Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Fədakarlığın neçə dərəcəsi var? Ən üstün fədakarlıq hansıdır?

Fədakarlığın neçə dərəcəsi var? Ən üstün fədakarlıq hansıdır?
0
Mətndə qrammatik səhv var?
Fədakarlığın neçə dərəcəsi var? Ən üstün fədakarlıq hansıdır?


Fədakarlığın neçə dərəcəsi var? Ən üstün fədakarlıq hansıdır?

Fədakarlıq elə bir fəzilətli sifətdir ki, insanlara aid edilir. Heyvanlarda əxlaqi mənada bu sifət yoxdur. Heyvanlarda fədakarlığa bənzədilən sifət isə instinktdir, fəzilət deyildir.

İnsanlarda olan fədakarlıq hissini də instinkt adlandırmaq olar, ancaq bir fərqlə ki, agahlıqla bir yerdə olar.

Fədakar insanlar Allahın sevimli bəndələridir. Onların başı səmada, ayaqları yerdə olar. Fədakarlığın dərəcələri vardır. Özlərini Allah yolunda fəda edən insanlar bir neçə dəstəyə bölünürlər:

1. Bəziləri başqalarının yaxşılığı qarşısında yaxşılıq edərlər. Bu iş dəyərlidir və xeyir mükafat hesab olunur.

2. Bəziləri özləri başqalarına yaxşılıq edərlər və mükafatı da Allahdan gözləyərlər. Bu iş də pis deyildir, ancaq hər bir halda ticarətdir.

3. Bəziləri özləri başqalarına yaxşılıq edərlər və bunu gözləntisiz edərlər.

4. Bəziləri başqalarının pisliyi qarşısında yaxşılıq edərlər və bu əməl – məkarim əxlaqdır.

Fədakarlıq özündən keçmək deməkdir. İnsan bu yolda özünü görməz. O zaman ki, insan dostluq yoluna qərq olar, bütün varlığını bu yola qoyar. Fədakar insanın yükü az olmalıdır ki, bu yolda rahat irəliləyə bilsin. Ariflərdən biri deyir: “Nə zaman Allah yolunda irəliləmək istəsən, malik olduğun ağır şeyləri boşalt ki, yükün yüngül olsun və yolu rahat gedə biləsən”. (Tebyan)

Yəni, əlində olan maldan, elmindən başqalarına yardım et ki, seyr etməyin asanlaşsın.

Şəhadət – fədakarlığın ən son həddidir. İnsan Allah yolunda canını fəda edər. Ancaq canı fəda etmək də sadə bir mövzu deyildir. Ali dini rəhbər bu haqda buyurur: “Bəziləri belə xəyal edirlər ki, iman və fədakarlığa söykənmək deyildikdə, o nəzərdə tutulur ki, özünü fəda olmaq üçün hazırlayasan. Xeyr, belə deyildir. Əslində iman və fədakarlığa söykənməyin mənası odur ki, insan qəlbində olan iman sayəsində bütün qüvvələrini işə salsın. Bu güc elm yarada bilər, təcrübə yarada bilər. Biz inqilabın əvvəllərindən nə zaman imanımıza söykəndiksə, qalib gəldik. İstər elm cəbhəsində olsun, istər siyasət, iqtisadi və ya hərbi. O zaman ki, məğlub olduq – İslamdan uzaqlaşdığımız zamanlarda oldu. Düşmən bunu yaxşı bilir”.

Ona görə də deyə bilərik ki, fədakarlıq insanı həyatın elə zirvələrinə qaldıra bilər ki, heç özü də bunu xəyal etmirdi. Bu səbəblə fədakarlıq kimi fəzilətli sifəti özümüzdə inkişaf etdirək və iman, təvəkküllə birlikdə onu həyatımızda tətbiq edək.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.