Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qariə surəsinin ərəbcə oxunuşu və tərcüməsi.

Qariə surəsinin ərəbcə oxunuşu və tərcüməsi.
+1
  • 01 yanvar 2025
  • Bölmə: Quran
  • Baxış: 199
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

əl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəs. 101-ci surə


Qeyd. Oxunuşda qoşa nöqtədən əvvəl olan saitlər uzaldılmalıdır.


1. Əl qariəh.
1.Ürəkləri dəhşətə salan qiyamət!

2. Məl qariəh.
2.Nədir qiyamət?!

3. Vəmə: ədra:kə məl qariəh.
3.Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!

4. Yəumə yəku:nun nə:su kəlfəraşil məbsus.
4.O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);

5. Və təku:nul cibə:lu kəl ihnil mənfu:ş.
5.Dağlar isə didilmiş yun kimi olacaqdır!

6. Və əmmə: mən səqulət məvazi:nuh.
6.(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə,

7. Fəhuvə fi: i:şətir radiyəh.
7(Cənnətdə) xoş güzəran içində olacaq!

8. Və əmmə mən xaffət məvazinuh.
8.Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,

9. Fə ummuhu hə:viyəh.
9.Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!

10. Vəmə: ədra:kə mə:hiyəh.
10.Sən nə bilirsən ki, o (Haviyə) nədir?!

11. Nə:run hə:miyəh.
11.O çox qızmar bir atəşdir!

1-İmam Baqir (ə) buyurdu: Hər kəs Qariə surəsini çox oxusa, Allah-taala onu dünyada Dəccalın fitnəsindən, onun dəvətini qəbul etməkdən, və Qiyamətdə Cəhənnəm çirkinliklərindən yaxud onun yandırıcı istisindən amanda saxlayar.

2-Übəyy ibn Kəbin nəql etdiyi hədisdə yazılıb ki, hər kəs Qariə surəsini oxusa, Allah Qiyamətdə buna xatir onun əməl dəftərini ağır edər.
Hər hansı mühüm mətləb üçün əl-Qariə surəsini yüz səkksən dəfə oxusun, təcrübə olunub. Əgər onun məişəti (güzəranı) ağır keçirsə, bu surəni yazıb özündə saxlasa, ruzisi çoxalar, inşaallah.
Hər hansı zəruri hacətin üçün bu surəni yazıb özündə saxlasın.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
بِسۡمِ اللهِ الرَّحۡمٰنِ الرَّحِيۡمِ

اَلۡقَارِعَةُ ۙ‏

مَا الۡقَارِعَةُ​ ۚ‏

وَمَاۤ اَدۡرٰٮكَ مَا الۡقَارِعَةُ ؕ

يَوۡمَ يَكُوۡنُ النَّاسُ كَالۡفَرَاشِ الۡمَبۡثُوۡثِۙ‏

وَتَكُوۡنُ الۡجِبَالُ كَالۡعِهۡنِ الۡمَنۡفُوۡشِؕ‏

فَاَمَّا مَنۡ ثَقُلَتۡ مَوَازِيۡنُهٗ ۙ

فَهُوَ فِىۡ عِيۡشَةٍ رَّاضِيَةٍ ؕ‏

وَاَمَّا مَنۡ خَفَّتۡ مَوَازِيۡنُهٗ ۙ‏

فَاُمُّهٗ هَاوِيَةٌ ؕ‏

وَمَاۤ اَدۡرٰٮكَ مَا هِيَهۡ ؕ‏

نَارٌ حَامِيَةٌ
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.