Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İstixarə necə edilir.

İstixarə necə edilir.
+4
  • 13 may 2018
  • Bölmə: Quran
  • Baxış: 19 417
  • Şərhlər: 0
  • Müəllif: imameli.az
Mətndə qrammatik səhv var?
İstixarə necə edilir.


İstixarənın hansı növləri var? Necə edilir?

İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: “İki rükət namaz qıl və Allahdan xeyir istə. Şübhəsiz ki, Allah onun üçün xeyir və yaxşılıq qərar verəcəkdir”. Həzrət (ə) başqa yerdə buyurur: “Allah Təala buyurur: Bəndəmin bədbəxtliyindəndir ki, bir iş görsün və Məndən xeyir istəməsin”. İstixarə edilən şey Allahın bizə vacib buyurduğu və ya haram buyurduğu məsələlərlə bağlı olmamalıdır. İstixarə edən insanın zahiri və batini pak və pakizə olmalıdır. O kəsin ki, paltarı nəcis olar və batini şəklk-şübhə ilə dolu olar, istixarə etməyə layiq deyildir.

İstixarənin növləri:

1.Dua ilə istixarə etmək.

Cabir ibni Abdullah deyir: “Rəsullah (s) istixarəni bizə öyrətmişdi. Quranda bizə surə öyrətmiş və buyurmuşdu: "Sizlərdən hər kim bir işə qəsd edərsə, vacib namazdan başqa iki rükət namaz qılsın, sonra desin:
“اللّهمّ انّى‏ استخیرك بعلمك، و استقدرك بقدرك، و اسالك من فضلك العظیم، فانّك تقدر و لا اقدر، و تعلم و لا اعلم، و أنت علاّم الغیوب، اللّهمّ ان كنت تعلم هذا الامر و تسمیّه خیرا لی فی دینى و معاشى و عاقبة امرى فاقدره لی، و یسّره لی، و بارك لی فیه، و ان كنت تعلم انّه شرّ لی فی دینى و معاشى و عاقبة امرى فاصرفه عنّى، و اصرفنى عنه، و اقدر لی الخیر حیث ما كان، و رضّنى به”

2. Qurani-Kərimlə istixarə etmək.

İmam Sadiq (ə) buyurur: “Nə zaman Qurani-Məciddən istixarə etmək istəsən, Bismilləhir-Rahmənir-Rahimdən sonra de:
“اللّهم إن كان فی قضائِكَ و قَدَرِكَ‏ ان تمنّ على شیعة ال محمّد صلّى اللّه علیه و آله بفرج ولیّك و حجّتك على خلقك فاخرج إلینا آیة من كتابك نستدلّ بها على ذلك
Ondan sonra Quranı aç və 6 vərəq say və 7-ci vərəqin 6-cı sətri haqqında olanları düşün”.

3. Kağız parçaları üzərinə yazılar üzrə istixarə.

Kafidə Məsumların (ə) birindən nəql edilir ki, həmin İmam (ə) səhabələrindən birindən soruşur ki, bir işi görmək istəyən zaman və ona görə məsləhətləşməyə bir nəfər tapmayanda nə edirsən?". Sonra buyurur ki,Allahınla məsləhətləş. Deyir: Necə məsləhətləşim? Hacət və istəyini qəsd et və iki vərəqin birinə “yox” və o birisinə də “hə” yaz. Onları iki gül yumağına qoy. Sonra iki rükət namaz qıl və ətəyinin altına qoy. Sonra de:
“یا اللّه انّى اشاورك فی امرى هذا و أنت خیر مستشار و مشیر، فاشر علىّ بما فیه صلاح و حسن عاقبة”
Sonra əlini ətəyinin altına apar və birini götür. Əgər orada ”hə” olarsa, həmin əməli yerinə yetir, əgər “yox” olarsa, yerinə yetirmə”.

4. Təsbehlə.

İmam Sadiq (ə) buyurur: “Bir dəfə "Fatihə" və 3 dəfə "İxlas" surəsini oxu. Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər. Sonra de:
“ اللّهمّ انّى اسالك بحقّ الحسین و جدّه و أبیه و امّه و اخیه و الائمّة من ذرّیّته ان تصلّى على محمّد و آل محمد و ان تجعل لی الخیرة فی هذه السّبحة و ان ترانى ما هو الاصلح لی فی الدّین و الدّنیا، اللّهمّ ان كان الاصلح لی فی دینى و دنیاى و عاجل امرى و اجله فعل ما انا عازم علیه فامرنى و الاّ فانهنى انّك على كلّ شی‏ء قدیر.
Sonra təsbihdən bir qədər götürüb sayırsan və deyirsən:
“ سُبحانَ اللَّهِ وَ الْحُمْدُ لِلَّهِ، وَ لا الهَ الاَّ اللَّهُ
Həmin tutduğun təsbehin axırına qədər. Əgər təsbehin son dənəsi “Sübhənallah” olarsa, həmin əməli yerinə yetirməməkdə ixtiyar sahibisən. Əgər “Əlhəmdulillah” olarsa, bu əmrdir və yerinə yetirə bilərsən. Əgər “Lə iləhə İlləllah” olarsa, onu yerinə yetirmə”.
Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir ki, mən bəzən bir iş görürəm, ancaq sonra peşman oluram. İmam (ə) buyurur: “Bəs niyə istixarə etmirsən?". Buyurdu: "Sübh namazından sonra əllərini üzünün istiqamətində tutursan, deyirsən: “Allahım sən bilirsən və mən bilmirəm. Sən qeybdən xəbərdarsan, ona görə də Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və o şey ki, mənim iradə və əzmimdədir, xeyir və bərəkət qərar ver. Sonra səcdə et və yüz dəfə de:
“(استخیر اللَّه برحمته، استقدر اللَّه فی عافیة بقدرته
Bundan sonra sənin hacətin gələr. Hər bir halda sənin xeyrin ondadır. Allahı etdiyin şeydə müttəhim etmə”.
Bunu nəzərə almaq lazımdır ki, istixarədə hədəf işini Allaha tapşırmaqdır. Ondan yardım istəyirsən, özünü Allahın qarşısında aciz və ehtiyaclı hesab edirsən.

Əgər bir kəs bir işi yerinə yetirmək istəsə və yaxud istəməsə bu ayəni oxusun:
"Əfəhəsibəlləzinə Kəfəru ən yəttəxizu ibadi min duni əvliyai inna əətədna cəhənnəmə lil kafirinə nuzulən" (Kəhf-102). Sonra desin: "Allahumə səlli əla Muhəmmədin və ali Muhəmməd və ərini bəyazən və humrən."və yuxulasın.
Əgər yuxuda ağ bir şey görsə, o işi yerinə yetirin, amma əgər yuxuda qırmızı və yaxud qara şey görsə, o işi etməsin.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.