Salam men kecen il dem qazindan boğulmuşam ve sağ qalmişam ona gorede Allah yolu demişem qoyun almişam ama kesmemişem men keseceyim qoyun ne adlanir? Bideki men olumden sag qaldm diye qoyun kese bileremi?qoyun almişam ama kesmemişem çunki bilerem ki nece edim qorxuram gunah nese ederem.meherem ayidir diye caşib qaldm meheremlikde qoyun kesmek olarmi?qoyunu kesende ne etmeliyem? Sagolun cavabinizi gozleyecem
Cavab (1)
  1. admin
    #1 admin ★ Administrator ★ 2 noyabr 2019 01:00
    Va aleykum salam. Sizin kəsmək istədiyiniz qoyun Allaha şükür əlaməti olaraq kəsilən qurban adlanır. Qurbanlıq heyvanı siz özünüz də kəsə bilərsiniz, başqasına da həvalə edə bilərsiniz. Həmçinin, ilin istənilən ayında, o cümlədən Məhərrəm ayında da kəsmək olar. Sadəcə heyvanı kəsərkən üzərində Allahın adını çəkib "Bismilləh və Allahu Əkbər" demək vacibdir. Uca Allah bu xüsusda buyurur: "Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər" (əl-Həcc, 34).

    Uca Allah kəsilərkən Allahın adı çəkilməmiş və ya Allahla yanaşı başqasının adı çəkilmiş heyvanları yeməyi qadağan edərək buyurur: "Üstündə Allahın adı çəkilməmiş – "bismilləh" deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır" (əl-Ənam, 121).

    Həmçinin, bu heyvanı pirlərdə və ya qəbir üstə kəsmək də qadağandır. Uca Allah bu xüsusda buyurur: "Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi" (əl-Maidə, 3).

    Ayədəki "dik qoyulmuş daşlar" dedikdə ümumi olaraq Allaha şərik qoşulan yerlər nəzərdə tutulur. Belə yerlərdə kəsilən heyvanları, hətta Allahın adına kəsilsə belə, yemək olmaz.
İnformasiya
« Qonaq » qrupunda olanlar bu xəbərə şərh əlavə edə bilməz.
Sosial şəbəkədən giriş:

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex