Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

At nalı xeyir-bərəkət gətirirmi ?

At nalı xeyir-bərəkət gətirirmi ?
0
  • 16 oktyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 13 493
  • Şərhlər: 0
  • Müəllif: movlan880
Mətndə qrammatik səhv var?
At nalı xeyir-bərəkət gətirirmi ?

At nalının evlərin qapısına vurulmasının tarixi haradandır

İmam Hüseyn (əleyhissəlam) şəhid edildikdən sonra ibni Ziyad (lənətullah) əmr verdi ki, süvarilər Hüseynin cəsədini tapdalasalar böyük ənam alacaqlar.

Ömər Səd bu əmri icra edib hədiyyə qazanacağı ümidi ilə qoşuna üz tutub dedi : Könüllülər bu işi görsə,hədiyyə alacaqlar.

Şimr hamıdan qabağa düşdü.Arxası ilə 10 nəfərə yaxın süvari atlı İmamın mübarək cəsədini öz atları altına aldılar.

Amma ibni Ziyad verdiyi sözün əksinə olaraq çox az bir miqdarda bu şəxslərə pul verdi.

Onlar da əllərinə bir şey gəlmədiyi üçün atlarının nallarını çıxarıb baha qiymətə camaata satdılar (10 at × 4 nal = 40 nal).

Camaat da həmin nalları öz evlərini qapısının üzərinə vurub,iftixar edirdilər.

Ət-Təəccüb,Kəracəki,s.45

Bəzi insanlar bu həqiqətdən xəbərsiz halda illərdir ki,at nalının xoşbəxtlik gətirəcəyi ümidi ilə,onu qapılarının üzərinə vururlar.Halbuki bu işin haradan gəldiyi yuxarıda aydın oldu.

Xahiş olunur bu məsələdən agah olmayanlara, həqiqəti çatdırasınız.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.