Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları
Salam Aleyküm Qardaş. Menim 16 yawim var. Daha onceler etdiyim agir gunahlar var idi. Amma Allaha cox wukur o pisliklerden qurtuldum. Namaz qilmaq isdeyirem ama ders ve mewgelelerimin ucbatinnan dogurdan da hew vaxtim qalmir. Allah yol verse olmemiwden qabaq Allahin Mene ferz qildigi o emiri haqqi ile yerine getirerem. Axiretin zamani haqda cox adam cox wey deyirler sizce 2027ci ilkimi dequq deyen bele var bu hal dogrudurmu? ve axir zaman haqda tam dequq hedis ve ya bir revayet ve ya Ayetlerden melumat verersiniz?
Cavab (1)
admin
1 admin ★ Administrator ★ 2 noyabr 2019 00:56
Va aleykum salam. Allahın bizim üçün seçdiyi ən mükəmməl olan İslam dini asanlığı buyurur. Bu dində çətinlik yoxdur. Uca Allah bu xüsusda buyurur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir" (əl-Bəqərə, 185).

Həmçinin buyurur: "O, sizi seçdi və ata­nız İb­rahi­min dinində oldu­ğu kimi, bu dində də sizin üçün heç bir çə­tin­lik yarat­madı" (əl-Həcc, 78).

İbn Kəsir bu ayənin təfsirində demişdir: "Yəni, Uca Allah bizə yalnız gücümüz çatan ibadətləri buyurmuşdur. Gücümüz çatmayan əməlləri isə asanlaşdırmaqla bizə çıxış yolu qoymuşdur." (Təfsir İbn Kəsir, (5/455).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Həqiqə­tən, din asan­dır. Dini çətinləşdirən elə bir kimsə yoxdur ki, (din) onu üstələməsin. Elə isə doğ­ru yol tutun, (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona) ya­xın­laşın, (qazandığınız savaba) sevinin, sə­hər-ax­şam və gecənin bir vaxtında (Allah­dan) kömək diləyin" (əl-Buxari, 39).

Namaz qılmaq heç də çox vaxt aparmır. Uca Allah bizə gün ərzində beş vaxt namazı vacib etmişdir. Bu namazlardan ən uzunu 5-6 dəqiqə çəkir. Bütün namazlar isə birlikdə 30 dəqiqədən də az vaxt ərzində yerinə yetirilir. Allaha ibadət etməyə tələsin, Allahın hüzuruna namazla, ibadətlə çıxmağımız üçün vaxt itirmədən namaza başlayın.

Axirətin nə zaman baş verəcəyinə gəlincə, bunu Uca Allahdan başqa heç kəs bilmir. Uca Allah bu barədə buyurur: "Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: "Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir". Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: "Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir"" (əl-Əraf, 187).
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.