İmam Zaman ağaya (ə.f) yazılan məktubun nəticəsi.

İmam Zaman ağaya (ə.f) yazılan məktubun nəticəsi.
Yaddaşda saxla
Mətndə qrammatik səhv var?
İmam Zaman ağaya (ə.f) yazılan məktubun nəticəsi.


Mərhum Ağa Seyyid Cavad Xorasani İsfahan camaatının ən çox etimad etdiyi imam-camaatı olmuşdur. Ürfan və mənəviyyatda yüksək məqama çatmışdır.
O zamanın məmurları qərara alırlar ki, İsfahanın abad torpaqlarını ələ keçirtsinlər. Ona görə insanların canına təşviş düşür. Çünki bir çoxlarının gəlirləri məhz o abad torpaqlardan idi.

Hər nə qədər hökumət adamları ilə müzakirələr etdilər, fayda vermədi.

Alim buyurur: “Mən artıq adi qapıların üzümə bağlandığını gördüm və İmam Zaman ağaya (ə.f) bir məktub yazıb çaya atdım.

İsfahanın məşhur övliyalarının dəfn edildiyi qəbiristanlığa getdim və “Nüdbə” duasını oxumağa və ağlamağa başladım.

Elə hey deyirdim: “Ey Əhmədin övladı! Sizin xidmətinizə gəlmək üçün yol vardırmı?”.

Qəflətən atın ayaq səslərini eşitdim və gördüm ki, bir kişi ata minib üzü qibləyə tərəf gedir. Mənə sevgi dolu bir baxışla baxdı və sonra qeybə çəkildi.

Həzrəti (ə.f) görən kimi qəlbim rahatlandı və çətinliyimin həll olduğundan əmin oldum. Sonrakı gecə çətinliklərimizin hamısı həll oldu.
Əlbəttə, mən Həzrəti (ə.f) həmin baxışla dəfələrlə yuxumda görürdüm”. (Həvzəh)

Axırıncı sualların cavabları

Sosial şəbəkədən giriş:
vk fb mail google yandex