Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İlahi ziyafət ayını dərk edənlərdən olaq

İlahi ziyafət ayını dərk edənlərdən olaq
0
Mətndə qrammatik səhv var?
İlahi ziyafət ayını dərk edənlərdən olaq


İlahi ziyafət ayını dərk edənlərdən olaq.

Oruc tutmaq elə bir ibadətdir ki, İslam dinindən əvvəl də mövcud olmuşdur. Ancaq keyfiyyət və müddət baxımından fərqlənmişdilər. Allah Təala Quranda buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).


Allah Təala bəzi insanların oruc tuta bilmədiyindən agahdır. Ona görə də orucu bütün müsəlmanlara vacib buyurmamışdır. Onlar üçün bəzi istisnalar təyin etmişdir: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz”. (“Bəqərə” 185).



Bəzi insanlar oruc tutmaqdan üzürlü sayılırlar.

1. Xəstə insanlar ki, həkim onlar üçün orucun ziyan olduğunu bildirər.

2. Yaşlı və qoca insanlar.

3. Səfərə çıxmış insanlar.

4. Hər bir dəlillə cismi zəifliyə malik olan insanlar.

5. Övladlarına süd verən analar ki, onun da xüsusi şərtləri vardır.



Dünyanın bir çox alimləri orucun sağlamlıqda yaratdığı möcüzələri etiraf edir və onu təşviq edirlər. Həkimlərin bir çoxu oruc tutmağı xəstələrinə də tövsiyə edirlər. Məsələn bu gün dünyada xərçəng xəstəliyi tutan insanlara oruc tutmağı tövsiyə edirlər. Bu haqda çox sayda məqalələr yazılmışdır.

Bu İlahi vacibatın faydalarını dərk etməyə çalışaq və Ramazan ayında biz də İlahi ziyafət süfrəsinə əyləşənlərdən olaq.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.