Göyün yedddinci qatı.

Göyün yedddinci qatı.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Göyün yedddinci qatı.


GÖYÜN YEDDİ QATI.

Mütəal Allah “Bəqərə” surəsinin 29-cu ayəsində buyurur: “O, yer üzündə hər nə varsa, hamısını, sizin üçün yaradan, bir də göyün (xilqətinə) başlayıb göyü yeddi qat halında (yaradaraq) nizama salandır. O, hər şeyi biləndir”.

“Nuh” surəsinin 15-ci ayəsində buyurur: “Məgər görmürsünüz ki, Allah yeddi göyü necə qat-qat yaratmışdır?”

“Təlaq” surəsinin 12-ci ayəsində buyurur: “Allah o zati-əqdəsdir ki, yeddi göyü və yerdən də bir o qədərini yaratmışdır.”

“Muminun” surəsinin 17-ci ayəsində buyurur: “Doğrudan da, Biz sizin üstünüzdə yeddi (göy) yolu yaratdıq və yaradılanlardan heç bir şəkildə qafil deyildik”.

Qurani-Kərimin bu gözəl ayələrindən göründüyü kimi, Allah Yer kürəsini yeddi gündə yaratdığı kimi göyləri də yeddi qatda yaratmışdır.

“Səma” lüqətdə tərəf, yuxarı deməkdir və Quranda da bu kəlmə müxtəlif mənalarda işlənmişdir.
1 - Bəzən o, “yuxarı” mənasında işlənmişdir. Belə ki, Allah “İbrahim” surəsinin 24-cü ayəsində buyurur:“Məgər Allahın necə məsəl çəkdiyini görmürsənmi? Pak söz (tövhid) kökü sabitləşmiş və budaqları göydə çardaqlanmış pak bir ağac kimidir”.
2 - Bəzən bu kəlmə “yer üzündən uzaq”, “buludlar olan yer” mənasında işlənir. Belə ki, Allah “Qaf” surəsinin 9-cu ayəsində buyurur: “Biz göylərdən bol bərəkətli su nazil etdik”.
3 - Bəzən bu kəlmə Yer kürəsinin ətrafında olan səthin möhkəmliyi mənasında işlənir. Belə ki, Allah “Ənbiya” surəsinin 32-ci ayəsində buyurur: “Biz göyü qorunub saxlanılan, möhkəm bir tavan etdik”.

Elmin nailiyyətləri bizim möhkəm bir tavan altında yaşadığımızı sübut etmişdir. Belə ki, bu tavan başqa qalaktikalardan, planetlərdən gələn daşları və meteoritləri tutub saxlayır və aşağı düşməyə qoymur. Əgər bu belə olmasaydı, biz daim daşların yağışına məruz qalardıq, ancaq göyün möhkəm olması nəticəsində bu daşlar cəzb olunaraq, külə çevrilirlər.

Bəs yuxarıdakı ayələrdə gələn göy qatı nə mənada işlənmişdir? İslam elminin alimləri və təfsirçiləri bu haqda müxtəlif fikirlərə malikdirlər
və bu ayələri müxtəlif cür təfsir edirlər.
1 - Bəziləri, göyün yeddi qatı deyildikdə planetlərin nəzərdə tutulduğunu söyləyirlər.
2 - Bəziləri bu fikirdədirlər ki, bu göyün bir-birinin üzərində yerləşən yeddi qatıdır.
3 - Bəziləri isə deyirlər ki, burda gələn yeddi rəqəmi çoxluq bildirir ki, bu da çox sayda olmaq deməkdir. Belə ki, Allah “Loğman” surəsinin 27-ci ayəsində buyurur: “Əgər yer üzərində nə qədər ağac varsa, qələm olsaydı və yeddi ayrı dənizin qoşulduğu dənizlər də mürəkkəb olsaydı, Allahın sözləri qurtarmazdı”. Bu ayədən göründüyü kimi yeddi dəniz çoxluq mənasını verir və minlərlə dəniz belə ola bilər.
Ancaq bu ayələrdən daha çox o məna həqiqətə yaxındır ki, göyün yeddi qatı və bu kəlmənin Quran ayələrində dəfələrlə işlənməsi, çoxluq mənasını vermir, məhz həmin yeddi rəqəminə təkid edilir. Belə ki, bu ayələrdən belə nəticə çıxartmaq olar ki, yeddi burada göylərin sayına işarə edir. Yəni, bizim planetin göyündən başqa yenə də göylər vardır ki, onların varlığından bizim xəbərimiz yoxdur. Bütün bu doqquz planet, Günəş və Ay ancaq bir göyün içərisindədir və bu cür başqa altı dənə də göy vardır ki, hələ onları aşkar etməmişik.

Allah-Təala, “Saffat” surəsinin 6-cı ayəsində buyurur: “Aşağı göyü ulduzlar və planetlərlə zinətləndirdik”. Bu ayədən belə nəticəyə gələ bilərik ki, biz gördüyümüz hər şey və bu ulduzlar, planetlər birinci göyün hissələridirlər və ondan kənarda da altı göy sistemi vardır və biz hal-hazırda onun haqqında məlumata malik deyilik.
Biz texnikanın inkişaf etdiyini zənn edirik, ancaq hər gün bir az da irəli gedərək, hələ də ətrafımızı əhatə edən aləm haqqında cüzi məlumata malik olduğumuzun şahidi oluruq. Belə ki, ən inkişaf etmiş rəsədxanalar ancaq bizim qalaktikanın ulduzlarını və planetlərini kəşf edə bilir. Daha irəli getmək və daha uzaqları müşahidə etmək hələ ki, mümkün deyildir və inşəAllah ki, gələcək nəsil texnikanı inkişaf etdirərək, Allahın yaratdığı başqa qalaktikaları da kəşf edəcək və bir daha Onun əzəmətinə və qüdrətinin sonsuzluğuna şahid olacaqlar. [Təfsiri-Nümunə]

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex