Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Ağıllı insanı hansı xüsusiyyətlərinə görə tanımaq olar?

Ağıllı insanı hansı xüsusiyyətlərinə görə tanımaq olar?
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Ağıllı insanı hansı xüsusiyyətlərinə görə tanımaq olar?


İslam dininin nəzərinə görə, ağıllı insanı hansı xüsusiyyətlərinə görə tanımaq olar?

Aqil o kəsdir ki, ona verilən öyüddən ibrət götürər və hər bir halda Allah zikrində olar. Bütün istedadlarını və gücünü Allaha bəndəlik yolunda işə salar. (Tebyan)

Həzrət Peyğəmbərin (s) nəzərinə görə aqil insanın bir neçə xüsusiyyəti vardır:

1. Ən aqil insan o kəsdir ki, insanlara qarşı çox mülayim və mehriban olsun.

2. Ən aqil insan o kəsdir ki, Pərvərdigarını tanısın və əmrlərinə itaət etsin.

3. Həmçinin o kəs ki, düşmənini tanıyar və onunla müxalifətlik edər, hər kəsdən daha aqildir.

4. Aqil insanın dördüncü xüsusiyyəti budur ki, əbədi yerini (axirətini) tanısın və abad etməsi üçün səy göstərsin.

5. Ən aqil insan o kəsdir ki, bilər ki, hansı sürətlə axirətə tərəf hərəkətdədir və özünü axirət səfəri üçün hazır edər. Özü üçün azuqə götürər.

İmam Əli (ə) buyurur: “Ən aqil insan o kəsdir ki, bütün alçaqlıqlardan uzaq olsun”.

İmam buyurur: “Hər kim özünü tərbiyə etməz, ağıldan bərhələnməmişdir deməkdir”.

İmam Əli (ə) buyurur: “Ən aqil insan o kəsdir ki, həyat məsələlərini ən yaxşı şəkildə proqramlaşdırar və axirətini islah etmək üçün ən çox hümməti göstərər”.

Həzrət (ə) buyurur: “Aqil o deyildir ki, xeyiri şərdən ayırsın. Bəlkə aqil o kəsdir ki, iki şər arasında zərəri az olanı tanısın”.

İmam Əli (ə) buyurur: “Ağılın zəkatı - nadanlara dözməkdir”.

İmam Əli (ə) buyurur: “Səbir - örtən pərdə, ağıl - kəsici qılıncdır. Ona görə də öz əxlaqi eyblərini səbirlə ört, ağılla hava və həvəsinlə döyüşə qalx”.

İmam Hüseyn (ə) buyurur: “Aqilin çətinliyi ols,a qəmini ayıqlığı və uzaqgörənliyi ilə aradan aparar. Ağılını çarə düşünməyə məcbur edər”.

İmam Əli (ə) buyurur: “Dünyaya bağlanmaq ağılı fasid edər, ürəyi hikmət eşitməkdən gücsüz edər və ağrılı əzaba bais olar”.

İmam Əli (ə) buyurur: “Ən aqil insan o kəsdir ki, öz eyblərini görən və başqalarının eyblərini görməz olar”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex