Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Allahdan qorxmaq və çəkinmək.

Allahdan qorxmaq və çəkinmək.
0
Mətndə qrammatik səhv var?
Allahdan qorxmaq və çəkinmək.


Allahdan qorxmaq və çəkinmək.


1-ci dərs: Allahdan qorxmaq və çəkinmək
Allahdan qorx, Onun əzəmət və cəlalına diqqət yetir, daim hesab günü haqda fikirləş, axirət əzabını xatırla!
Ölümü, bərxəz aləminin çətinliyini və qiyamət günün əzabını təsəvvür et. Cənnət, Cəhənnəm, qorxan və çəkinən bəndələrin halını bəyan edən Quran ayələrini və rəvayətləri diqqətlə oxu, bu haqda dərindən fikirləş. (Uca Allah "Nazirat" surəsində buyurur:"

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ

Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. "("Fatir" 28)
وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar." (Rəd" surəsi, ayə 21)

Rəsulullah (s) buyurur;" Mən sizi Allahdan qorxmağa çağırıram" (Camius-səadət" 1-ci cild, səh, 218).

Sələbinin Əbu İshaqdan, onun isə Əbu Suheyfədən nəql etdiyi hədisdə deyilir: Bir nəfər Rəsulullahdan (s) soruşur:" Ya Rəsulullah, səni daha çox nə kədərləndirir? Rəsulullah (s) buyurur :" Məni ən çox Hud və onun qardaşları kədərləndirir". ("Nurus-səqaleyn" 2-ci cild, səh.334)

Başqa bir hədisdə Rəsulullah(s) cavabında buyurur:" Məni ən çox Hud, "Vaqiə", "Mursəlat" və "Nəbə" surələrinin şamil edildiyi şəxslər kədərləndirir " ("Əl-Xisal" 1-ci cild, səh.199)

Əminəm ki, sən peyğəmbərlərin və övliyaların Allahdan qorxusu, Əmirəl-möminin (ə.s) qəşş etməsi və səcdə edənlərin ağası İmam Zeynəlabidinin (ə.s) münacatı haqda eşitmisən. ("Əxlaq", Seyid Abdullah Şübbər, səh. 285)

Mənbə : Əxlaq elmdə 50 Dərs
Müəllif : Şeyx Abbas Qumi
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.