Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ömər bin Xəttab İmam Əli(ə.s) qızı ilə ailə qurubmu?

Ömər bin Xəttab İmam Əli(ə.s) qızı ilə ailə qurubmu?
+7
Mətndə qrammatik səhv var?
Ömər bin Xəttab İmam Əli(ə.s) qızı ilə ailə qurubmu?

Ömər bin Xəttab və Ümmü-Gülsüm binti Əli-nin nigahı! Həqiqət? Ya iftira?
Əvvəla onu qeyd edək ki, bu elə bir məsələdir ki, mənbələrimizdə bununla bağlı müxtəlif nəzərlər mövcuddur. Lakin bu rəvayətlərin ümumi möhtəvasına nəzər saldıqda bu rəvayətlərin iki hissəyə ayrıldığını görürük:
1) Bir hissə rəvayətlər bundan ibarətdir ki, İmam Əli (ə) qızı Ümmü-Gülsümü Ömərə vermiş, lakin bu iş məcburiyyət üzündən baş vermişdir.
2) İkinci qism rəvayətlər isə bundan ibarətdir ki, Əli (ə) qızı Ümmü-Gülsümü Ömərə verməmişdir.

Birinci nəzərin, yəni Həzrəti Əli (ə)-ın qızını Ömərə məcburiyyət üzündən verməsinin mümkünlüyü barəsində, həm Əhli-Sünnə, həm də Əhli-Şiənin mənbələrində bir çox rəvbayətlər mövcuddur. Əhli-Şiə mənbələrində nəql olunan bu rəvayətlərə gəlincə, əvvəla bu rəvayətlər arasında ixtilaflar vardır, ikincisi bu rəvayətlərin sənədləri zəifdir.
Buna misal olaraq mənbələrimizdə nəql olunan bu rəvayətlərdən bir neçəsini qeyd edirik: Ömər ibn Ədinə İmam Sadiq (ə)-dan soruşdu: "Camaat deyir ki, İmam Əli (ə) öz qızını Ömərə ərə verib.” İmam Sadiq (ə) hirslənərək ayağa qalxdı və buyurdu: "Sübhanəllah! Bunu deyən səhv edir. İmam Əli (ə) öz qızını qorumağa qadir idi. Onlar bunu uydurublar.” ("Nasixul-Təvarix”, c.1, s. 408, Mirzə Muhəmməd Təqi Lisanul-Mulk.)
Həmçinin belə nəql olunmuşdur: "Ömər Həzrəti Əli (ə)-dan qızını isdədikdə, Həzrət belə buyurdu: "O hələ uşaqdır.” Ömər daha sonra Həzrəti Əlinin əmisi Abbasın yanına gedərək belə dedi: "Mənə nə olub? Bir qüsurummu var?” Abbas ibn Əbdul-Müttəlib: "Nə olub?” - deyincə, Ömər bu cavabı verdi: "Qardaşın oğlundan qızını istədim məni rədd etdi. Ama Allaha and olsun ki, "Zəmzəmi” əlinizdən alacağam (o zaman Zəmzəm və hacılara su verməklə vəzifəli şəxs Həzrəti Abbas idi). Sizə aid olan hər bir imtiyazı və ucalıq vasitəsi olan hər bir şeyi məhv edəcəyəm. Bunu bilsin ki, Onunçun iki yalançı şahid tutacağam ki, Onun (Həzrəti Əlinin) oğurluq etdiyinə dair şahidlik etsinlər və mən mütləq Ona "oğru” damğası vuraraq hər iki əlini kəsəcəyəm!!!” (Başqa bir rəvayətdə isə (nəuzu billah) zina etdiyinə şahidlik etsinlər deyir). Daha sonra Həzrəti Abbas, Həzrəti Əlinin yanına gələrək Ömərin söylədiklərini xəbər verdi və Həzrəti Əlidən Qızı Ümmü-Gülsümün vəkalətini ona verməsini istədi. Həzrəti Əli (ə)-da elə etdi.” ("Əl-Kafi”, c.5, s. 346.)

İndi isə Əhli-Sünnə mənbələrində nəql olunmuş bu rəvayətlərin bir neçəsinə nəzər salaq:

Əbu Ömər deyir: "Ömər Əlinin qızını almaq isdəyirdi, ama Əli (ə) dedi ki, o hələ çox cavandır (uşaqdır), lakin Ömər təkid edirdi. Əli dedi ki, mən qızı sizin yanınıza göndərərəm, əgər o sizin xoşunuza gəlsə deyin: "Mən razıyam”. Əli qızına bir parça verib dedi: "Bunu Ömərə apar və de: "Bu mən sizə dediyim həmən parçadır.” O, Ömərə bu sözləri çatdırdı və Ömər dedi: "Atana de ki, mən qəbul edirəm.” Sonra Ömər əlini qızın belinə qoydu. O dedi: "Siz bunu mənə edirsiz? Əgər xəlifə olmasaydız burnunuzu dağıdardım.” O evə gəlib atasına hər şeyi danışdı. Dedi ki, siz məni murdar bir insanın yanına göndərdiz. Əli (ə) dediki: "O sənin ərindir.” ( "Əsəd Əl-Qeybəh fi mərifətil-Səhabə”, c.5, s.367.)

"Əl-İsabə”, cild: 4, səh: 492-də isə bu xəbər cüzi bir fərq ilə belə nəql olunub: "Ümmü-Gülsüm Ömərə deyir: "Əgər siz xəlifə olmasaydız mən sizin üzünüzə tüpürərdim.”

Həmçinin "Tarixi-Xamis”, cild: 2, səh: 384, "Zikri-Ümmü-Gülsüm” və "Zəxairul-Uqba”, səh: 168-də belə nəql olunmuşdur: "Ömər Ümmü-Gülsüm ilə evlənmək isdədiyini Əliyə bildirdi. Əli (ə) dediki: "O hələ həddi buluğa çatmayıb.” Ömər dedi: "And olsun Allaha bu belə deyil, siz istəmirsiniz ki, mən onunla evlənim. O həddi büluğa çatmayıbsa onu mənim yanıma göndər baxım.” Əli (ə)-da qızına bir paltar verib, onu ömərə gösdərərək "bu nə üçündür?” – deyə soruşmasını istədi. O Ömərin yanına gələndə Ömər onun əlindən tutub zorla özünə tərəf dartdı. Ümmü-Gülsüm onu rahat buraxmasını istədi. Ömər ona dedi:Sən çox cəlbedici qızsan. Get atana de ki: Sən çox gözəlsən və O, sənin barəndə mənə düzünü deməyib. Bundan sonra Əli (ə) qızını Ömərə verdi.”

Xətib Bağdadi "Tarixi-Bağdad”, cild: 6, səh: 182-də belə nəql edir: "Əli (ə) qızına dedi ki, O, özünə yaxşı baxsın. O qızını Ömərin yanına göndərdi, Ömər Onu belindən qucaqlayıb öpdü. Sonra dedi: "Get atana de ki, mən çox xoşbəxtəm”. Ümmü-Gülsüm evə gələn kimi atasına: "Ömər məni zorla qucaqlayıb öpdü və sizə xəbər göndərdi ki, o çox xoşbəxtdir.”

Həmçinin "Tarixi-Bağdad”, cild: 6, səh: 182-də belə nəql edilir: "Nigahdan əvvəl Əli (ə) Ümmü-Gülsümə əmr etdi ki, özünə zinət vurub, bəzənib-düzənib Ömərin yanına getsin. Ömər onu görən kimi dərhal ona tərəf gəlib əlini onun baldırına sürtüb dedi: "Atana de ki, mən razıyam.”Ümmü gülsüm Həzrəti Əli (ə)-ın yanına gəldikdə, Həzrət (ə) Ondan (qızından) soruşdu: "Ömər nə dedi?” O dedi: "Məni yanına çağırıb öpdü, dayandım ayağımdan tutdu.”
Əhli-Sünnənin sair əksər mənbələrində isə bu rəvayət biyabırçı bir şəkildə belə nəql olunmuşdur:

"Ömər Əli ibn Əbu-Talibdən Ümmü-Gülsümü onunla nigahlamasını istədi. Həzrəti Əli (ə) isə: "O hələ kiçikdir” cavabını verdi. Ömər: "Ya Əbəl-Həsən! Onu mənimlə evləndir, kimsə mənim kimi onu qoruya bilməz.” O zaman Həzrəti Əli (ə): "Onu bir əba ilə yanıva göndərəcəyəm, güya sənə əbanı hədiyyə edirəm. Əgər qızı bəyənsən, Ona "əba gözəldir, bəyəndim” de. Sonra onu səninlə nigahlayaram.” Ümmü-Gülsüm Ömərin yanına gəldikdə, Ömər qıza: "Atana de ki, çox bəyəndim”, daha sonra əbaya baxmadan qızın ayağından yapışıb ətəyini qaldıraraq ətəyinin altına baxır. Bundan narahaqt olan Ümmü-Gülsüm: "Bunu mənə qarşı edirsən? Əgər sən xəlifə olmasaydın burnunu qırardım” – deyir. Və evə qayıdıb gəldikdə atasına: "Ey ata, Sən məni çox pis bir adamın yanına göndərdin! O heç əbaya baxmadı, sadəcə mənə baxırdı və ətəyimi qaldırdı” – deyə olanları anlatdı. Əli (ə) isə buna qarşı qızına: "Mən səni onunla nigahladım, o, artıq sənin ərindir.”-dedi.
Ömərin qızın ətəyini qaldırması məsələsi çox vəhşi bir hadisə olduğu üçün oxuyucunun qəlbində şübhə qalmasın deyə, bu hadisəni nəql etmiş Əhli-Sünnə mənbələrindən bir çoxunu qeyd edirik:
İbn Sə’d, "Təbəqat”, H:4620, yenə: c:8, s:462-465.
Zəhəbi, "Tarixi-İslam”, 2/255. (Müaviyə bölümündə)
Əsqəlani, "Əl-İsabə”, H:12233. Yenə: c:4, s:469.
İbn Əbdül-Birr, H: 4204.
İbn Əsir, "Usdul-Ğabə”, H:7578. Yenə: c:5
Ömər Rza Kəhhalə, "Aləmi Nisa”, 4/255.
Muhibuddin Təbəri, "Riyadun-Nadirə”, 2/80 "Səmti-Səmin” 133.
Diyarbəkri: "Tarixul-İslam”, 2/251-2.
İbn Quteybə, "Əl-Məarif”, 58...
Yaqubi, 2/40
İbn Əsir, "Əl-Kamil”, 2/537, 3/54, 3/206.
İbn Covzi, "Sifati-Səfvə”, 1/142-162, 2/5
"Əl-Müctəba”, 97.
Səmhudi, "Əl-Müsənnəf”, H:10354; Şövkani, "Dərrus-Səhabə”, 549.
Təbərani, "Mucəmi-Kəbir”, 9/173, (Əhlibeyt bölümü).
"Tarixi-Təbəri”, 5/19, 6/69.
Zəhəbi, "Təcridu-Əsma”, H:4049.
İbn Əsakir, "Tarixi Mədinəti Diməşk”, 3/179.
İbn Həbib, "Muhəbbər”, 53-56-101-399-437.
Müttəqi Hindi, "Kənzül-Ümmal”, H:37586.
Hakim, "Əl-Müstədərək”, 4/142.
Xəlil-Cüma, "Nisaul-Əhlil-Beyt”, 188-91.
Beyhəqi, "Dəlili-Nübuvvə”, 7/883.
Beyhəqi, "Əssunənul-Kubra”, c:7, s:63-64-144.

Bu Rəvayətlərdə heysiyyət və vicdan sahibi olan insanların əsla qəbul edə bilməyəcəyi bir çox iddia və isnadlar mövcuddur!


"Əli (ə) dedi ki, Qızımı sizə göndərəcəyəm, bəyənsən deyəsən razıyam”, qız Ömərin yanına gəldikdə isə, Ömər ona naməhrəm olan bir qızı zorla qucaqlayır və öpür, bu azmış kimi topuğundan tutaraq ətəyini qaldırıb ətəyinin altına baxır; qız isə narahat halda bu olanları atasına xəbər verdikdə, atası: "Qızım mən səni ona ərə verdim.” - deyir.
Hələ bu rəvayətlərin bəzisində Həzrəti Əli (ə)-ın qızına "bəzənərək” Ömərin yanına getrməsini əmr etdiyi, bəzisində qız Ömərin yanına gəldikdə, Ömər qızın ayağını açıb oxşadığını, bəzisində bağrına basdığını, bəzisində öpdüyünü nəql etmişdirlər. Halbuki, bütün mənbələr, o anda hələ nigah əqdinin gerçəkləşmədiyində müttəfiqdirlər!!!
Siz Ömərə, Ona naməhrəm olan bir qadına qarşı etdiyi bu hərəkətləri yaraşdıra bilirsinizmi? Əgər "Ömər belə bir şey etməz” deyirsinizsə, o zaman siz bu rəvayətlərin işinizə yarıyan hissəsini qəbul etmiş, işinizə yarımayan hissəsini isə inkar etmiş olursunuz!!!
Odur ki? Məşhur Əhli-Sünnə alimlərindən olan Sibt ibn Covzi belə deyir: "Allaha and olsun ki, bu iş çox pis işdir, əgər kənizdə olsa belə! Bundan əlavə bütün müsəlmanların qəbul etdiyiu məsələdir ki, naməhrəmə əl vurmaq caiz deyil. Onda necə bu işi Ömərə nisbət verirlər?!” "Təzkirətul-Xəvass”, s:288
Ey vicdan sahibləri! Əli (ə) kimi heysiyyət və qeyrət mədəni olan kəsin öz namusu haqqında belə yüngül davranmasına inanırsınızmı ki, (haşa) öz namusunu başqalarına peşkəş çəksin və hələ şəri nigahı oxunmadan namusuna qarşı bu cür davranılmasına göz yumsun və hətta buna vəsilə olsun?!
Siz öz namusunuza qarşı bu cür davranarsınızmı ki, təqva sahiblərinin rəhbəri olan Əmirəl-Muminin Əli (ə)-a bunu layiq görürsünüz?!
"Əli (ə) Ömərə dedi: Onu (Ümmü-Gülsümü) sənin yanına göndərəcəm, əgər bəyənsən onu səninlə nigahlayaram.”
Bizim inandığımız dində bu şəkildə qız isdəmə və bu şəkildə qızı ərə vermə yoxdur! "Qızını mənə göndər bəyənsəm alaram” – deyən bir kəsə, qızınızı (bu şəkildə) bəyəndirmək üçün göndərərsinizmi?
Bu davranış tərzi, günümzüdəki böyük insanların deyil, ən cahil insanların belə etməyəcəyi bir işdir.
Elə isə, normal bir insanın qəbul etməyəcəyi bir davranış tərzini, özünüzə rəva bilmədiyiniz və yaraşdıra bilmədiyiniz halda, necə olur möminlərin əmiri Həzrəti Əli (ə)-a bucür davranış tərzini yaraşdıra bilirsiniz?!

Qeyd:

Ümumiyyətlə Əhli-Sünnə mənbələrində nəql olunan bu rəvayətlərin heç biri, nə Səhihi-Buxaridə, nə də Səhihi-Müslimdə nəql olunmamışdır. Lakin əksər Əhli-Sünnə alimləri, mənbələrimizdə nəql olunan bir çox rəvayətləri, (ravisi, mətni, sənədi sağlam olmasına baxmayaraq) məhz Buxari və Müslimdə rəvayət olunmadığına görə (o rəvayətləri) zəif və yalan sayaraq rədd etmişdirlər.

Həmçinin bu rəvayətlər nəinki Buxari və Müslimdə, "Kutubi-Sittənin” (Əhli-Sünnənin məşhur 6 səhih kitabının) heç birində, hətta müsnədlərində (Müsnədi-Əhməd ibn Hənbəldə) belə nəql olunmamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, Əhli-Sünnə alimləri bir çox hədis və rəvayətlərimizi, məhz "Kutubi-Sittə” və "Müsnəd”–lərində nəql olunmadığına görə rədd edib zəif hesab edirlər. Lakin bu kimi (onlara sərf edən) mövzulara gəlincə, gözü yumulu bir şəkildə qəbul edirlər və öz prinsiplərini unudurlar. Bu rəvayətləri araşdıran hər kəs, bu rəvayətlərin arasında bir-birini yalanlayan, ağıl qəbul etməyən ixtilafların olduğunu açıq bir şəkildə görə bilər.

Bu rəvayətlərin bəzilərində nəql olunur ki, Həzrəti Əli (ə) qızının nigah işlərini özü yerinə yetirdi, bəzi rəvayətlərdə isə deyilir ki, Həzrət bu işi, əmisi Abbas ibn Əbdul-Müttəlibə həvalə etdi. Rəvayətlərin bəziləri bu izdivacın, Ömərin bir sıra təhdidlərindən sonra gerçəkləşdiyini nəql edir, bəziləri isə bunun ixtiyarən baş verdiyini yazırlar. Bəzi rəvayətlərdə bu izdivacdan Ömərin Fatimə, Zeyd və Rüqəyyə adlı övladlarının olduğunu nəql edirlər, bəzi rəvayətlərdə isə hələ zifaf gerçəkləşmədən Ömərin öldüyü nəql olunub. Yenə bəzi rəvayətlərdə Zeydin arvad uşaq sahibi olduğu, bəzi rəvayətlərdə isə Zeydin hələ arvad uşaq sahibi olmadan öldürüldüyü nəql olunmuşdur. Yenə bəzi rəvayətlərdə Zeydin anası ilə birlikdə öldürüldüyünü, bəzilərində isə anasının Zeyddən sonra bir müddət yaşadığını nəql etmişdirlər. Zeydin anası Ümmü-Gülsüm ilə bir gündə öldürüldüyünü nəql edən rəvayətlərdə, onların cənazə namazının kimlər tərəfindən qılınmasında da ixtilaf vardır. Bəzilərinə görə onların cənazə namazını Abdullah ibn Ömər, bəzilərinə görə Sə’d ibn As, bəzilərinə görə Sə’d ibn Əbi-Vəqqas qılmışdır. Yenə rəvayətlərin bəzilərində Ömərin 40-min dirhəm mehriyyə təyin etdiyini, bəzilərində 4-min, bəzilərində isə bu mehriyyənin 5-yüz dirhəm olduğunu nəql etmişdirlər.
Həmçinin rəvayətlərin bəzilərində Ümmü-Gülsümün, qardaşı İmam Həsənin zamanında vəfat etdiyini, hətta İmam Həsən (ə)-ın qardaşı İmam Hüseyn (ə) ilə birlikdə onun cənazə namazında iştirak etdiklərini nəql etmişdirlər. Halbuki, Teyfur "Bəlağətun-Nisa” kitabında və başqa bir çox alimlər Ümmü-Gülsümün Kərbəla vaqeəsində iştirak etdiyini, hətta "Küfə” və "Şam”-da xütbələr söylədiyini nəql etmişdirlər.
Bununla bağlı hələ bir çox bir-birinə zidd olan rəvayətlər mövcuddur. Bu qədər bir-birinə zidd olan rəvayətləri qəbul etmək ağla batan deyildir və burada bu qədər ixtilafların olması bu iddianın batil olmasına artıqlaması ilə yetər.
Burada qeyd etdiyimiz və qeyd edə bilmədiyimiz bir çox dəlillərə söykənərək əksər alimlər bu rəvayətin (Ömər və Ümmü-Gülsüm evliliyinin) yalan və uydurma olduğu qənaətinə gəlmişdirlər.
Ümumiyyətlə Ömərin "Ümmü-Gülsüm” adında həyat yoldaşı olmuşdursa da bu başqa Ümmü-Gülsümdür! Həzrəti Əli (ə)-ın qızı Ümmü-Gülsüm yox!!!
Ayətullah Mərəşi Nəcəfi "Ehqaqul-Həqq” kitabında yazır: Ömər Əbu-Bəkrin Əsma bintə Ümeysədən olan qızı ilə evlənib və ondan Zeyd adlı bir oğlu da olub. Və bu "Ümmü-Gülsüm” Məhəmməd ibn Əbu-Bəkrin ata-anadan bir olan doğma bacısıdır. Əbu-Bəkr vəfat etdikdən sonra Həzrəti Əli (ə) Əsma ilə evlənib və bu iki uşağı da öz evinə gətirib; Odurki, bunlar Həzrətin yanında boya-başa çatdığına görə əksər müəlliflər onu Həzrətin doğma qızı olduğunu güman ediblər.” "Ehqaqul-Həqq”, c:2, s:250.
Malik Duals Abadi "Hidayəh Əl-Səud” kitabının 359-cu səhifəsində yazır: "Əsma əvvəl Cəfər Təyyarın arvadı idi. Ondan sonra o Əbu-Bəkrə ərə getdi və onların iki uşağı anadan oldu, oğlan və qız Ümmü-Gülsüm. Sonra Əsma Həzrəti-Əliyə ərə getdi və Ümmü-Gülsüm Əlinin evinə girdi. O həmin Ümmü-Gülsüm idi ki, Ömərə ərə getmişdir və onun heç bir uşağı yox idi.”
Həmçinin belə nəql olunur: "Əmr ibn As Ömərə deyir: "Ümmü-Gülsüm bintə Əbu-Bəkr hələ balaca və həddi-büluğa çatmayan bir qızdır. Siz onunla çox kobudsuz, hətta biz sizdən qorxuruq. Əgər o qız hansısa bir məsələdə sizə qarşı olarsa siz onu kədərləndirməyin, çünki bu onun atası Əbu-Bəkrə ağrı verər.” "Tarixi-Kamil”, c:3, S:27.

Bu rəvayətlərə əsasən Ömərin zövcəsi, Əlinin qızı Ümmü-Gülsüm yox, Əbu-Bəkrin qızı Ümmü-Gülsüm olub. Görünür bilərəkdən, ya da səhvə yol verərək, Əsmanın Əbu-Bəkrdən olan qızı Ümmü-Gülsümü, Həzrəti Əlinin qızı Ümmü-Gülsüm ilə səhv salmışdırlar.

Ümumiyyətlə tarixdə Ömərin bir neçə "Ümmü-Gülsüm” adlı zövcəsinin olması qeyd edilmişdir. Bunlar:

1) Ümmü-Gülsüm Cəmilə bintə Asim bin Sabit – Bu Asim ibn ömərin anasıdır. "Tarixi-Kamil”, c:2, s:251.
2) Ümmü-Gülsüm bintə Cərvilə Xüzəma – Onun adı Məleykə idi və o Zeyd ibn Ömərin anasıdır. "Tarixi-Kamil”, c:3, s:22
3) Ümmü-Gülsüm bintə Üqbə bin Əbi-Məyyəs – Zuhri deyir ki, cahiliyyə vaxtı O Əmr bin Asın zövcəsi olub, O İslamı qəbul edib Əmr bin Ası tərk etdi. Onun qohumları onu Rəsulullahdan (s) qaytarmasını isdədikdə Rəsulullah (s) onlara dedi ki, İslamı qəbul etmiş heç bir qadın qayıtmayacaq. Əmr bin As onda kafir idi, Ümmü-Gülsüm ona qayıtmadı və Ömər onunla evləndi. "Şərhi-Buxari”, Qastalani, c:4, s:349.
4) Ümmü-Gülsüm bintə Rəhəb. "Sunəni Əbi-Davud” və "İbn Macə”
5) Ümmü-Gülsüm bintə Əbu-Bəkr – Anası Əsma bintə Umeysədir. O həmçinin Muhəmməd ibn Əbu-Bəkrin anası idi. "Aləm əl-Nisa”, c:4, s:250


O, 12-ci hicri ilində Əbu-Bəkrin vəfatından sonra anadan olmuşdur. "Tarixi-Təbəri”, c:2, s:50; "Tarixi-Kamil”, c:2, s:161; "Tarixi-Xamis”, c:2, s:267; "əl-İsabə”, s:286.
Bu kitabda yazılanlara isə diqqət yetirin. Hənəfi alimi Müfti Qulam Rəsul ("Hasab aur Nasab”, c:5, səh:216-217-də) yazır ki, "Bu əhvalat qondarmadır. O yazır ki, Ömər fiziki olaraq bu qız ilə evlənə bilməzdi (Yəni Ömərə daha qadın lazım deyil). Sonra yazır ki, əslində Ömər Ümmü-Gülsüm bintə Cərvəl ilə evlənib, Ümmü-Gülsüm bintə Əli ilə yox, amma sonralar kimlərsə bunu saxdalaşdırıblar!”

Şeyx Subki Zəxair əl-Üqbə, "İtrəti-Fatimə”, səh:160-da yazır: "Rəsulullah (s) belə buyurdu: "Bizim Əhli-Beytin qadınları bizim kişilər üçündür.”
Bu hədisdən aydın olur ki, Bəni-Haşimdən olan qadın, Haşimi olmayan ilə evlənə bilməz.
İbn Quteybə, "Əl-Məarif”, səh:70-də yazır: "Həzrəti Əlinin qızları Həzrəti Əqil və Həzrəti Abbasın oğlanlarına ərə getmişdir. Yalnız Ümmül-Həsən və Fatimədən savayı.
Mərhum Şeyx Cavad Bəlaği, Mərhum Seyyid Nasir Hüseyn Ləknovi, bu barədə ayrıca bir kitab yazıb və Mərhum Ayətullah Əbulqasım Xoi kimi Şiə Məzhəbinin böyükləri bu əhvalatı təkzib edərək tarixin əfsanələri, uydurmaları hesab etmişdirlər.
Əslində bu rəvayətin yalan və uydurma olması göz qabağındadır. Lakin bəzi məzhəb təəssübkeşləri nə yol ilə olursa-olsun Həzrəti Əli (ə) ilə Ömərin (güya) "dost” olduqlarını, yaxşı münasibətdə olduqlarını sübut etmək üçün, mətnini, sənədini, ravisini araşdırmadan bu cür rəvayətləri kor-koranə bir şəkildə nəql edərək təsdiq etmişdirlər. Necə ki, bu rəvayəti nəql edərək deyirlər: "Əgər Həzrəti Əli (ə) Ömər ilə düşmən olsaydı qızını ona verməzdi.”
Biz isə bu rəvayətlərdə yalnız, Ömərin gah Əlini hədələdiyini, gah əmisi Abbası hədələdiyini, gah da Ömərin Ümmü-Gülsümə qarşı etdiyi iyrənclikləri görürük. Necə ki, İbn Sə’d "Təbəqatul-Kubra” kitabında yazır: ( انّه حدّد عليا ) "Ömər Əlini hədələdi.”
Ömərin Əlini hədələməsi və etdiyi bu kimi iyrəncliklər onların arasında olan dostluğa dəlil deyil, əksinə bu özü onların arasında olan pis münasibəti bildirir.
Ömər ilə Həzrəti Əli (ə)-ın arası heç də yaxşı deyildi. Ömər özü bunu həzrəti Əli (ə)-a xitab edərək deyir: ( ثمّ توفّي ابوبكر و أنا ولي ابي بكر فرأيتماني كاذباً أثماً غادراً خائنا )
"Əbu-Bəkr vəfat edib və mən onun vəlisi (canişini) olduqdan sonra siz (Əli və Abbas) məni yalançı, günahkar, əhd-peymanını pozan və xain hesab edirdiniz.” "Səhihi-Buxari”, c:3, s:143

Ömər və Əbu-Bəkr Əhli-Beytə qarşı zülmün bünövrəsini qoyan, Əhli-Beytə məxsus olan xilafəti və məhz Xanım Zəhra (s.ə)-ya məxsus olan Fədək bağlarını qəsb edib əllərindən alan, qəlblərində Allah qorxusu və Əhli-Beyt sevgisi olmayan, zahirdə müsəlman, lakin batində şeytan olan münafiqdirlər. Onlar bəşəruyyətin ən alçaq insanlarıdırlar. Çünki onlar, cənnət qadınlarının ən fəzilətli, ən üsdün xanımı olan, Peyğəmbərin (s) vücudunun bir parçası olan Həzrəti Zəhra (s.ə)-nın qatilləridirlər. Bu elə bir həqiqətdir ki, kimsə bunu inkar edə və gizlədə bilməz! Onlar, Peyğəmbərin (s) bizə əmanət qoyub getdiyi Əhli-Beytinə zülm və sitəmlər etdilər. Xanım Zəhra (s.ə) onlardan küsülü və qəzəbli olan halda dünyadan köçdü. Halbuki Rəsuli-Əkrəm (s) belə buyurmuşdur: "Fatimə mənim vücudumun bir parçasıdır. Kim Onu qəzəbləndirsə məni qəzəbləndirmişdir.” "Səhihi-Buxari”, H:3437-3483; "Kənzül-Ümmal”, c:6, s:220; "Xəsaisun-Nəsai”, s:35; "Feyzul-Qədir”, c:4, s:421.
Həmçinin Rəsuli-Əkrəm (s) belə buyurmuşdur: "Fatimə mənim vücudumun bir parçasıdır. Onu narahat edən bir şey, məni də narahat edər; və Onu incidən bir şey məni də incidər.” "Səhihi-Buxari”, Nigah bölümü, H:1773; "Sunəni ibn Macə”, H:1988; "Müsnədi-Əhməd”, c:4, s:328, H:18149-18167-18184; "Hilyətul-Övliya”, c:2, s:40.

Həzrəti Əli (ə) "Nəhcül-Bəlağə”-də "şiqşiqiyyə” adı ilə məşhur olan xütbəsində buyurur: "Allaha and olsun ki, Əbu-Quhafənin oğlu (Əbu-Bəkr) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi olduğumu bildiyi halda, xəlifəliyi köynək kimi əyninə geyindi. Elm və maarif mənim feyz bulağımdan sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu-Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, kəsilmiş əlim ilə (ordu və tərəfdarsız) hücümmü edim? (öz haqqımı tələb edimmi?) Yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa səbrmi edim? Səbr etməyin daha doğru olduğunu görüb, gözlərimdə tikan, boğazımda isə sümük qaldığı halda səbr etdim. Mirasımın tarac olduğunu görürdüm. (Rəsulullahın vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa düçar etdikləri vaxt, İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və düşmənlərin ondan sui-isdifadə etməmələri üçün xəlifəlikdən çəkinərək dözməyi məsləhət bildim). Əvvəla Əbu-Bəkr öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi özündən sonra İbn Xəttabın (Ömərin) boynuna atdı. Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan beyətinin geri götürülməsini isdəyir. Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə Öməri vəsiyyət edir. Bu iki qarətçi xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər (dəvənin bir döşünü Əbu-Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə bundan məhrum etdilər). Beləliklə Əbu-Bəkr xilafəti hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzrxahlıqları saysız-hesabsız idi. Onunla ünsiyyət (həm İmamın, həm də başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub öz başına buraxdıqda isə süvarisini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum.”
Həzrəti Əli (ə) Malik Əştəri Misirə vali təyin etdikdə isə, Misirlilərə yazdığı məktubunda belə buyurur: "(Həmd səna və səlatu səlamdan sonra...) Allahın səlatı Muhəmmədə və Onun soyuna olsun. O köçüncə müsəlmanlar xilafət mövzusunda ayrılığa düşdülər. Bir-birləri ilə münaqişə etdilər. Allaha and olsun ki, qəlbimə gəlmir, fikrimdən belə keçmirdi ki, ərəblər Rəsulullahdan (s) sonra xilafəti Onun Əhli-Beytindən başqa birinə həvalə edərək, onu məndən əsirgəyəcəklər. Məni, camaatın filankəsə (Əbu-Bəkrə) tərəf tələsmələrindən başqa, bir şey narahat etmədi. Beləliklə əl saxladım. Nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Muhəmmədin dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və Müsəlmanların köməyinə başlamasam, Onda nöqsan və dağıntı görərəm. Onun müsibət və kədəri mənim üçün, nəticəsi ilğım kimi yoxa çıxan və bulud kimi səpələnən, bir neçə günlük müvəqqəti mal olan hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım. Nəticədə əyrilik və təxribatların qarşısı alındı, onlar məhv oldular və din sakitlik taparaq qurtulub öz yerində qərar tutdu.” "Nəhcül-Bəlağə”, Məktub-62.
Bu məsələdə təəssübdən uzaq olan və haqqı görmək istəyənlər üçün hər şey aşikar və aydındır. Əvvəldə qeyd etdiyimiz kimi tarixin uydurma və əfsanələrindən olan Ömər və Ümmü-Gülsümün evlilik məsələsini, Əli (ə) və Ömərin dost olduqlarına dəlil olaraq gətirirlər. Halbuki bu evlilik iddiası doğru olsa belə, belə bir vəziyyətdə İslamın məsləhəti üçün məcburi olaraq gerçəkləşən bir evlilikdir. Bəs belə bir evlilik Ömərin hansı fəzilət və üstünlüklərini bəyan edər?
Bu Həzrəti Lut Peyğmbərin əhvalatına bənzəyir ki, kafir olan qövmünə, məcburiyyət qarşısında qalaraq onlara (kafir olmalarına baxmayaraq) məsləhət bildi ki, qızlarının hansı biri ilə istəyirlərsə evlənsinlər. Necə ki, Allahu-təala Onun dilindən buyurur:
(هؤلاء بناتي هن اطهر لكم) Yəni: "Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakizədir (onlarla evlənin, pis əməllərdən çəkinin).” "Hud” surəsi. Ayə 78.
Məgər kafirlərin Həzrəti Lut (ə)-ın qızları ilə evlənmələri, onlara (kafirlərə) hansı fəzilət və üstünlükləri qazandırır ki, Ömərin bu (uydurma olan) evliliyi də ona fəzilət və üstünlük qazandırsın?!
Yaxud da Həzrəti Lut (ə)-ın kafirlərə qız verməsi, Onunla kafirlər arasında olan hansı sevgi və dostluqdan xəbər verir ki, Əli (ə)-ın məcburiyyət üzündən Ömərə qız verməsi onlar arasında olan sevgi və dostluq münasibətindən xəbər versin?!
Biz bu kiçik məsələdə müxtəsər dəlillər və sübutlar ilə məsələnin əsil mahiyyətini bəyan etməyə çalışdıq. Son olaraq qərarı hər kəsin azad vicdanına, iman və insafına buraxırıq...!

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.