Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

General Qasım Süleymani şəhid oldu

General Qasım Süleymani şəhid oldu
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?

Sepah general Soleymaninin İraqda şəhid edilməsi xəbərini təsdiq edib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir məlumat yayaraq, bu korpusun Qüds qüvvələrinin komandanı general-mayor Qasem Soleymaninin şəhid edilməsi ilə bağlı xəbərləri təsdiq edib.

Haqqın nahaqqa qarşı cəbhələrinin yorulmaz komandanı Hacı Qasem Soleymani bu gün səhər tezdən Amerika vertolyotlarının Bağdad hava limanının ətrafında onu daşıyan avtomobilə qarşı hücumunda şəhadətin şirin şərbətini içərək, şəhid silahdaşlarına qoşuldu.

İslam İnqilabı Keşikçiləri Korpusu öz məlumatında bildirib: İslamın başıuca komandanı Hacı Qasem Soleymani mübarizə ilə dolu ömürdən sonra bu gün səhər tezdən ABŞ vertolyotlarının hücumunda şəhid edilib.

ABŞ vertolyotlarının Bağdadda iki avtomobilə qarşı hücumunda general-mayor Qasem Soleymani və Əbu Məhdi Muhəndis şəhid olublar.

İraq mediaları bu ölkənin rəsmi şəxslərinə istinadla bildiriblər ki, iki avtomobillə Bağdad beynəlxalq hava limanından çıxan general Soleymani və Əbu Muhəndis hədəfə alınıb və onların hər ikisi şəhid olubdur.

Deyilənlərə görə, general Soleymani Livandan Bağdad beynəlxalq hava limanına daxil olubdur.

İraq mediaları deyirlər ki, amerikalı dəniz piyadaları hər iki avtomobili hədəfə alıblar. General Soleymaninin şəhadəti xəbəri hazırda İraq, region və dünya medialarının xəbərlərinin önündə gedir.

Amerikanın müdafiə nazirliyi- Pentaqon cümə günü İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-mayor pasdar Qasem Soleymaninin karvanına qarşı hücum barədə bəyanat yayıb.

Bu bəyanatda deyilir: Amerika ordusu prezidentin göstərişi ilə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymanini öldürməklə Amerikanın ölkə xaricindəki personalının qorunması istiqamətində qətiyyətli müdafiə addımı atıbdır.

Pentaqon bu bəyanatın davamında əsassız bir iddiada bildiribdir ki, general Soleymani İraqda və bütün regionda Amerika diplomatlarına və qüvvələrinə qarşı hücum üçün planlar işləyib hazırlamaqda imiş.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex