Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları
Cavab (2)
movlan
2 movlan ★ Administrator ★ 24 oktyabr 2021 19:55
ÜSULİ-DİN


Üsuli-din beşdir.
1. Tovhid - yəni Allah birdir, təkdir, yeganə Alla- hın varlığma inanmaq.
2. Ədl - yəni Allah ədalətlidir, onun zülm və haqsız- lıqdan uzaq olduğuna inanmaq.
3. Nübüvvət - yəni birinci peyğəmbər Həzrət Adəm (ə.) sonuncu peyğəmbər Həzrət Mühəmmədə (s.) qədər insanlarm hidayəti, təkamülə çatması, habelə onlara haqq yolun göstərilməsi üçün göndərilmiş yüz iyirmi dörd min (124 min) peyğəmbərə inanmaq.
4. İmamət - yəni İslam Peyğəmbərinin (s.) haqq ca- nişinləri olan on iki (12) imama inanmaq.
5. Məad - yəni ölümdən sonrakı həyata - axirət aləminə, nizam-tərəziyə, sorğu-suala, qiyam-qiyamətə, cənnət və cəhənnəmə inanmaq.
Üsuli iman: üsuli iman ikidir. 1. Ədalət. 2. İmamət


FÜRUİ-DİN


Fürui-din ondur.
1. NAMAZ - İslam dininin təməli namazdır. Hər müsəlman iyirmi dörd saat ərzində on yeddi (17) rəkət vacib namazı qılmalıdır.
Peyğəmbəri-Əkrəmin (s.) öz ümməti üçün gətirdiyi ilk vacib əməl namazdır. Bu əməl ölüm ayağına qədər insanın boynundan götürülməmiş və yetkinlik həddinə çatan hər bir kəs onu yerinə yetirməlidir.
2. ORUC - İslamın zəruri, vacib hökmlərindən biri Ramazan ayında oruc tutmaqdır. Oruc haqqında İslam Peyğəmbəri (s.) qısa cümlədə belə buyurmuşdur: «Oruc tutun ki, sağlam olasınız».
3. XUMS - hər bir müsəlman illik xərclərindən ar- tıq qalan hissəsinin beşdən birinin yarısmı yoxsul seyid- lərə, o biri yarısını isə İmama (ə.) və İmam (ə.) Qeybdə olduğu dövrdə isə müctəhidlərə verməlidir.
4. ZƏKAT - İslam dininə görə 9 şeydən - arpa, buğda, xurma, kişmiş, dəvə, inək, qoyun, qızıl- gümüşdən (risalədə yazılmış şərtlərlə) zəkat verilməli- dir. Bu zəkat yoxsullara, məişətini təmin edə bilməyən- lərə və s. işlərə sərf olunur.
5. HƏCC - Özlərinin və ailələrinin xərcini ödəyən- dən sonra Məkkədə Allahın evini - Kəbəni ziyarət et- məyə imkanı olan şəxs həcc əməlini yerinə yetirməlidir (Bu əməl insana ömründə bir dəfə vacibdir).
6. CİHAD - Müsəlman şəxs dinini, namusunu hi- mayə edərək cihad vəzifəsini yerinə yetirməlidir.
7. ƏMR BE MƏRUF - Hər bir müsəlman öz ai- ləsini, din bacı-qardaşlarını vacib əməllərə, xeyir və bəyənilən işlərə dəvət etməlidir. Bu müqəddəs hökmün nəticəsində bütün fəsadlardan təmiz bir cəmiyyət yara- nar.
8. NƏHY ƏZ MÜNKƏR - hər bir müsəlman mə- nəviyyat, insani keyfiyyətlər və səciyyəvi xüsusiyyətlərlə dolu bir cəmiyyət yaratmaq üçün bacardığı qədər çalı- şıb, müqəddəs şəriətdə haram və qadağan olan əməllə- rin qarşısını almalı, insanları çirkinliklərdən çəkindir- məlidir.
9. TƏVƏLLA - Allahın dostları ilə dost olmaq.
10. TƏBƏRRA - Allahın düşmənləri ilə düşmən olmaq vacibdir.
movlan
1 movlan ★ Administrator ★ 24 oktyabr 2021 19:28
https://imameli.az/islam/464-suliddin-haqqnda.html
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.