Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Namazı gündə 3 dəfə qılmaq olarmı ?

Namazı gündə 3 dəfə qılmaq olarmı ?
+2
  • 06 avqust 2016
  • Bölmə: Namaz
  • Baxış: 14 735
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?

Namazın 3 vaxt qılınması əhli sünnə mənbələrində
İmam Malik özünün “Muvatta”sında (hədis 300) İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı”.
İmam Malik özünün “Muvatta”sında (hədis 300) İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını bir yerdə qıldı”.

“Səhih Müslim” 1154-cü hədis, həmçinin “Müsnədi Əhməd”in 2156-ci hədisində Abdullah ibn Şəqiq deyir ki, “Bir gün İbn Abbas əsr namazından sonra sözünü uzatdı və günəş batıb ulduzlar görünməyə başlayanda insanlar (digər rəvayətdə Bəni Təmim qəbiləsindən bir şəxs) ona “Namaz, namaz” deyə çar çəkdi. İbn Abbas bunu görüb hirsləndi və “Mənə sünnətimi öyrədəcəksən? Mən Peyğəmbərin (s) zöhrlə əsr və məğriblə işa namazlarını birlikdə qıldığını gördüm”.

Digər bir rəvayətdə isə deyilir ki, Əbu Umamə rəvayət edir ki, biz Ömər bin Əbdüləzizlə birlikdə zöhr namazını qıldıq, ardından Ənəs bin Malikin (r.ə.) evinə getdik və onun namaz qıldığını gördük. Mən ondan, “Ey əmi, bu nə namazıdır?” deyə soruşdum. Ənəs cavabında dedi: “Bu əsr namazıdır. Peyğəmbərlə (s) birlikdə qıldığımız onun namazıdır” (“Səhih Buxari”, 516,988; “Müsnədi Əhməd”, 12762; “Sünəni Nəsai” 505/506)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.