Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Behiştin əsl sahibləri kimlərdir.

Behiştin əsl sahibləri kimlərdir.
+1
Mətndə qrammatik səhv var?
Behiştin əsl sahibləri kimlərdir.

Behiştin əsl sahibləri kimlərdir?

Bizim ölümdən niyə xoşumuz gəlmir?

Etiqadımıza görə, bu dünyadan imanla köçənlər behiştə daxil olacaqlar. Hətta imanın ən aşağı dərəcəsinə sahib olan kəslər ölüm anına qədər, əgər həmin imanı küfrə çevirməsələr (bərzəx aləmindən sonra) behiştə gedəcəklər. Şübhəsiz, iman Əhli-beytə (ə) etiqad və məhəbbət bəsləməyin girovundadır, necə ki, Peyğəmbər (s) buyurur:

الا مَن ماتَ على حُبّ آل محمّد مات شهيداً “Bilin ki, Muhəmmədin Əhli-beytinə məhəbbətlə ölən kəs mömin və kamil imanla ölmüşdür.” ألا ومَن ماتَ على حُبّ آل محمّد بشَّره مَلَكُ الموت بالجنّة “Bilin ki, hər kəs Muhəmmədin Əhli-beytinə məhəbbətlə ölərsə, ölüm mələyi onu behiştlə müjdələyəcəkdir.” (“Biharul-ənvar”, 23-cü cild, səh.233.) Buna əsasən, Əhli-beyti (ə) sevən, Allahın və Onun övliyalarının buyruqlarına tabe olan bir şiənin ölüm qorxusu yoxdur. Çünki ölüm, möminin qarşısında onu Haqq-Taalanın cənnətinə götürən bir körpüdür. İmam Hüseyn (ə) “Aşura” günü öz silahdaşlarına xitabən buyurur: “Ey böyük insanların övladları! Səbirli olun ki, ölüm fəqət sizi çətinliklərdən və məşəqqətlərdən geniş bağlara və həmişəlik nemətlərə keçirən bir körpüdür. Doğrusu, sizdən hansı biriniz istəməz ki, zindandan saraya getsin?” (“Məanil-əxbar”, Şeyx Səduq, səh.289.) İmam Əli (ə) müttəqilərin Haqqla görüşməyə olan şövqləri barədə buyurur: “Müttəqilər üçün təyin edilmiş əcəl olmasaydı, savaba çatmağın şövqündən və veriləcək əzabın qorxusundan bir an da olsa, ruhları bədənlərində durmazdı. Yaradan onların canlarında böyükdür və bu üzdən də başqaları gözlərində kiçikdir.”(“Nəhcül-Bəlağə” (tərcümə), Feyzül-İslam, xütbə 184, səh.612.)

Bir nəfər Əbuzərdən soruşdu: “Bizim ölümdən niyə xoşumuz gəlmir?” Əbuzər cavabında buyurdu: “Çünki siz dünyanızı abad, axirətinizi isə viran etmisiniz. Bu səbəbdən də, abadlıqdan viranəliyə getməyə meyil etmirsiniz.” (“Məhcətul-bəyza”, Feyz Kaşani, 8-ci cild, səh.258.)

İman və əməllərinə bağlı olan kəslər behiştdən bəhrələnəcəklər. Onların bir hissəsi ölümdən sonra “bərzəxi behişt”ə daxil olacaqvə bundan sonra qiyamətdə behiştə yol tapacaqlar. Amma günahkar şəxslər, vücudlarında imanın zəif işartıları parladığı üçün, ola bilsin ki, ilahi əzabı daddıqdan, uzun illərin əzab və işgəncəsindən sonra, günahları və çirkinliklərindən pak olandan sonra behiştə daxil olacaqlar. Necə ki, qızılı odlu kürəyə qoyurlar ki, artıq bulaşıqlardan təmizlənib xalisləşsin və tərkibindəki qeyri-xalis ünsürləri atəşdə məhv etməklə xalis qızıla çevrilsin.

Aydındır ki, bu dəstə behiştin həqiqi sahibləri deyildirlər, əksinə qonaq sifətində olub behiştin əsl sahiblərinin şəfaəti və Haqq-Taalanın lütf və inayəti ilə behiştə yol tapacaqlar.

Behiştin əsl sahiblərini isə, Allah-Taala Öz Kitabında belə təsvirə çəkir:

وَ مَنْ يُطِعِ اللَّهَ وَ الرَّسُولَ فَأُولئِکَ مَعَ الَّذينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَ الصِّدِّيقينَ وَ الشُّهَداءِ وَ الصَّالِحينَ وَ حَسُنَ أُولئِکَ رَفيقاً “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemət verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır!” (“Nisa” surəsi, ayə 69.) Bu şərif ayədə dörd dəstə behiştin həqiqi sahibləri ünvanı ilə tanıtdırılır. Başqaları bu dörd dəstənin yolunu tutmaqla və şəfaətilə behiştə daxil olacaqlar. Həqiqətdə, onlar ev yiyəsi və qonaq sahibi, başqaları isə qonaqdırlar. Behiştin sahibləri – yəni peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər Allahın onlara nemətini tamamladığı kəslərdir. Allah-Taala bizə buyurmuşdur ki, hər gün namazlarımızda, Allahdan bizi onların yoluna hidayət etməsini diləyək: “İhdinəs-siratəl-mustəqim, siratəl-ləzinə ənəmtə əleyhim – İlahi, bizi doğru yola hidayət et, nemət verdiyin kəslərin yoluna!” Bir sözlə, Allahın ən yaxşı bəndələri və barələrində nemətini tamamladığı və behiştin sahibləri qıldığı kəslər – peyğəmbərlər, sadiq bəndələr, şəhidlər və salehlərdir. Digər bəndələr bu dörd zümrəyə bağlı olduqları və onların yollarını getdikləri üçün behiştə yol tapa biləcəklər. Əlbəttə, Allahın seçilmiş bəndələri ilə əlaqədə olduqlarına görə.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.