Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Sual göndər

Əsas məsələlərdən biri ailədir.

Əsas məsələlərdən  biri ailədir.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Əsas məsələlərdən  biri ailədir.

Əsas məsələlərdən biri ailədir.

Əvvəla, ərin öz xanımı qarşısında hansı öhdəlikləri var?

1. Ailənin bütün ehtiyaclarını ödəyəcək büdcənin təmini.
Yəni ailənin dolanışıq xərcləri kişinin öhdəsinədir. Kişi qadının bütün şəri və qanuni ehtiyaclarını ödəməlidir. Bu ehtiyaclar sırasında qadının geyimi, yeməyi, məskəni də nəzərdə tutulur. Bu məsələlər nə qədər sadə əxlaqi və insani məsələlər olsa da, ailə səadəti üçün təyinedicidir. Bir yazıçı deyir: "Səadət bir neçə sadə kəlmə üzərində qurulmuşdur”. Unutmamalıyıq ki, klassik ənənələrdəki qadın-kişi münasibətləri, uyğun məsələdə İslamın baxışlarından köklü surətdə fərqlənir.

2. Qadına ehtiram kişinin əsas vəzifələrindəndir.
3.Güzəşt
Kişi qadının yol verdiyi nöqsanlara səbrlə yanaşmalı, yaxşı xüsusiyyətlərinə rəğmən, onu bağışlamağı bacarmalıdır.
4.Kişi yalnız evdən çıxarkən bəzənməməlidir. O, ailədə həyat yoldaşı üçün öz təmizliyinə, səliqəsinə diqqət yetirməlidir.
5.Qadının cinsi ehtiyaclarını ödəmək kişinin vəzifəsidir. Hətta ibadətlər zamanı ifrata varıb, qadına diqqətsizlik göstərmək olmaz.
6.Həyat yoldaşında başqalarının gördüyü sirr və eybi ondan gizlətmək.
7.Qohumlarla görüş üçün qadına icazə verib, onu azad buraxmaq. Qadın qohumlarına kömək etmək istədiyi zaman ona imkan vermək. Qadını ailə çərçivəsində məhdudlaşdırmamaq.
8.Qadının dərdinə şərik olmaq.
9.Qadının fərdi mülkiyyət hüququna ehtiram göstərmək. Yalnız İslam dinində qadının bu hüququ qorunur. Bütün ehtiyacları ər tərəfindən ödənən qadın öz mülkünün sahibidir və bu mülkün istifadəsində azaddır.

Qadının da öz əri qarşısında vəzifələri mövcuddur:

1.Ailənin əsas əziyyətini çəkən, ailənin dayağı olan ər qarşısında təmkin, dözüm.
2.Evdə hər hansı yad adamı qəbul edərkən ərdən icazə almaq.
3.Ərlə xoş davranış.
4.Kişinin çətinliklərində ona yardımçı olub, kasıblığa dözmək. Əri, ailənin ehtiyaclarını ödəmək üçün qeyri-məqbul yollara vadar etməmək.
Qarşılıqlı hüquqları sadaladıq. İndi mühüm bir nöqtəyə toxunmaq istəyirəm. Qərbdə qadın azadlığı haqqında danışarkən onu ailədən ayırıb, fərd kimi götürürlər. Fərdiyyətçilik ictimai varlıq üçün öldürücüdür. Qərb cəmiyyətində ən dağıdıcı nəticələr fərdi yanaşmadan doğmuşdur. Qərbdə bu gün ailə barədə möhkəm danışmaq qeyri-ciddi görünür. İslam ailəni, qərb isə insanı əsas götürür. Qərb ailə dedikdə bir dam altda yaşayan iki ayrı-ayrı insanı nəzərdə tutursa, İslam ər və arvadı bir tam kimi götürür. Ona görə də İslamda qadın üçün ayrıca hüquq nəzərdə tutulmur, çünki o, ailənin yarısıdır. Ərin arvad, arvadın isə ər qarşısında hüquqları və vəzifələri vardır.

Kitab: Qadın - Fatimə Fatimədir.
Müəllif: Doctor Əli Şəriəti.
Tərcümə edən. Məhəmməd Azəri.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex