Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti.

Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti.


Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti.

Hədislərə və tarixə nəzər salaraq, Həzrət Fatimənin (s.ə) evinin maddi və mənəvi xüsusiyyətlərinə nəzər sala bilərik:


1. Həzrət Peyğəmbər (s) tərəfindən bağışlanmışdı. Peyğəmbəri-Əkrəm (s) Mədinəyə gəldiyi ilk gündən Həzrət Fatimə (s.ə) üçün hücrənin olması barəsində düşünürdü. Ona görə də məscidin şərq tərəfində həyat yoldaşları üçün hücrə inşa etdikdən sonra, Həzrət Zəhra (s.ə) üçün də hücrə nəzərdə tutur.



Ümmi Sələmə Həzrət Fatimənin (s.ə) toyu haqqında deyir: “Allahın Peyğəmbəri (s) qızı Fatiməni (s.ə) və Həzrət Əlini (ə) öz yanına çağırır, Əlinin (ə) əlini sağ və qızının əlini sol əli ilə tutur. Sinəsinə qoyur və hər ikisini gözünün ortasından öpür. Sonra Əliyə (ə) buyurur: “Əlican! Yaxşı həyat yoldaşın vardır”. Sonra da Fatiməyə (s.ə) buyurur: “Ey Fatimə! Sənin də yaxşı həyat yoldaşın vardır”. Sonra ayağa qalxır və hər ikisinin önündə getməyə başlayır. O yerə qədər ki, o ikisi üçün nəzərdə tutduğu evə gəlib çıxdılar. Sonra evə daxil olan zaman qapının cəftəsini tutmuş halda buyurdu: “Allah sizi və nəslinizi pak etsin”.



2. Tək ev idi ki, qapısı məcsidə bağlı deyildi. Həzrət Zəhranın (s.ə) evinin xüsusiyyətlərindən biri də bu idi ki, Allah Peyğəmbərinə (s) əmr etmişdi ki, məscidə açılan qapılar arasında ancaq bu qapı bağlanmasın.



3. Nurlu ev. Bu evin xüsusi nuru və cəlalı var idi. Qurani-Kərim bu hadqa buyurur: “(Bu İlahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər”. (“Nur” 36). Həzrət Peyğəmbər (s) bu ayəni tilavət edən zaman bir nəfər yerindən qalxıb dedi: “Bu ev hansı evdir?”. Həzrət Peyğəmbər (s) buyurur: “Peyğəmbərin (s) evləri”. Orada olanlardan biri İmam Əli (ə) ilə Həzrət Zəhranın (s.ə) evinə işarə edərək deyir: “Ey Allahın Rəsulu! Bu ev də o evlərdəndir?”. Həzrət Peyğəmbər (s) buyurur: “Bəli, bəlkə hamısından daha da üstündür”.


4. Həzrət Peyğəmbərin (s) namaz qıldığı və ibadət etdiyi evdir. Xanımın (s.ə) evi Peyğəmbərin (s) müvəqqəti istirahət yeri idi. Bu evin hər guşəsində Həzrətin (s) mübarək ayaq izləri, namaz qıldığı, ibadət etdiyi yerlər vardır.


5. Mələklərin gedib-gəldiyi məkandır. İmam Baqir (ə) buyurur: “Həzrət Əli (ə) ilə Fatimənin (s.ə) evi Peyğəmbərin (s) hücrələrindən biri idi. Onların evinin tavanı Allahın ərşi olar”. Bu ev mələklərin gəlib-getdiyi, vəhy gətirdiyi ev idi. Mələklərin ardı-arası kəsilmirdi. Biri gəlir və o biri gedirdi. Bu məsum insanlar üçün evin tavanı yox idi, evin tavanında Allahın ərşini müşahidə edə bilirdilər.


6. Sadə və təmtəraqdan uzaq. Bu evdə dünya təmtəraqından əlamət yox idi. Nə xalçası bahalı idi və nə də ev əşyaları. Bu evin sakinləri zahidcəsinə bir həyat sürürdülər. Ona görə də nələri varsa, yoxsullara verirdilər. Özləri isə çox sadə bir həyat sürürdülər. (Tebyan)
Oxşar mövzular
Son Məqalələr

Son Oxunanlar

İnformasiya
« Qonaq » qrupunda olanlar bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər (0)
Şərh yazmaq üçün sosial şəbəkədən giriş:

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex