Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Yetim haqqi yemək hədislərin dili ilə.

Yetim haqqi yemək hədislərin dili ilə.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Yetim haqqi yemək hədislərin dili ilə.


Yetim haqqi yemək hədislərin dili ilə.

Allahın Peyğəmbəri (s.a.v.v) (Özünün daşürəkliyindən şikayətlənən kişiyə): Qəlbinin yumşalmasını və diləyinə çatmağını istəyirsənmi? Yetimə mehribanlıq göstər və əlini nəvazişlə onun başına çək, xörəyindən ona da yedirt. Belə olan halda qəlbin yumşalar və istəyinə çatarsan. (Əmali-Səduq, səh.395, hədis 1 )

-. İmam Əli (ə.s) (Şəhadətindən öncə vəsiyyətindən): Yetimlərə görə Allahdan qorxun ki, məbada bir gün qarınlarını doydurub bir gün ac saxlayasınız. Məbada, siz olan bir yerdə onlar aradan getsinlər.Çünki Allahın Peyğəmbərindən(s.a.v.v) belə buyurduğunu eşitmisən. Kim bir yetimə həyan olsa, onu ehtiyacsız etsə, vacib etdiyi kimi Allah bu işinə görə cənnəti ona vacib edər. Yetim malı yeyənə cəhənnəm odunu vacib etdiyi kimi. (Təfsirul-Əyyaşi,cild 1, səh.225, hədis 47 )

-. Yetimlərin malını zülmkarlıqla yeyənlər öz qarınlarına cəhənnəm odu atar və tezliklə (cəhənnəmdə) yanan alova daxil olarlar.(Biharul-Ənvar, cild 79, səh.268)

-. İslam Peyğəmbəri (s.a.v.v): Qiyamət günü bir dəstə ağızlarından alov saça-saça qəbirlərindən çölə çıxar. Ərz olundu: Ya Rəsulallah (s.a.v.v)! Onlar kimlərdir? Buyurdu: Yetim malı yeyənlər. (Əmali-Səduq, səh.395)
-. Fatimə Zəhra (s.ə) (Öz nitqlərindən birində): Allah Təala yetimin malını yeməkdən çəkinməyi,zülm və haqsızlığın qarşısını almaq üçün vacib buyurmuşdur. (Biharul-Ənvar, cild 70, səh.176, hədis 33)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex