Selam aleyküm bize uzaqdan qoxum gelib mene namehremdir men ona dine devet edirdim.uzun müddet den sonra namaz qılmaqı başladı.sonra onunla Dalasdim,ve o namaznan hedelemeye başladı ..men ne vaxt onunla danışsam onda o da namazı qılacaq.Amma mene qulaq asmadim ,namazı atdi mene göre.mende günah olacaqmı buna gore ?hemde mene leynetlib cehennem qarğışı edib?sizcee onun leynetli mene düşecek?
Cavab (1)
  1. admin
    #1 admin ★ Administrator ★ 2 oktyabr 2019 22:43
    Və aleykum Salam. İnsanları, xüsusilə də qohumları İslama dəvət etmək hər kəsin borcudur. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır" (Ali İmran, 104).
    Siz onu dinə dəvət etməklə, ona namazı öyrətməklə üzərinizə düşəni yerinə yetirmisiniz və buna görə savab qazanmısınız. Onun sonradan namazı atmasına görə isə sizə günah yazılmır. Əksinə, o sizi lənətləməklə və haqsız yerə sizə bəd dua etməklə günah etmişdir. Çünki dinimizə görə şəxsən kimisə lənətləmək olmaz.
    Həmçinin, bilmək lazımdır ki, ibadətin Allah qatında məqbul sayılması üçün ibadət yalnız Allah üçün yerinə yetirilməlidir. Kiməsə və ya nəyəsə görə edilən ibadət qəbul deyil.
    Həmçinin, bir kimsə İslama hidəyət olunar və namaza başlayarsa, onu doğru yola dəvət edən insana və ya kiməsə buna görə minnət vurmamalıdır. Əksinə, Allaha şükür etməli və hidayətinə səbəb olmuş insana minnətdar olmalıdır. Uca Allah dinə gəldiklərinə görə Peyğəmbərə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - minnət qoyanlar barəsində buyurur: "Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: "Müsəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə minnət qoyar!" (əl-Hucurat, 17).
İnformasiya
« Qonaq » qrupunda olanlar bu xəbərə şərh əlavə edə bilməz.
Sosial şəbəkədən giriş:

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex