Vida mərasimində 7 milyon nəfər iştirak edib

Vida mərasimində 7 milyon nəfər iştirak edib
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?

İran İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədr müavini deyib ki, bazar ertəsi günü Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun Quds Qüvvələrinin komandanı şəhid general-leytenant Qasem Soleymani ilə vida mərasimində yeddi milyon nəfər iştirak edib.

Nosrətollah Lotfi İslami İranın qədirbilən və şəhidyetişdirən xalqının sevimli komandan, şəhid general-leytenant Qasem Soleymaninin və digər müqavimət şəhidlərinin cənazələrinin qarşılanması, yola salınması, onlarla vida mərasimlərindəki misilsiz qəhrəmanlıqlarına görə təşəkkür edib.

Müqavimət cəbhəsi şəhidlərinin pak cənazələri şənbə günü sıra ilə Hərəmeyn Kazimeyn(ə)-da, həmçinin İraqın Bağdad və müqəddəs Kərbəla şəhərlərində, Nəcəfi-Əşrəf şəhərində, Əmirəlmominin(ə)-ın hərəminin ətrafında, bazar günü isə İslami İrana daxil olduqdan sonra öncə Əhvaz şəhərində, sonra isə müqəddəs Məşhəd şəhərində İranın qədirbilən xalqının əzəmətli iştirakı ilə müşayiət olundu.

Bazar ertəsi günü səhər də Tehranın qədirbilən əhalisinin möhtəşəm iştirakı ilə şəhid general-leytenant Hacı Qasem Soleymaninin, Əbu Məhdi Əlmuhəndisin və onların şəhid silahdaşlarının pak cənazələri ilə əzəmətli vida mərasimi keçirildi.

Daha sonra müqavimət cəbhəsinin bu sərkərdəsinin cənazəsi vida mərasimi üçün müqəddəs Qum şəhərinə köçürüldü. Qum şəhərində müqavimət şəhidlərinin cənazələrilə vida mərasimi də İranın inqilabçı xalqından yüz minlərlə nəfərin iştirakı ilə keçirildi.

İslam İnqilabı Keşikçiləri Korpusunun Quds Qüvvələrinin komandanı general-leytenant Hacı Qasem Soleymani və İraq Xalq Səfərbərlik Təşkilatı- Əlhəşduşşəbi-nin rəis müavini Əbu Məhdi əl-Muhəndis və onların 8 köməkçisi cümə günü səhər İraqın paytaxtı Bağdaddakı hava limanının yaxınlığında edilən hava hücumunda şəhid edildilər.

General Soleymani İraq hökumətinin dəvəti ilə bu ölkəyə səfər etmişdi.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex