Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ölkəmiz haqqında çoxumuzun bilmədiyi 21 FAKT

Ölkəmiz haqqında çoxumuzun bilmədiyi 21 FAKT
0
Mətndə qrammatik səhv var?
Ölkəmiz haqqında çoxumuzun bilmədiyi 21 FAKT



İlklərin diyarı Azərbaycan: Ölkəmiz haqqında çoxumuzun bilmədiyi 21 FAKT

Azərbaycanda yaşasaq da etiraf etməliyik ki, ölkəmiz haqqında çox az bilirik və ya bildiklərimizin ciddiliyinə varmırıq. Lakin dünyanın bir sıra yenilikləri var və bizə nə qədər təəccüblü görünsə də, bunlar ölkəmizin adı ilə bağlıdır. Əksəriyyətimiz isə bunlardan xəbərsizdir.

Avropa və Asiyanı biri-birinə bağlayan ölkəmiz - Azərbaycan haqqında çox az bilinən məlumatları təqdim edir.

*Azərbaycan dünyanın ən qədim və ilk neft ixractaçısıdır. Dünyada ilk neft quyusu 1847-ci ildə Abşeron yarımadasında tapılıb. Xəzər dənizinin enerji resurslarını (neft-qaz) Avropaya tranzit edən ilk ölkə də Azərbaycandır.
*1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti Şərq tarixinin ilk demokratik respublikası oldu.
*
*Ermənistan və Rusiyanın hərbi birləşmələrinin işğalından sonra dünyada öz ölkəsində məcburi köçkünə çevrilən ən çox (1 milyondan çox) insan da Azərbaycanda yaşayır.

*Hətta, ABŞ, İsveçrə, Fransa və digər Qərb dövlətlərindən də əvvəl dünyada qadınlara seçkilərdə iştirak etmək haqqı verən ilk müsəlman ölkəsi Azərbaycandır. 1918-ci ildə qadınlara səs vermək hüququ verilib.

*Bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası Şərqin ilk operası kimi tarixə düşüb.

*Dünyanın ən keyfiyyətli kürüsü (qara kürü) Xəzər dənizinin Azərbaycan sahillərindən əldə edilir. Dünyanın kürü istehsalının 80%-i Azərbaycanın payına düşür.

*Dünyada Türkiyə Cümhuriyyətinin müstəqilliyini tanıyan bolşeviklər tərəfindən devrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti olub.

*Avropa ölkələri arasında keçirilən Avroviziya mahnsı müsabiqəsinin qalibi olan iki müsəlman ölkəsindən biri Azərbaycan, digəri Türkiyədir.

*Azərbaycanda insanların 1.7-1.8 milyon il əvvəl yaşamağa başlamalarına dair arxeoloji və paleontoloji sübutlar əldə edilib.

*Müsəlman ölkələri arasında qızlar üçün ilk dünyəvi elmlərin tədris olunduğu məktəb Azərbaycanda açılıb. Məktəb 1901-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə açılıb.

*Şərqdə və müsəlman ölkələri arasında ilk balet (“Qız qalası”) də Azərbaycanda səhnələşdirilib. Üç pərdə, proloq və epiloqdan ibarət olan baletin musiqisi və liberettosu bəstəkar Əfrasiyab Bədəlbəyliyə aiddir.

*Şərq ölkələri arasında ilk metro xətti Azərbaycanda açılıb. Xətt 1967-ci ildə Bakı şəhərində istifadəyə verilib.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.