilə arasında yaşanmış çox hüzünlü həyat hekayəsini danışır.

Zövcəm birinci uşağımızı dünyaya gətirəndə mənim hələ 30 yaşım yox idi. O gecə hələ də gözlərim önündədir... Bütün gecəni, adətim üzrə, dostlarımla küçədə keçirdim. Gərəksiz söhbətlərdən başqa bir şeydən ibarət deyildi. Yadımdadır, həmin gecə onları çox güldürmüşdüm. Hədsiz insanları yamsılamaq bacarığım vardı. Səsimi yamsıladığım şəxsin səsinə eyniylə bənzədirdim. Lağ-lağılarımdan heç kəs, hətta dostlarım belə əmin deyildi. Bəziləri dilimdən qurtulmaq üçün məndən uzaqlaşmağa yönəlirdilər. Həmin gecə, mağazanın qarşısında bir kor dilənçini necə ələ saldığımı xatırlayıram. Ayağım önünə qoyaraq yıxılmasına səbəb oldum. Aciz-aciz başını ətrafa çevirməyə başladı...
Adətim üzrə evə gec getdim və zövcəmin məni gözlədiyini gördüm. Dəhşətli halda, titrək səslə mənə dedi: “Rəşid...harda idin?” Kinayəli şəkildə: “Harda olacam, Marsda?! Təbii ki, dostlarımla idim”-deyə cavab verdim. O əldən düşmüş görünürdü, göz yaşlarını saxlayaraq mənə dedi: “Rəşid mən çox halsızam, deyəsən uşaq tezliklə gələcək.” Göz yaşları üzünə süzülürdü. Xanımıma qarşı etinasız olduğumun fərqinə vardım. Bütün bu gecələr, əsasən də doqquzuncu ay, küçələrdə gəzməli deyildim, onun qayğısına qalmalı idim. Onu xəstəxanaya apardım və o, doğum otağında uzun müddət ağrılar içərisində qaldı. Doğuş ağır keçsə də səbr ilə gözləyirdim. Yorulana qədər gözlədikdən sonra evə getmək qərarına gəldim. Xəbər etsinlər deyə nömrəmi xəstəxanada qoydum.
Təqribən bir saat sonra məni Səlim ilə muştuluqladılar. Həmin dəqiqə xəstəxanaya yollandım və çatar çatmaz doğum həkimini görməyimi tövsiyə etdilər. “Nə həkim? Mən sadəcə Səlimi görmək istiyirəm!”- deyə qışqırdım. “Öncə həkimə müraciət edin”- dedilər. Həkimlə görüşdükdə mənimlə kədərli danışdı. Oğlumun gözlərində ciddi qüsur olduğunu öyrəndikdə sarsıldım və beləliklə o görməyəcəkdi. Mağazanın önündə yıxdığım kor dilənçini xatırladım. SubhənAllah! Nə əkərsən onu da biçərsən. Zövcəm kədərli deyildi, çünki Allahın hökmünə inanmışdı və razılıq göstərirdi. O məni tez-tez, başqalarını yamsılamaqdan çəkindirirdi! Haqlı olaraq o buna yamsılama yox, qeybət deyirdi.
Əslində mən Səlimə çox da diqqət yetirmirdim, özümü elə aparırdım sanki o bizimlə bir evde deyil. O bərkdən ağlamağa başlayanda rahat yatmaq üçün qonaq otağına keçirdim. Zövcəm isə onun qayğısına qalırdı, onu çox sevirdi. Ona nifrət etməsəm də, sevə də bilmirdim. Səlim ilk dəfə iməklədikdə zövcəmin sevinci hədsiz idi. Artıq iki yaşına az qalmış o gəzməyə çalışdı, və bu zaman biz anladıq ki, o həmdə şikəstdir. Mən nə qədər ondan uzaqlaşsam da, zövcəm ona bir o qədər şəfqət göstərirdi. Hətta Əli və Xalid dünyaya gəldikdən sonra belə.
İllər keçdi... Vaxtımın çoxunu dostlarım ilə keçirirdim, əslində mən onların əlində bir oyuncaq kimi idim, onları istədikləri vaxt əyləndirirdim. Zövcəm daim mənim düzəlməyim üçün çalışırdı. Mənim düz yola gəlməyim üçün həmişə dua edirdi. O mənim düşüncəsiz hərəkətlərimə heç vaxt əsəbləşmirdi. Lakin qardaşlarına şəfqət göstərdiyim halda Səlimə soyuq davranmağım onu çox kədərləndirirdi. Səlim böyüdü. Zövcəm onu əlillər üçün xüsusi məktəbə yazdırmaq istədiyni deyəndə mən qarşı çıxmadım.
Həqiqətən də, vaxtın necə keçdiyini hiss etmirdim, bütün günlərim eyni keçirdi. Günlərim yalnız: iş, yatmaq, yemək və dostlarla gəzişməkdən ibarət idi. O günə qədər... Cümə günü səhər saat 11-də yuxudan durdum, bu mənim üçün tez idi. Mən toya cağrılmışdım, buna görə də geyindim, ətirləndim və artıq çıxmağa hazırlaşırdım. Keçərkən Səlim diqqətimi çəkdi, o hönkürtü ilə ağlayırdı. Doğulduğu gündən bu yana ilk dəfə idi ki onun ağlamağı diqqətimi çəkirdi... “Gedim, yoxsa qalıb onun dərdi ilə maraqlanım?”, deyə düşündüm. Yox, mən onu belə vəziyyətdə necə tərk edə bilərdim axı?! “Səlim, niyə ağlıyırsan?”, deyə soruşdum. Səsimi eşitdikdə ağlamağı kəsdi və kiçik əlləri ilə ətrafında nəsə axtarmağa başladı. Məni özündən uzaqlaşdırmaq istədiyini anladım. “İndimi yadına düşdüm? On il əsrzində sən harda idin?”,deyərək otağına girdi. Onun arxasınca otağına keçdim. Öncə ağlamağının səbəbini demək istəməsə də, onunla mülayim danışıb könlünü ala bildim.
Qardaşı Əli onu məscidə, cümə namazına aparmalı idi, lakin hələ gəlməmişdi və o qorxurdu ki, əgər geciksə məsciddə birinci səfdə dura bilməyəcək. O, Öməri, anasını çağırmışdı, lakin heç kim cavab verməmişdi. O buna görə ağlayırdı. Onun bağlı gözlərindən necə yaşlar axdığını gördüm. Sonra dedim: “Səlim... Mən bilmədim məni bunu deməyə nə vadar etdi, “Səlim, hüzünlənmə...Sən bilirsənmi bügün səni məscidə kim aparacaq?” “Əlbəttə ki, Əli , mən onun hara getdiyini bilmək istiyirəm”, dedi. Mən dedim: “Yox Səlim, bügün səni mən aparacam.” Səlim çox təəcübləndi, buna inana bilmədi. O elə bildi ki, mən onu aldadıram. Gözləri doldu və ağlamağa başladı. Onun göz yaşlarını sildim və əlindən tutdun sıxdım.

Onu məscidə maşınla aparmaq istədim. O istəmədi və dedi, “Ata, məscid yaxındadı. Mən gəzə-gəzə getmək istəyirəm.” Sonuncu dəfə məscidə nə vaxt getdiyimi xatırlamırdım...və sonuncu dəfə nə vaxt səcdə etdiymi də. İlk dəfə idi ki, mən buna görə qorxu və peşmançılıq hiss edirdim. Uzun illər ərzində bütün bunlara etinasız yanaşdığıma görə çox peşman idim. Məscid insanlarla dolu olsa da, Səlim üçün ilk səffdə yer tapa bildim. Cümə xütbəsinə qulaq asdıq, sonra onunla bir yerdə namaz qıldım.
Namazdan sonra Səlim məndən Quranı ona verməyimi xaiş etdi. Mən təəcübləndim. O kor olduğu halda necə oxuya bilərdi? Onun bu istəyini mənasız görürdüm, lakin xətrinə dəyməmək üçün istəyini yerinə yetirdim. O məndən Quranda Kəhf surəsini açmağımı istədi. Onun istədiyini etdim. Quranı məndən aldı, öz önünə qoydu və surəni oxumağa başladı... SubhənAllah! O bütöv surəni əzbər bilirdi. Mən özümdən utandım və Quranı əlimə götürdüm. Dodaqlarımın titrədiyini hiss edirdim... Oxudum və yenə oxudum. Allaha məni bağışlaması və hidayət etməsi üçün dua etdim. Bu dəfə ağlayan mən oldum. Mən kədərdən ağladım, boş şeylərə xərclədiyim vaxta görə peşman oldum. Hiss etdiyim tək şey, üzümə uzanan və göz yaşlarımı silən kiçik əllər idi. Səlim göz yaşlarımı silirdi...
Biz evə qayıtdıq. Zövcəm Səlimə görə çox qorxmuşdu, lakin mənim Səlim ilə birlikdə cümə namazı qıldığımı öyrənəndə bu qorxu sevinc göz yaşlarına çevrildi. Bu hadisədən sonra mən heç vaxt məsciddə qılınan camaat namazlarını buraxmadım. Pis dostlarımı tərk etdim, məsciddə özümə təzə dostlar tapdım. Onlarla birgə keçirdiyim vaxtda imanın şirinliyini hiss etdim. Onlardan məni bu fani dünya həyatından uzaqlaşdıracaq şeylər öyrəndim. Mən heç vaxt zikr məclislərini buraxmırdım... və gecə namazlarını da. Ayda bir neçə dəfə Quranı başdan ayağa oxuyurdum. Mən həmin o insan idim ki, bunları illərdi tərk etmişdim... Dilim daim Allahı zikr edirdi, bəlkə Allah mənim günahlarımı və insanları ələ salmağımı bağışlayar. Ailəmə daha yaxın olmağa başlamışdım. Zövcəmin gözlərindəki qorxu və narahatlıq artıq yox olmuşdu. Səlimin üzündən gülüş əksik olmurdu. Onu görən hər kəsə elə gəlirdi ki, sanki bütün dünya və içindəkiləri ona verilmişdi. Allahın bizə bəxş etdiyi nemətlərinə görə ona çoxlu dua və şükr etdim.
Yeni dostlarım bir gün dəvət məqsədilə uzaq bir yerə səyahət etməyə qərar verdilər. Mən ilk öncə tərəddüd etdim, sonra istixarə namazı qılıb zövcəmlə məsləhətləşdim. İmtina edəcəyini düşündüyüm halda əksi oldu! O buna çox sevindi və hətta mənə təkan verdi. Səlimə getdim və ona da bu səyahət barədə dedim, məni kiçik qollarının arasına aldı və mənə elə gəldiki əgər bacarsaydı mənim alnımdan öpərdi. Bundan sonra Allaha təvəkkül etdim, və Allaha həmd olsun hər şey öz qaydası ilə gedirdi.
Üç ay yarım evdən uzaq oldum. Bu ərəfədə vaxt tapan kimi zövcəmə zəng edirdim və uşaqlarımla danışırdım. Onlar üçün çox darıxmışdım, ən çox da Səlim üçün! Onun səsini eşitmək istəyirdim, getdiyim gündən bəri sadəcə onunla danışa bilməmişdim. Mən zəng etdikdə o, ya məktəbdə olurdu, ya da məsciddə. Həmişə zövcəmlə danışanda ona Səlimi öpməsini və mənim salamımı ona çatdırmasını deyirdim. O mənə sevincək və şən gülüşlə cavab verirdi, sonuncu zəngim istisna... Bu dəfə mən onun gülüşünü eşitmədim. Səsi dəyişmişdi. Ona dedim, “Mənim salamımı Səlimə çatdır”. “İnşəAllah”,- dedi.
Nəhayət evə qayıtdım, qapını döydüm. Ümid edirdim ki, qapını açan Səlim olacaq... Lakin önümdə hələ dörd yaşı tamam olmayan Xalidi gördükdə təəcübləndim. Mən onu qucağıma aldım, o isə dayanmadan qışqırırdı, “Ata, Ata!”. Bilmirdim nəyə görə, evə girəndə ürəyim sıxılmağa başlamışdı. Şeytanın şərindən Allaha sığındım. Zövcəmə yaxınlaşdım və hiss etdim ki onun üzündə nəisə dəyişiklik var. Ona yaxından baxdım, üzündə həmin illər öncə olan o hüznü gördüm. “Səni sıxan nədir?”, deyə soruşdum. O, “Heçnə”, dedi. Birdən Səlim yadıma düşdü, “Səlim hardadır?”, deyə soruşdum. Başını aşağı saldı və cavab vermədi. O anda Xalidin səsini eşitdim... O səs hələdə mənim qulağımda cingildəyir...“Ata, Səlim cənnətə, Allahın dərgahına getdi.” Zövcəm buna dayana bilməyib ağlayaraq otağı tərk etdi.
Sonra öyrəndim ki, Səlim mənim gəlməyimə iki həftə qalmış ağır xəstəliyə tutulub... Onu xəstəxanaya aparıblar. Xəstəliyi getdikcə ağırlaşıb, ta ki ruhu onun bədənini tərk edənə qədər... Baş verənlərin Allahın qədəri və sınağı olduğunu anladım. Mən anladım ki, bütün baş verənlər, Allah Subhanəhu və Təala’nın qədəri və imtahanı idi. Mən hələdə onun göz yaşlarımı silən əllərini hiss edirəm. Məni qucaqlayan qollarını... Səlim üçün necə də darıxıram, kor və şil olan... Yox, O kor deyildi! Əksinə kor olan mən idim! Pis dostların əhatəsində olarkən... Və o doğru yola yönələrkən də şikəst deyildi!
Onun tez-tez təkrarladığı sözü hələdə xatırlayıram, “Allah sonsuz mərhəmət sahibidir.” Səlim... bir vaxtlar sevgisindən uzaq durduğum... İndi anladım ki, mən onu qardaşlarından daha çox sevirdim. Çox ağladım... və hələdə buna görə hüzünlüyəm... Necə hüzünlü olmaya bilərəm? O mənim hidayətimə vəsilə oldu.
vatsap və facebookda paylaşaq dostlarımızda oxusun

Oxşar xəbərlər
Cinin yanması
İmami-Qazali, imami Kuteybədən o da Bəni-Kə'əbdən bir şəxsdən hekayət edir. Xurma satmaq üçün Bəsrə şəhərinə bir məhəlləyə gəldim. Kirayə qalmaq üçün bir ev tapdım. İçərisində hörümçəklər yuva qurmuşdu. Bu evi sahibindən kirayə qalmaq üçün istədim.

Yuxuda İmam Əli(ə.s) qulağına Bəsmələ oxudu
Bismillah. 'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.' "Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və

Yuxuda İmam Əli(ə.s) qulağına Bəsmələ oxudu
Bismillah. 'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.' "Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və

Minbərə qalxarkən əvvəl İmam Hüseynə (ə) salam verirəm
Bir gün Ayətullah Mirvaridin mənzilində olduğumuz vaxt Ayətullah Behcət buyurdu: "Rəşt şəhərinin xətiblərindən biri belə nəql edirdi: Minbərə qalxarkən əvvəl İmam Hüseynə (ə) salam verirəm. Əgər salamımın cavabını versə, moizəmi davam edirəm. Amma

Salavat - Mələvan
SALAVATİ - MƏLƏVANIN HƏDİSİ Bir şəxs Sultan Mahmud Səbuktəkinin yanına gəlib dedi: - Bir neçə müddət idi ki, istəyirdim Allahın Rəsulunu yuxuda görüm və öz qəm-kədərimi ona danışım. Bir gecə bu səadət mənə qismət oldu və Həzrətin mübarək kamil



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 5
    Qonaqlar: 5

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---