Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Əli(ə.s) sünni kitablarında

İmam Əli(ə.s) sünni kitablarında
+3
Mətndə qrammatik səhv var?
İmam Əli(ə.s) sünni kitablarında

Rəsulullah (saas) belə buyurmuşdur:

“Əlini sevmək imanın əlamətidir, Əliyə nifrət isə riyakarlıq əlamətidir”


Səhihi Müslim, c. 1, səh. 48;
Səhih Tirmizi, c. 5, səh. 643;
Sünən İbn Macə,c. 1, səh. 142;
Müsnəd Əhməd bin Hənbəl c. 1, səh. 84,95,128
Tarix al-Kəbir, əl-Buxari (Səhihin müəllifi), c. 1, hissə 1, səh. 202
Hilyətül Əvliya', Əbu Nuaym, c. 4, səh.185
Tarix, əl-Xətib əl Bağdadi, c.14, səh. 462

Allah rəsulu (s) demişdir: “Əlini incidən məni incitmişdir”.



Müsnəd Əhməd bin Hənbəl, c.3, səh. 483
Fədail Əl-Səhabə, Əhməd bin Hənbəl, c.2, səh, 580, hədis № 981
Məcma əl-Zəvahid, əl-Xeysəmi, c.9, səh. 129
Əl-Səvaiq əl- Muhriqa, İbn Hacər əl Xatəmi, Fəsil 11, bölmə 1, səh. 263
İbn Həbban, İbn Əbd-əl-Barr və s.

“Əlini lənətləyən məni lənətləmişdir”


al-Mustadrak, əl-Hakim, c.3, s.121, bu hədisin səhih olduğunu qeyd etmişdir.
Müsnad Əhməd ibn Hənbəl, c.6, s. 323
Fadail əl-Səhabə, Əhməd ibn Hənbəl, c.2, s.594, hədis #1011
Məcma əl-Zavaid, əl-Xeysəmi, c.9, s.130
Mişkat əl-Məsabih, İngilis dilində, hədis #6092
Tarix əl-Xüləfa, Cəlaluddin əl-Suyuti, s.173
Təbərani, Abu Yala və başqaları

Allah rəsulu (s) demişdir:

"Hər kim Əlini lənətləsə, məni lənətlədi, hər kim məni lənətləmisə o, Allahı lənətləmişdir, hər kim Allahı lənətləsə, onda Allah onu Cəhənnəm atəşinə atacaq." (Müsnəd Əhməd bin Hənbəl, c. 6, səh. 33)


Rəsulullah (s) belə buyurmuşdur:

“Əlidən üz döndərən məndən üz döndərmişdir, məndən üz döndərən Allahdan üz döndərmişdir.” (Kənzül Ümmal, hədis № 32974, 32976, Abdullah bin Ömərdən nəql edilir (o da 2 ravidən) və Əbuzərr Qəffaridən (ra).)


Əvvəl də qeyd etdiyimiz kimi

Rəsulullah (s) həmçinin belə buyurmuşdur:

“Əliyə itaət edən mənə itaət etmişdir, mənə itaət edən Allaha itaət etmişdir. Əliyə itaətsizlik mənə itaətsizlikdir, mənə itaətsizlik Allaha itaətsizlikdir.” (Kənzül Ümmal, hədis № 32973)


Beləliklə, bu hədis bizə deyir ki,

1. Münafiq Əliyə (əs) qarşı kinindən bəllidir,
2. Əlidən üz döndərən, ona itaətsizlik edən və lənətləyən faktiki olaraq bunları Allaha qarşı etmişdir.

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan.(Quran. 98:7, 8)

Məhəmməd bin Əli İbn Cəririn təfsirində 33-cü cild, səhifə 146-da (Misir nəşri) qeyd edir ki, Peyğəmbər (s) buyurmuşdur: "Yaradılmışların ən yaxşısı Əli və onun şiələridir."

Beləliklə əl Nubaxti bildirir:

Şiəlik Rəsulullahın vəfatı ərəfəsində formalaşdı.
Şiələr o kəslər idi ki, özlərini həzrət Əlinin (əs) ardıcılları bilirdilər.


Hər kəsi qınaq obyektinə çevrilməyi qırağa qoymağı,ağlı,vicdanı və düşüncəsi ilə haqqı axtarmağı məsləhət görürük. Axirətdə ana öz balasının hayına qalmadığı vaxtı bizlərə Əhli beytə xatir qorusun.
bu məqalə sizə bəs etməyə bilər . Çalışın axtarın araşdırın. O hədisləri qəbul edin ki hər iki məhzəb onları qəbul edir. Onda haqqın nə olduğunu görəcəksiz.

paylaşaq
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.