Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Cəhənnəmin 7 qapısının üzərində nə yazılıb?

Cəhənnəmin 7 qapısının üzərində nə yazılıb?
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Cəhənnəmin 7 qapısının üzərində nə yazılıb?


Cəhənnəmin 7 qapısının üzərində nə yazılıb?

Cəhənnəmin birinci qapısının üzərində yazılmışdır:
“O kəs ki, Allaha ümid bəsləyər - səadətli olar. O kəs ki, Allahdan qorxar - amandadır. Ölmüş və aldanmış fani o kəsdir ki, Allahdan qeyrisinə ümid bəsləyər və Allahdan qeyrisindən qorxar”.


Cəhənnəmin ikinci qapısının üzərində yazılmışdır:
“O kəs ki, Qiyamət günü paltarsız məhşur olmaq istəyimirsə, dünyada paltarsızı geyindirsin. O kəs ki, Qiyamət günü susuz məhşur olmaq istəmirsə, dünyada susuzları sirab etsin. O kəs ki, Qiyamət günü ac məhşur olmaq istəmirsə, dünyada ac qarınları doyuzdursun”.



Cəhənnəmin üçüncü qapısının üzərində yazılmışdır:
“Allahın nifrini yalançılara olsun, Allahın nifrini simiclərə olsun, Allahın nifrini zalımlara olsun”.



Cəhənnəmin dördüncü qapısının üzərində yazılmışdır:
“Allah xar və zəlil etsin o kəsi ki, İslamı təhqir edər. Allah xar və zəlil etsin o kəsi ki, Peyğəmbərin (s) Əhli-beytini (ə) təhqir edər. Allah xar və zəlil etsin o kəsi ki, zalımlara Allah bəndələrinə zülm etməkdə kömək edər”.



Cəhənnəmin beşinci qapısının üzərində yazılmışdır:
“Havayi-nəfsinin ardınca getmə ki, imanın əksinədir. Yersiz işlər haqqında çox danışma ki, səni İlahi rəhmətdən uzaq edər. Zalımlara kömək etmə”.



Cəhənnəmin altıncı qapısının üzərində yazılmışdır:
“Mən (cəhənnəm) Allah yolunda səy edənlər, sədəqə verənlər, oruc tutanlar üçün haramam”.



Cəhənnəmin yeddinci qapısının üzərində yazılmışdır:
“Hesabınıza baxılmamışdan əvvəl özünüz hesabınıza baxın. Danlanmamışdan qabaq özünüz-özünüzü danlayın. Allaha Təalaya qovuşmamışdan qabaq Onu çağırın”.

Göründüyü kimi behiştin qapısında yazılan üç şəhadət (“Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah”) cəhənnəm qapılarının heç birinin üzərində yazılmamışdır. Bu da onu göstərir ki, bu üç şəhadət İslam dininin əsasıdır. Heç bir zaman bir-birindən ayrılmaz. Hər kim Allahın rəhmətinə şamil olub behiştə düşmək istəyirsə gərək bu üç şəhadətə etiqad bəsləsin və sabitqədəm olsun.

İbni Abbas Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Behiştin halqası qırmızı yaqutdandır ki, qızıl səhifələrin üzərinə döyülər. O zaman ki, halqanı həmin səhifəyə vurarlar, səs çıxardıb deyər: “Ya Əli!”. Ona görə “Ya Əli” deyər ki, behiştin sahibi və qonaq qarşılayanı vilayət məqamıdır ki, İmam Əli (ə) onun kamil nümunəsidir. Allah bizləri cəhənnəmin yeddi qapısından qorusun və onları bizə haram etsin. İnşəallah!

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex