Salamun aleyküm. men sizin saytdaki meqaleleri uzun zamandır oxuyuram. Mene esline qalsa evvelden de insanlar bu barede sohbetler denişler. İndi ise size güvenib sizdən soruşuram: 1.İnsanların önünde bir insanın yoldaşını öpmesi (dodaqdan ve ya yanaqdan) qucaqlaşması, zina etmeden cisi elaqye girmesi sevişmesi günahmı ? xahiş edirem başa salın. emelli yazı yazaraq başa salın. 2.7 reqemi müqeddesmidir?
Cavab (1)
  1. admin
    #1 admin ★ Administrator ★ 26 oktyabr 2019 04:57
    Va aleykum Salam. Bir kişinin həyat yoldaşını insanların gözü önündə öpməsi, qucaqlaması günahdır və əxlaqa ziddir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ərlə arvad arasında olan intim münasibətləri insanlara danışmağı belə qadağan etmiş və belə demişdir: "Öz qadını ilə yaxınlıq etdikdən sonra onun sirrini (xüsusiyyətlərini) insanlara yayan kişi Qiyamət günü Allahın dərgahında insanlar içərisində ən pis məqama sahib olacaq". (Muslim, 1473).

    Əgər ərlə arvad arasında intim münasibətləri danışmaq günah sayılırsa, o zaman bunu insanların gözləri önündə etmək daha böyük və çirkin günahdır. Uca Allah hər cür yaramaz işləri qadağan edərək buyurur: "De: "Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur"" (əl-Əraf, 33).
İnformasiya
« Qonaq » qrupunda olanlar bu xəbərə şərh əlavə edə bilməz.
Sosial şəbəkədən giriş:

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex