Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Seyyid Əli Qazi Təbatəbai.

Seyyid Əli Qazi Təbatəbai.
0
Mətndə qrammatik səhv var?
Seyyid Əli Qazi Təbatəbai.


Seyyid Əli Qazi Təbatəbai bazarlığı özü şəxsən
edərdi. Nəcəf şəhərinin bazarına gedər, amma
bəzən başqaları kimi yetişmiş və keyfiyyətli
məhsulları deyil, heç kimin almadığı çürük
meyvələri alardı.
Bir gün dostlarından biri bu hərəkətin səbəbini
ondan soruşur. Alim cavab verir: "Mənim alver
etdiyim adam çox dindar, amma həm də kasıb
adamdır. Ticarəti zəif getdiyi üçün malları
çürüyür. Mən ona maddi kömək etmək üçün
məhsulların içindən ən xarablarını seçib alıram.
Ona köməklik kimi təmənnasız olaraq pul da
verə bilərdim. Amma əvvəla, bu zaman utanıb
xəcalət çəkər, mənim yanımda minnətli olardı.
İkincisi, istəmirəm ki, onu havayı pul almağa
öyrədib tənbəlləşdirim. Ona görə bu yolla həmin
adama yardım edirəm.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.