Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İslamda hamilə qadın

İslamda hamilə qadın
+1
Mətndə qrammatik səhv var?
İslamda hamilə qadın

"Biz insana ata anasına yaxşılıq etməyi tövsiyə etdik.Anası onu(bətnində)cox zəif bir halda daşımışdır.Uşağın süddən kəsilməsi isə iki il ərzində olur.Mənə və ata-anana şükür et.Axır dönüş Mənədir"

İmam Səccaddan(ə) hədis olunmuş"Hüquq risaləsi"ndə ananın öz övladı boynunda olan haqqı barədə belə oxuyuruq:

"Ananın sənin boynunda haqqı budur ki,o səni bir müddət özüylə daşımışdır,halbuki,hec kəs başqası haqqında bunu etməzdi.O,öz canının şirəsindən sənə yemək verib,halbu ki hec kəs başqası ücün bunu etməzdi.

O,sənin tox,özünün isə ac olmasına razı olmazdı.Özünün yarıcilpaq olmağı rəva bilir,amma səni geyindirir.Özü susuz qalır,amma səni sirab edir.

O,narahatlıq icində olarkən,sən nemət və xoşluqla yaşayırdın.Ananın qarnı sənin vücudunun boy atma yeri,evi isə səni saxlamaq məkanı olub.Onun sinəsi sənin süd ceşmən,şirin canı isə,sənə təhlükələrə qarşı qalxan idi..."

Bəli,ana doqquz ay hamiləlik dövrü kecirir.Bu aylarda insanların yaşamadığı həyatı yaşayır.Hətta hamiləliyin axır aylarında o, nə rahat gəzə və nə də əyləşə bilir,amma buna baxmayaraq,yenədə səbir edir,dünyaya gələcək sevimli qonağın intizarını cəkir. Bəli Allah-taala ananı belə yaratmışdır.Doğrudan da,hec kəs ananın haqqının öhdəsindən tamamilə gələ bilməz.Hədisdə oxuyuruq ki,bir cavan qoca anasını ciyninə alaraq Kəbə evinin ətrafında fırlanib,anasını ziyarət etdirərkən,gözü Peyğəmbərimizə sataşdı və Həzrətdən soruşdu ki,ya Rəsulallah,görəsən,mən bununla anamın haqqının öhdəsindən gələ bilmişəmmi,Həzrət buyurdu ki,bu,hec onun səhərə kimi oyaq qalmasının haqqını belə ödəmir..

Həmcinin Peyğəmbərimiz(s)belə buyurub:

"CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR"

Görürsünüzmü,müqəddəs dinimiz analara nə yüksək dərəcə əta edib?! Əbədi axirət səadəti,ölümsüz bir həyata qovuşmaq arzusunda olan şəxslər,necə illik ibadətlərinin savabını ana haqqında riayətdə səhlənkarliq etməklə,əldən verməməlidirlər.

HAMİLƏLİLİK HƏDİS GÜZGÜSÜNDƏ

Həzrəti Məhəmməd(s)həyat yoldaşi Ümmü sələməyə buyurub:

"Hamilə qadın gündüz oruc tutub,gecələri isə səhərə qədər ibadət edən şəxs və canını,malını İslam yolunda bağişlayan əsgər kimidir.O,övladını dünyaya gətirdiyi zaman ona o qədər savab verilər ki,bunu Allahdan başqa hec kəs bilməz.Əgər o körpəsinə öz döşündən süd verərsə,körpənin hər sormağına İsmayıl peyğəmbərin nəslindən bir nəfəri azad etmiş şəxsim savabı verilər.Elə ki,körpənin süd əmmək dövrü başa catdı,mələklərdən biri əlini ananın ciyninə qoyaraq deyər:"Əməlini yenidən başla.Cünki sənin bütün günahların bağışlandı

paylaşımımı dostlarınızın görməsini istəyirsinizsə facebook və ya vatsapda dostlarınla paylaş
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.