Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qiyamət günü Quranda necə tərif edilir ! ?

Qiyamət günü Quranda necə tərif edilir ! ?
+2
Mətndə qrammatik səhv var?
Qiyamət günü Quranda necə tərif edilir ! ?


Qiyamət günü Quranda necə tərif edilir ! ?

ALLAH Quranda bildirildiyi kimi,
"O saat (qiyamət saatı) mütləq gələcəkdir
(Taha surəsi, 15)
və o gün gəldikdə dünyadakı bütün canlılarla birlikdə ulduzlar, planetlər, qalaktikalar, qısaca desək, göylərdə və yerdə nə varsa, hamısı məhv olacaq.
Quranda qiyamət günü baş verəcək hadisələr belə bildirilir:

Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
(Haqqə surəsi, 16)

Ulduzlar səpələnəcəyi zaman;
(Təkvir surəsi, 2)

Günəşlə ay birləşəcəyi zaman –
(Qiyamət surəsi, 9)


Dənizlər od tutub yanacağı zaman;
(Təkvir surəsi, 6)

O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcəkdir
(Müzzəmmil surəsi, 14)

Dağlar isə didilmiş yun kimi olacaqdır!
(Qarisə surəsi, 5)

Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
(Fəcr surəsi, 21)

Yer öz yükünü çıxardıb atacağı zaman;
(Zəlzələ surəsi, 2)

Bunlar qiyamət günü baş verəcək dəhşətli hadisələrin bəzisidir.
Həmin gün insanın dünyada dəyər verdiyi hər şey məhv olacaq, hamı Allah`ın rizası üçün edilən saleh əməllərdən başqa heç nəyin qiymətinin olmadığını anlayacaq... !!!
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.