Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.

Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.


Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.

Peyğəmbər (s) buyurmuşdu: “Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir.(Səhih hədislər silsiləsi, 5263)


Bir gün Ayişə Peyğəmbərin (s) yanına gəldikdə o Həzrət bu­yur­du: “Seyyidil - Ərəbi mənim yanıma çağır. Ayişə dedi: “Ey Rə­sulullah! Seyyidil - Ərəb sən deyilsənmi?” Həzrət buyurdu: “Mən Adəm övladlarının seyyidiyəm, Əli isə ərəblərin seyyididir.” Bu hədis “Mustədrək”də (3-cü cild, səh. 124) çoxlu rəvayətlərdə qeyd olunmuşdur.


Həzrət Mühəmmədin (s) İmam Əliyə (s) verdiyi çox yüksək qiyməti əhli - sünnə alimləri bütün kitablarında vurğulayıblar.
Məsələn, hədislərin birində Peyğəmbər (s) belə buyurdu: “Ey Əli, Sənin mənə görə məqamın, Həzrət Harunun Musaya görə məqamı kimidir. Amma məndən sonra peyğəmbər gəlməyəcək”. (Səhihi-Buxari c.2, s.305. Səhihi-Muslim c.2, s.360, Müstədriki-Hakim, c.3, s.109)


“Ey Əli, sən məndənsən, mən də səndənəm”.(Səhihi-Buxari c.2, s.76. Səhihi-Tirmizi c.5, s.300. Sünnəni ibni-Məca c.1, s.44)


“Əlini sevmək imandandır, onunla düşmənçilik etmək isə nifaqdandır”.(Səhihi-Muslim c.1, s. 61. Sünnəni Tirmizi c.8, s.306)


“Mən elmin şəhəri, Əli onun qapısıdır”.(Sünnəni Tirmizi, c.5, s.201. Müstədriki-Hakim, c.3, s.126)


“Mən hər kimin mövlasıyam, Əli də onun mövlasıdır.” (Müsnədi-İmam Əhməd, c.5, s. 25. Müstədiriki-Hakim c.3, s.134. Səhihi-Tirmizi c.5, s.296)


“Allahım, onu sevəni sev, ona düşmən olana düşmən ol”. (Səhihi-Muslim c.2, s.362. Müstədiriki-Hakim c.3, s.109, Müsnədi-Əhməd c.4, s.281)


“Ey Əli, məndən ayrılan Allah-Təaladan ayrılmış, səndən ay­rı­lan məndən ayrılmış kimidir.” Bu hədis Riyadun Nazrada (Dəməşq tarixi, səh. 268, hədis-788)


Ardıcıl olaraq Rəsulullahın (s) belə buyurduğu qeyd etmişdir. Hakim də bunu öz “Mustədrək”ində (səh.146) və “Zəxairul-Üqba”da xüsusi vurğulayır.


Rəsulullah (s)buyurmuşdur: “Sənin lənətin mənim lənətimdir.” Bu həmçinin Zeyd ibn Əlinin “Musnəd”ində (973-cü hədis) qeyd olun­muşdur.


Camaat “artiq əmisi oğlu ilə gizli duaları çoxaldı”-dedikdə Pey­ğəmbər (s) buyurdu: “Ona mən əmr etməmişəm. Ona Allah-Təala əmr edib.” Bu hədis Səhih Tirmizidə


Həsənə nisbət verilərək “Kitabul-Mə­naqib”də (3810-cı hədis, 50-ci kitab, 21-ci bab) qeyd olunmuşdur.



Allahın Rəsulu (s) buyurmuşdur: “Allah-Təala Peyğəmbərləri müx­tə­lif ağaclardan yaratmışdır. Məni və Əlini isə bir ağacdan yarat­mışdır. Mən o ağacın köküyəm, Əli budaqları, Fatimə mayası Həsən və Hüseyn meyvələridir...” Təbəri bunu öz əsərində və iki hərəmin rəisi Mühəmməd ibn Yusif “Kifayətut-Talib”də rəvayət etmişdir.



Rəsulullah (s) buyurmuşdur: “Mən qorxudanam, Əli hidayət edəndir. Ey Əli! Məndən sonra hidayət olanlar, sənin əlinlə hi­da­yət olacaqlar.” Bu həmçinin “Fusulul-Muhimmə”də İbn Sab­bağdan “Tarixi-Dəməşq”də İbn Əsakirdən “Əli ibn Əbu Talibin hə­yatı” (2-ci cild, 916-cı hədis, səh. 417) Həskaninin “Şəvahidut-Tənzil” (1-ci cild, 398-402-ci hədis, səh. 293) Şafinin “Kifayətut-Talib”ində qeyd olunmuşdur.


Başqa bir yerdə isə Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlman­ların seyyidinə, müttəqilərin imamına salam olsun.” Bu faktı Əbu Nəim “Hilyətul-Övliya”da, İbn Əbil Hədid isə “Şərhi Nəhcul-Bəlağə”də eyni ilə qeyd etmişdir.


Ənəs ibn Malik Həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Həzrət Peyğəmbər (s) ənsara belə buyurdu ki, sizlər məndən sonra yoxsul olacaqsınız. Allah və peyğəmbəri ilə hovuzun yanında tapışıncaya qədər dözün. Ənəs dedi: Amma bizlər dözmədik”. (Səhihi-Buxari, c.2, s.135)


Fəzilət sahiblərinə baxın ki, Xeybər müharibəsindən sonra Əbubəkir və Ömər məğlub olub qayıtdıqdan sonra Həzrət Peyğəmbər (s) buyurdu: “Bayrağı sabah elə adama verəcəyəm ki, Allah və peyğəmbərini sevir, Allah və peyğəmbər də onu sevirlər. O, elə bir qəhrəmandır ki, heç vaxt qaçmaz və Allah onun qəlbini iman ilə sınamışdır”. (Səhihi-Müslim, “Əlinin fəziləti” babında)


Əbubəkir açıq şəkildə bir neçə yerdə demişdi: “Allah məni Əlinin olmadığı yerdə bir məsələ ilə qarşılaşdırmasın”.
İbn Abbas da demişdir: “Mənim və o biri səhabələrin elmi Əlinin qarşısında yeddi dənizin suyu qarşısında bir damla kimidir”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex