Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ayət namazının qılınma qaydası

Ayət namazının qılınma qaydası
+1
  • 29 oktyabr 2023
  • Bölmə: Namaz
  • Baxış: 552
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Ayət namazı 2 rükətdir və hər rükətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyət etdikdən sonra təkbir deyib bir həmd və hər hansısa tam bir surə oxuyaraq rükuya getsin, rükudan qalxıb yenə həmd və bir surə oxuyub rükuya getsin. Bunu beş dəfə təkrar etdikdən sonra 5-ci rükudan qalxıb iki səcdə etsin, ikinci rükəti də eynilə birinci rükət kimi qılsın, sonra təşəhhüd oxusun və salam versin vəssalam.

Əlavə məlumat üçün.


Ayət namazında niyyət, təkbir və həmddən sonra mümkündür ki, insan bir surəni beş yerə bölüb bir ayə, ya ondan çox, ya ondan az ayə oxuyaraq rükuya getsin, qalxıb həmdi oxumadan surənin 2-ci bölümünü oxuyub yenə rükuya getsin və bu qayda ilə beşinci rükudan qabaq surəni tamamlasın. Məsələn: “Qul huvəllah” surəsini oxumaq qəsdilə, “Bismillahir-Rəhmanir-Rəhim” deyib rükuya getsin, sonra qalxıb “Qul huvəllahu əhəd” deyərək ikinci dəfə rükuya getsin, sonra qalxıb “Əllahus-səməd” deyib yenidən rükuya getsin qalxıb “Ləm yəlid vələm yuləd” deyib rükuya getsin, sonra rükudan qalxıb növbəti dəfə “Vələm yəkun ləhu kufuvən əhəd” deyib rükuya getsin sonra rükudan qalxıb 2 səcdə etsin. 2-ci rükəti də eynilə birinci rükət kimi yerinə yetirsin, 5-ci rükudan sonra 2 səcdə yerinə yetirsin və təşəhhüd oxuyub salam versin. Həmçinin, surəni 5-dən az hissəyə də bölmək olar, amma onu hər vaxt tamamlasa, sonrakı rükudan qabaq həmd oxuması lazımdır və ondan sonra gərək bir surə, ya bir surənin bə`zi hissəsini oxusun.

Əgər ayət namazının bir rükətində beş dəfə həmd və surə oxusa, o biri rükətdə isə həmd və surəni beş yerə bölüb oxusa eybi yoxdur.

Əlavə məlumat üçün "Tövzihul-məsail" fiqhi əməllərin risaləsinə müraciət edə bilərsiz, müvəffəq olun.

Əlavə

Ayət namazı 4 şey vasitəsilə vacib olur:

-Günəşin tutulması.

-Ayın tutulması; onlardan az bir miqdar tutulsa və heç kim qorxmasa da.

-Zəlzələ; heç kim qorxmasa da.

-Göy gurultusu, ildırım, qara-qırmızı küləklər və bu kimi səma hadisələri, camaatın əksərinin qorxduğu surətdə.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.