Salam. sarimsaq yemek namazi batil edirmi?Cunki ALLAHLA rabite yaradirsan namazda ister istemez pis qoxu gelir agizdan namazi batil ede bilermi sarimsaq
Cavab (1)
  1. admin
    #1 admin ★ Administrator ★ 30 oktyabr 2019 03:39
    Va aleykum Salam. Bir müsəlmanın sarımsaq və ya soğan yeməsi, ağzından pis qoxunun gəlməsi namazı batil etmir. Buna baxmayaraq səhih hədislərdə insanın namaz qılarkən mələklər tərəfindən müşahidə edildiyi və insandan gələn qoxunu hiss etdikləri haqda xəbər verilir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bu pis qoxu verən tərəvəzlərdən (sarımsaq və soğan) yesə, məscidimizə gəlməsin. Həqiqətən mələklər insanların xoşlanmadığı şeylərdən xoşlanmazlar". (Səhih Muslim, 564).
    Sarımsaq və soğan yemək haram sayılmır. Bu qadağa digər insanlara əziyyət verməmək məqsədi daşıyır. Sarımsaq, soğan və kəvər kimi pis qoxu verən tərəvəzlər yeyənin məscidə, camaat namazına və ya camaatın toplaşdığı yerlərə gəlməsi qadağan edilir. Bişirildiyi və pis qoxunun getdiyi təqdirdə qəbul edilərək məscidə getməyə icazə verilir.
İnformasiya
« Qonaq » qrupunda olanlar bu xəbərə şərh əlavə edə bilməz.
Sosial şəbəkədən giriş:

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex