Şəfaət verənin Allahdan icazəsi olur.

Şəfaət verənin Allahdan icazəsi olur.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Şəfaət verənin Allahdan icazəsi olur.


Şəfaət verənin Allahdan icazəsi olur.

Quranın toxunduğu bəhslərdən biri də şəfaət mövzusudur. Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, o kəs ki, şəfaət edər, gərək Allah tərəfindən icazəyə malik olsun. Quranın bir neçə ayəsində bu mövzuya işarə edilmişdir.
Quran: “İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?!”.
“Bəqərə” surəsi, ayə 255

Quran: “Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur”.
“Yunus” surəsi, ayə 3

Quran: “Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz”.
“Taha” surəsi, ayə 109

Quran: “(Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla, şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir”.
“Səba” surəsi, ayə 23

Quran: “Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür)”.
“Nəcm” surəsi, ayə 26

Bu ayələrin təfisrində oxuyuruq ki, yəni bu insanlar o şəfaətçilərdir ki, Allahın izni olmadan heç bir şəfaət edə bilməzlər. O kəs ki, şəfaət olur, gərək Allah bəyənən əqidəyə malik olsun.
Quran: “Onlar Allahın(əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar”.
“Ənbiya” surəsi,ayə 28

O kəs şəfaətə layiq olar ki, Allah bəyənən şəkildə dində və imanda olar. Yəni, dini elə olmalıdır ki, Allah bəyənən olsun.
Lakin əksinə, müşriklərin nəzərinə görə şəfaətçi o kəsdir ki, Allahın icazəsinə ehtiyacı yoxdur və şəfaət etmək qüdrətinə özü malikdir.
Quran: “Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir" deyirlər”.
“Yunus” surəsi, ayə 18

Müşriklərin şəfaət dedikləri bu şey - dünya işlərinə aid şəfaətdir. Yəni, əgər bu dünyada yağış, qar və ya ruzi ilə bağlı çətinlikləri olsa, guya bütlər Allah yanında şəfaətçi ola bilər. Müşriklər axirətə inanmadıqları üçün bu şəfaəti dünyaya aid edirlər.

Ona görə də deyə bilərik ki, Əhli-beyt (ə) məktəbinin nəzərinə görə şəfaətçinin şəfaət haqqı yoxdur. O, bu işə ancaq Allah tərəfindən vəzifələndirilə bilər. Ancaq müşriklərin nəzərinə görə isə şəfaətçiyə icazə verilməsinə ehtyac yoxdur, çünki özü şəfaət etmək qüdrətinə malikdir. Əhli-beyt (ə) məktəbinin nəzərinə görə hər kəs şəfaətə layiq deyildir. Şəfaət olunan o kəsdir ki, dini və əqidəsi Allah bəyənən olsun. Yəni, İslamda olsun və vilayətdə olsun. Ancaq müşriklərin nəzərinə görə hər bir bütpərəst şəfaətə layiqdir.

Əhli-beyt (ə) məktəbinin nəzərinə görə şəfaət verən insana dünya və axirətdə şəfaət verər. Ancaq müşriklərin nəzərinə görə, şəfaət ancaq dünyaya aid mövzudur. Çünki onlar bu dünyadan başqasını qəbul etmirlər.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex