Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Orucun mənası, növləri, düzgün olmasının şərtləri.

Orucun mənası, növləri, düzgün olmasının şərtləri.
0
Mətndə qrammatik səhv var?
Orucun mənası, növləri, düzgün olmasının şərtləri.


Orucun mənası, növləri, düzgün olmasının şərtləri.

Müqəddəs İslam dinində oruc o əməldir ki, insan bütün gün ərzində Allaha itaət və yaxınlaşmaq niyyətilə yemək və içməkdən çəkinər. Sübh azanından başlayaraq məğrib azanına qədər nə yeyər və nə də içər.

Orucun növləri ilə tanış olaq:

- Vacib oruc ki, Ramazan ayında tutulur. Yaxud, nəzir, əhd, qəza, kəffarə orucu kimi.

- Müstəhəb oruc. Rəcəb və Şəban ayının orucları kimi.

- Məkruh oruc. Aşura gününün orucu kimi.

- Haram oruc. Fitr və Qurban bayramlarında tutulan oruc.

Əgər insan əmin olsa ki, oruc tutmaq onun sağlamlığı üçün ziyanlıdır, gərək oruc tutmaqdan əl çəksin. Əgər oruc tutarsa, düzgün oruc olmaz, bəlkə haram olar. İstər bu əminlik öz şəxsi təcrübəsindən hasil olsun, istərsə də həkim məsləhəti ilə olsun. Həkimin məsləhəti o zaman etibarlı sayılar ki, əminlik əldə olunsun. Əks halda, etibarlı sayılmaz.



Vacib orucun növləri:

- Ramazan ayının orucu.

- Qəza orucu.

- Kəffarə orucu.

- Ata və ananın vacibi qəza orucu.

- Müstəhəb oruc ki, nəzir, əhd və ya and içmək sayəsində vacib olmuşdur.

- Etikafın üçüncü gününün orucu.

- Həccdə qurban kəsmək yerinə tutulan oruc.



Orucun şərtləri:

- Həddi-büluğ.

- Ağıl.

- Qüdrət.

- Bihuş olmamaq.

- Səfərdə olmamaq.

- Haiz olmamaq.

- Orucun ziyanı olmasın.



Oruc bu hallarda düzgün sayılır:

- İslam (müsəlman olmaq).

- İman (mömin olmaq).

- Ağıl.

- Bihuş olmamaq.

- Niyyətli olmaq.

- Batil edənləri tərk etmək.

- Haiz olmamaq.

Vacib orucda niyyət davamlı olmalıdır. Əgər oruc tutan gün ərzində oruc tutmaq taqətini əldən versə və niyyətini pozsa, orucu batil olar. Əgər orucu pozan əməllər yerinə yetirməzsə və zöhrdən əvvəl niyyətini təzələyərsə, o zaman orucu düzgün oruc olar.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.