Doğru yolun (Siratəl mustəqimin mənası).

Doğru yolun (Siratəl mustəqimin mənası).
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Doğru yolun (Siratəl mustəqimin mənası).


Doğru yolun (Siratəl mustəqimin mənası).

Bizi doğru yola yönəlt! [1]

İmam Cəfər Sadiq (ə.s): İnsanlar sağa-sola azdı,ancaq biz və şiələrimiz doğru yola hidayət olunduq.[2]

Həqiqətən mənim Rəbbim,sizin Rəbbinizdir.Elə isə Ona ibadət edin ki,doğru yol budur. [3]

Allahın ayələri sizə oxunduğu və Onun Rəsulu sizin aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allahın ipindən yapışsa, şübhəsiz ki, doğru yola (siratul müstəqimə) hidayət olunmuşdur. [4]

İmam Cəfər Sadiq (ə.s) sirat sözünün mənası barədə buyurur: O Allahı tanımağın yoludur və iki növdür:
Dünyada sirat
Axirətdə sirat.
Dünya siratı, elə itaəti vacib olan imamdır.Dünyada imamı tanıyan və onun göstərdiyi yolu gedən şəxs, cəhənnəmin üzərində körpü olan axirət siratından keçəcək. [5]

İmam Sadiq (ə) buyurub:
Doğru yol (Siratul müstəqim) İmam Əlidir (ə.s). [6]
Axirət siratı və onun üzərindən keçmək

Musa (ə.s) dualarının birində buyurur: İlahi! Sənin hikmətini aşkar və gizli şəkildə oxuyan şəxsin mükafatı nədir? Uca Allah buyurdu: Siratdan ildırım sürətilə keçər. [7]

Həzrət Muhamməd (s.a.v.v) buyurub:
Sizlərdən sirat üzərində ən sabit qədəm­liniz, mənim Əhli-Beytimə (ə) daha çox məhəbbəti olanınızdır.[8]

Dəstəmazı kamil şəkildə al ki, siratdan bulud kimi keçəsən. [9]

Sirat tükdən nazik, qılıncdan itidir. [10]

Həqiqətən, sənin Rəbbin pusquda bərk dayanmışdır.[11] ayəsi barədə İmam Sadiq (ə.s) buyurmuşdur: “Pusqu, Sirat üzərində olan bir körpüdür ki, oradan boynunda hətta bir məzləmə (yəni insanlar qarşısında boynunda olan hər bir haqq və xirda, az miqdarda olan pul borcları) olan şəxs də keçə bilməz.”[12]

İmam Sadiq (ə.s): İnsanlar sirat üzərindən keçməkdə bir neçə dəstəyə böünürlər: bəziləri ildırım sürətilə keçər, bəziləri çapar at kimi, bəziləri sürünə-sürünə, bəziləri də ondan asılmış və bədənlərinin bir hissəsini od bürürmüş halda keçəcək. [13]

[1] Fatihə, ayə 6
[2] əl-Kafi, c.2, səh. 264 , hədis 5
[3] Ali-İmran, ayə 51
[4] Ali-İmran, ayə 101
[5] Biharul-Ənvar, c.24, səh. 11 , hədis 3
[6] Məaniyul-Əxbar, səh. 32 , hədis 2
[7] Biharul-Ənvar, c.92, səh. 197 , hədis 3
[8] Fəzailuş-Şiə, səh. 48 , hədis 3
[9] Biharul-Ənvar, c.76, səh. 4 , hədis 8
[10] Biharul-Ənvar, c.8, səh. 65 , hədis 2
[11] Fəcr, ayə 14
esselamu_eleykum12] Səvabul-Əmal, səh. 321 , hədis 2
[13] Əmali-Səduq, səh. 149 , hədis 4

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex