Sədəqə ancaq maddi olmalıdırmı?

Sədəqə ancaq maddi olmalıdırmı?
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Sədəqə ancaq maddi olmalıdırmı?


Sədəqə yalnız maddi olmur, işlərlə də olur.

Sədəqə ancaq maddi olmalıdırmı? Bu saula cavab vermək üçün İmam Hüseyndən (ə) gələn bu hədisə nəzər salaq: “Ən çox bağışlayan insan o kəsdir ki, ona ümid gözü ilə baxmayana bəxşiş edər”.


Bəs Məsumlar (ə) nəyi sədəqə hesab edirlər?

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Hər bir müsəlman hər gün sədəqə verməlidir”. Soruşurlar: “Kimin buna gücü çatar?”. Həzrət (s) buyurur: Yolun üstündən zərər verə biləcək şeyləri götürmək - sədəqədir. Başqasına yol göstərmək - sədəqədir. Xəstəni ziyarət etmək - sədəqədir. Əmr-be-məruf - sədəqədir. Nəhy-əz-munkər - sədəqədir. Salamın cavabını vermək - sədəqədir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş - sədəqədir”.

Əziz Peyğəmbər (s) həmçinin başqa yerdə buyurur: “Dilini saxla. Çünki bu iş - özünə verdiyin sədəqədir”.

İmam Sadiq (ə) sədəqə haqqında buyurur: “Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birindən əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq”.

Həzrət Peyğəmbər (s) yenə buyurur: “Pislikdən çəkinmək - sədəqədir”.

İmam Sadiq (ə) buyurur: “Kar insana, bir sözü başa salmaq - gözəl bir sədəqədir”.

Belə isə, bu gözəl əməllərdən qafil olmayaq.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex