İnsanın özünü tanıması üçün faydalı olan göstərişlər.

İnsanın özünü tanıması üçün faydalı olan göstərişlər.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İnsanın özünü tanıması üçün faydalı olan göstərişlər.


İnsanın özünü tanıması üçün faydalı olan göstərişlər (Bir psixoloqun göstərişlərindən)

"Otaqda tək və rahat bir yer seçib oturun və bir saat ərzində kimsə sizi narahat etməsin. Yeriniz nə qədər rahat olar və siz nə qədər tələsməzsənizsə bir o qədər yaxşı olar. Çünki, görmək istədiyiniz işin ən başlıca şərti kiminləsə ünsiyyətdə olmağınız və artıq səs eşitməməyinizdir. Bir sözlə diqqətinizi yayındırmamalı və ətrafdakı şeylər sizi özünə cəlb etməməlidir.
Yanınıza bir xeyli ucuz kağız və yaxşı yazan qələm qoyun. Ona görə ucuz kağız deyirəm ki, qənaət etmədən işlədəsiniz. Yaxşı yazan qələm isə zehninizdə olanları unutmadan kağız üzərinə köçürmək üçündür.
Həmin gün və ya ondan əvvəlki gün sizi həyəcanlandıran hər bir hadisəni ardıcıl olaraq kağız üzərinə köçürün.
Yazıb qurtardıqdan sonra onların hər birinə ayrı-ayrılıqda diqqət yetirin və yadınıza düşən hər bir şeyi nə qədər uzun olsa belə oraya qeyd edin. Həmən gün gördüyünüz işləri, hiss və həyəcanlarınızı yuxarıda qeyd olunduğu kimi yazıb qurtardıqdan sonra saysız hesabsız istək və tələblərinizi qarşınıza qoyun və gördüyünüz bütün işləri, hiss və həyəcanlarınızı bir-bir yadınıza salın və özünüzdən soruşun: Gördüyüm bu işə hansı hisslər səbəb olmuşdur?
Özünü tanımaqda ən başlıca məqsəd insanın düçar olduğu ruhi xəstəliklərdən yaxa qurtarması, ona rahatlıq verməyən psixoloji ziddiyyətləri aradan qaldırmaqla özündə yeni və sağlam şəxsiyyətin yarandığını hiss etməsidir. Məhz bunun nəticəsində o, həyatda yeni-yeni hədəflərə nail olub yeni həyat yoluna qədəm qoymuş olar. "


Əli (ə) özünün hikmətli buyruqlarından birində psixoloji xəstəliklər və onların qarşısını almaq haqda buyurur:
"Şüurlu insanlar nəfsləri barədə düşünüb daşınmalı, əxlaq, iman və əqidələrinə mənfi təsir göstərən mənfi ünsürləri arayıb üzə çıxarmalı, ya yaddaşlarında saxlamalı və ya kağız üzərinə köçürməlidirlər. Sonra onları aradan qaldırmaq üçün ciddi tədbirlərə əl atmalıdırlar."
(Mustədrəkul vəsail, 2-ci cild, səh. 328.)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex