Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Atanın övladı barədə etdiyi dua – həm xeyir dua, həm bəd dua – dərhal qəbul olunar

Atanın övladı barədə etdiyi dua – həm xeyir dua, həm bəd dua – dərhal qəbul olunar
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Atanın övladı barədə etdiyi dua – həm xeyir dua, həm bəd dua – dərhal qəbul olunar


Atanın övladı barədə etdiyi dua – həm xeyir dua, həm bəd dua – dərhal qəbul olunar.


İmam Sadiq (ə) axıril-zamanda baş verən fəsadlara işarə edərək buyurmuşdur:

“...O zaman görsəniz ki, ağvalideyn olmaq yayılar və valideyn az dəyərli və yüngül hesab olunar.

Onlar övladlarının yanında ən pis insanlar hesab olunarlar.

Övladlar valideynlərə töhmət vurulan zaman sevinərlər.

O zaman görəcəksən ki, övlad atasına iftira atıb töhmət vuracaqdır.

O vaxt görəcəksən ki, övladlar valideynlərinin əleyhinə dua edib nifrin edərlər.

O zaman görəcəksən ki, övladlar valideynlərin ölümündən sevinəcəklər.

Bu zamanda ehtiyatlı ol və Allah Təaladan nicat istə. Bil ki, insanlar bu zaman Allahın qəzəbinə düçar olarlar”. (Həvzəh)



İmam Rza (ə) valideynin övladı üzərindəki haqqı barəsində buyurur: “O zaman ki, valideyn sağdır – onlara yaxşılıq etməklə, o zaman ki, dünyadan gedərlər – onların haqqında dua etməklə onlara qarşı olan vəzifənizi yerinə yetirin”.



Həzrət Peyğəmbər (s) buyurur: “Bir neçə şey yoxsulluğa səbəb olar və onlardan biri də valideynin əleyhinə pis dua etməkdir”.



Həzrət (s) başqa yerdə buyurur: “Mənim ümmətimin bir neçə dəstəsinin duası qəbul olmaz. Onlardan biri də valideynin əleyhinə dua edən övladdır”.



İmam Sadiq (ə) buyurur: “Elə dualar vardır ki, onunla Allah Təala arasında pərdə, maneə olmaz. Onlardan biri – övladı yaxşılıq edən zaman atanın övladı haqqında etdiyi duadır. Övladı ağ olan zaman atanın onun əleyhində etdiyi duadır”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex