Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Əqiqə qurbanı

Əqiqə qurbanı
+3
  • 29 mart 2021
  • Bölmə: İslam
  • Baxış: 9 060
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Əqiqə qurbanı – körpə dünyaya gələndən sonra yerinə yetirilən müstəhəb əməllərdən biridir. Əqiqə belə bir əməldir ki, əgər valideyn övladı körpə olan zaman onu yerinə yetirməyibdirsə, böyüyəndən sonra da yerinə yetirə bilər. İnsan hətta özü üçün belə, əqiqə qurbanı kəsə bilər. Necə ki, Peyğəmbər (s) nübuvvətindən sonra özü üçün əqiqə qurbanı kəsmişdi.

Bu hökmün də başqa hökmlər kimi hikmətləri vardır. Onların bəzisi bizim üçün aşkardır, bəzisi isə naməlum.

İmam Sadiq (ə) buyurur: “Nə zaman əqiqə kəssən de: Allahın adı və Allahın yardımı ilə! Pərvərdigara, bu filankəs tərəfindən olan əqiqədir ki, əti onun əti qarşılığında, qanı onun qanı qarşılığında, sümükləri onun sümükləri qarşılığındadır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir oğlan (övladı) əqiqəsinin girovundadır ki, yeddinci günü onun üçün kəsilər”.

İmam Sadiq (ə) buyurur: “Hər körpə əqiqənin girovundadır”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, bu qurban körpənin gələcək həyatına müsbət təsirlərini göstərəcəkdir. Ondan başqa, ehtiyacı olan müəyyən sayda insanın qarnı doyacaqdır.

İmam Sadiq (ə) buyurur: “Övladının dünyaya gəldiyi yedddinci günündə əqiqə et. Əqiqəni sümükləri sındırmadan tikə-tikə et. Onu bişirəndən sonra müsəlmanları dəvət et”.

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur ki, bu qurbanın dördə biri doğuş mamasına verilsin. Əgər doğuş maması yoxdursa, uşağın anası hər kimə istəsə, onu versin. Yemək üçün 10 nəfər müsəlmanı dəvət etsin. Əgər çox olarsa ,nə yaxşı.

Abdullah ibni Bəkir nəql edir: “İmam Sadiqin (ə) yanında əyləşmişdim. Əmisi tərəfindən bir nəfər gəlib dedi: “Sizin əminiz soruşur ki, övladımız üçün əqiqə axtardıq, ancaq tapmadıq, indi nə edək? Pulunu sədəqə verək?”.

İmam (ə) buyurdu: “Xeyr. Allah doğulmuş körpə üçün (qurbanlıq) qanın tökülməsini və başqalarının yeməyə dəvət olunmasını sevir"

Əqiqə qurbanının ədəb qaydaları


Müstəhəbdir ki, oğlan üçün erkək, qız üçün isə dişi heyvan kəsilsin.

İmam Sadiq (ə):
Əgər sizlərdən birinin oğlan yaxud qız övladı dünyaya gələrsə, onun yeddinci günündə oğlan uşağı üçün erkəy, qız uşağı üçün isə dişi qoyunu əqiqə edin.
Fiqhus-Sadiq, c.22, səh.286

Əqiqə etmək üçün caiz olan heyvanlar: Qoyun; İnək; Dəvə; Keçi. (Lakin ən yaxşısı qoyun kəsilsin) Qurbanda deyilmiş şərtlər əqiqədə də mövcuddur. Yəni qüsursuz heyvan və yaşı.

İmam Sadiq (ə):
Əqiqə qoyun ətindəndir. Hər hansı bir qoyun olsa kifayətdir. Lakin ən xeyirlisi ən yağlı olanıdır.
Şərhi-Lumə, c.2, səh.482)

Əqiqə edən şəxs bişmiş və ya çiy əti paylaya da bilər, yaxud da özü bişirib bir dəstə möminləri (ən azı 10 nəfər) dəvət edib onlara qonaqlıq verə də bilər.

Müstəhəbdir ki, əqiqə kəsilərkən, hədislərdə nəql olunmuş dualardan oxunsun. Bu dualardan biri Kərxinin İmam Sadiqdən (ə) nəql etdiyi duadır:

"Bismilləh və billəh. Əllahummə həzihi əqiqətun ən fulanin ləhmuhə biləhmihi, dəmuhə bidəmihi, əzmuhə biəzmihi. Əllahummə icəlhu viqaən li Ali Muhəmmədin sallalləhu ələyhi və alihi"
Qeyd: Fulan kəlməsinin yerinə əqiqə kəsilən uşağın adı qeyd olunmalıdır.
Şərhi-lumə, c.2, səh,482

Müstəhəbdir ki, ətin 4/1 hissəsini mamaçaya (həkimə) verilsin. Həmin hissənin ayaq və bud tərəfdən olması müstəhəbdir.
Minhəcus-salihin, Ayətullah Sistani, c.3, məs.395

Həmin heyvanın ətindən atanın və onun ailəsinin yeməsi məkruhdur. Ehtiyyata əsasən ana da yeməkdən çəkinməlidir. Ayətullah Sistani, ananın o ətdən yeməsini məxsusi şəkildə məkruh bilir.

İmam Sadiq (ə):
Əqiqə edilmiş heyvandan, uşağın atası və onun ailəsindən olan heç kəs yeməsin.
Fiqhus-Sadiq, c.22, səh 291

Yaxşı olar ki, ətin qalan hissəsi qaynadılaraq, bişirilsin və qabaqki, öncəki məsələdə qeyd olunduğu qaydada qonaqlıq təşkil olunsun. Qonaqlıqda süfrəyə yalnız əqiqə əti, çörək və duz qoyulmalıdır.

İma
m Sadiq (ə):
Ondan 10 möminə yedirilir. Əgər say daha çox olsa, bir o qədər də fəzilətlidir.
Şərhi-Lumə, c.2, səh.484

Əqiqə olunmuş heyvanın sümüyünü sındırmaq məkruhdur. Bunun əvəzinə sümükləri oynaqlardan bir-birindən ayrılır.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.