Körpə doğulduqdan sonra müstəhəb əməllər.

Körpə doğulduqdan sonra müstəhəb əməllər.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
Körpə doğulduqdan sonra müstəhəb əməllər.


Körpə doğulduqdan sonra müstəhəb əməllər.
Azan və iqamə demək: Körpə doğulduqdan sonra ilk müstəhəb əməl, onun sağ qulağıza azan, sol qulağına isə iqamə oxumaqdır.Hədisdə buyurulub ki, bu, körpəni şeytanın şərindən amanda saxlayır.

Damağını çəkmək: Müstəhəbdir ki, körpənin ağzını Fərat suyu və İmam Hüseyn (ə) türbəti ilə açsınlar.Mümkün olmazsa, onda yağış suyu çəkin.

Yaxşı ad: Peyğəmbərimiz (s) buyurub : "Övladın öz valideyni boynunda olan haqlarından biri budur ki, ona yaxşı ad qoysun və onu yaxşı tərbiyə etsin”.

Sünnət etdirmək: Bu, dinimizdə vacib hökmlərdəndir.Ona gec sünnət etdirmək bəyənilməmişdir.Müstəhəbdir ki, valideyn uşağını yeddinci günündə sünnət etdirsin.Tez sünnət olunan uşaqlar həm ağrını az hiss edir və həm də tezliklə sağalır.

Əqiqə: Əqiqə-valideynin körpənin adına qurban kəsməsinə deyilir.Məsumlarımız bu məsələyə ciddi yanaşmışlar. Ömər İbn Yazid adlı bir şəxs İmam Sadini (ə) hüzuruna gəlib soruşdu: Bilmirəm atam mənim üçün əqiqə edib yoxsa yox? İmam buyurdu :”Get onu özün yerinə yetir”.

Qonaqlıq vermək: Bu əməl, Peyğəmbərimizdən (s) sünnəsindəndir.

İmam Əli (ə) : " Övladlarınıza dünyaya gəlməzdən əvvəl ad qoyun”

İmam Rza (ə) : " Övladınızın adını "Məhəmməd” qoysanız, ona ehtiram göstərin və ona üz turşutmayın”.

İmam Sadiq (ə) buyurur: Qızının adını "Fatimə” qoymuş bir şəxsə buyurdu: "İndi ki, qızının adını "Fatimə” qoydun, ona söymə, qarğış etmə və onu döymə”.

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex