“Aşura mərasimi dini biznesdir” – Elşad Miri

“Aşura mərasimi dini biznesdir” – Elşad Miri
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
“Aşura mərasimi dini biznesdir” – Elşad Miri

“Aşura günündə insanların bədənlərinə xəsarət yetirərək qan çıxarması və azyaşlı uşaqların dini geyimdə ifrat əzadarlıq mərasimlərində iştirakı hallarına rast gəlinir. İslam dinində bunlar yoxdur”.
Bunu bizimyol.info-ya açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.

E.Mirinin sözlərinə görə, Aşura günü mərasimi dini biznesdi: “Ona görə də bu mərasimin keçirilməsinə niyə şərait yaradılmasın? Aşura mərasimi dini biznesdir. Nə Quranda, nə də Məhəmməd peyğəmbərin dövründə bu anlayışlar yoxdur. Bu mərasimi İslamla əlaqələndirib necə insanlarla təqdim etmək olar?”

E.Miri vurğulayıb ki, dinlə bağlı qurumların olmasına ehtiyac yoxdur: “Nə Qafqaz Müsəlmanları İdarəsinə, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ehtiyac yoxdur. Bu qurumların cəmiyyətə xeyri və ziyanı ilə bağlı araşdırma aparmaq lazımdır”.

İslam.az-ın şərhi: Şübhəsiz ki, Elşad Mirinin söylədiklərində həqiqətlər var. Amma bu, yeni bir şey deyil. Məsələn, əsrlərdir ki, Aşura mərasimlərində baş yarmağın, qan çıxarmağın haram olduğu deyilir, bu barədə müctəhidlər fətva verirlər. Amma yenə də bu xoşagəlməz hallar müşahidə edilir.

Digər məsələ Aşuranın biznesə çevrilməsidir. Bu, əlbəttə ki, kütləvi hal almayıb. Amma hər halda, rast gəlinir. Nəzir qutularına atılan pulların hara xərclənməsi, Məhərrəm ayında bəzi məddahların toyxana manıslarından fərqlənməyən hərəkətlər nümayiş etdirməsi Elşad Miri kimilərinə gözəl fürsətdir. Ümumiyyətlə, harada biznes yoxdur ki indi? Bəlkə Həcc mərasimi artıq biznesə çevrilməyib? Ya Elşad Mirinin öz kitablarını satdırması biznes deyil?

O ki qaldı QMİ və DQİDK-ya... Biz onların vəkili deyilik və yəqin ki, lazım bilsələr, bu qurumlar da məsələyə münasibət bildirərlər. Amma u qeyd edək ki, hələ Peyğəmbər zamanında (s) və dərhal sonra dini məsələlərə məsul olan şəxslər və qurumlar olub. Ən azından qazi institutunu xatırlatmaq olar.

Aşuranın və Məhərrəmlik ənənələrinin Quranda və ya Peyğəmbər zamanında olmasını da heç kim iddia etmir. Bütün bunlar imam Hüseynin (ə) şəhadətindən sonra meydana gəlib. Amma “Quranda yoxdur!” deyib hər şeyi inkar etmək də olmaz. Eləyə qalsa Quranda nə xəlifələr, nə müasir fiqhlər, nə də səhabə adları var. Ancaq Qurana istinad etmək istəsək bir çox suallara cavab tapmarıq. Məsələn, bir neçə gün əvvəl qeyd etdiyimiz Qurban bayramının günü məchul qala bilərdi.

Yekunda isə hər əlamətdar gün ərəfəsində bu tipli açıqlamalar verməklə gündəmə gəlmək arzusuna bir diaqnoz qoymaq mümkündür: populistlik! Vəssalam.

kimlərsə gündəmə gəlmək istəyəndə Şiələrin müqəddəs günlərinə it kimi hürür ki gündəmdə olsun
Oxşar mövzular
Son Məqalələr

Son Oxunanlar

İnformasiya
« Qonaq » qrupunda olanlar bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər (1)
  1. Mudafeiherem
    #1 Mudafeiherem ♥ İstifadəçi ♥ 20 fevral 2019 20:15
    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hprmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.

    Salam. Elşad miri özü ATS dir. O nə bilir Aşura nədir. Mənim bu sayta hörmətim var. Ancaq Elşad kimi kafirlərin sözlərin təbliğ edəcəksizsə, onda bu saytın adın dəyişin.
Şərh yazmaq üçün sosial şəbəkədən giriş:

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex