Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Məhərrəmlikdə sinə və zəncir vurmaq barədə

Məhərrəmlikdə sinə və zəncir vurmaq barədə
+3
  • 03 oktyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 7 579
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Məhərrəmlikdə sinə və zəncir vurmaq barədə

Bunu da əsas gətirirlər ki, Quranda bədənə əziyyət vermək haram bir iş sayılır. Quranda buyurulan bədənə əziyyət dedikdə, burada boş-boşuna, məqsədsiz əziyyət etmək nəzərdə tutulur. Yəni məqsədsiz şəkildə, boş-boşuna hər hansı şeylə bədənə xəsarət yetirmək, ona əziyyət etmək düzgün deyil və Quran da bunu haram bir iş sayır.

Quranın bütün hallarda bədənə əziyyət verməsini qadağan etməsi qeyri-mümkündür. Çünki elə cənnət özü cismin narahatçılığı hesabına əldə olunur. Uca bir məqsədə görə elə cismə müəyyən mənada əziyyət vermək lazımdır ki, nəyəsə nail ola biləsən. Əgər belə olmasaydı, onda cihada getmək də haram sayılardı. Belə ki, bununla öz cismini təhlükə altına atır, sanki öz cisminə əziyyət verir.

Adi halda boş-boşuna bilərəkdən barmağımızı kəssək, harama düşmüş olarıq. Amma həkimin məsləhəti ilə barmağımızdan qan alanda bunun haramlığından söz gedə bilməz. Başqa bir misal. Bilirik ki, Muhəmməd Peyğəmbər (s) o qədər namaz qılırdı ki, oturub-durmaqdan ayaqları şişirdi. Onda belə çıxır ki, Quranı bizə gətirən Peyğəmbərin (s), nəuzubillah, Quran ayələrindən xəbəri yox idi?! Əlbətdə ki, bütün bunlar məntiqə uyğun deyil.

Belə ki, Quranda boş-boşuna məqsədsiz bədənə zərər vurmaq haram bir iş sayılır. Məhərrəmlikdə isə sinə və zəncir vurmaq mərasimləri məclislərin ahəngini artırmaq məqsədi daşıyır. Xüsusi ahəngdə təşkil edilmiş belə məclislər insanda daha çox təsir qoyur. Bu kimi işlər insanın hisslərinin təhrik edilməsində mühüm rol oynayır. Bundan başqa, Aşura günü Kərbəla şəhidlərinin bədənlərinin bütün yerlərinə zərbələr və əziyyətlər verilmişdir. Amma ən çox xüsusən də Şəhidlər Sərvəri İmam Hüseynin (ə) sinələri saysız hesabda ox və nizələrlə nizələnib və oxlanmışdır və bundan əlavə.ş kərbəla şəhidlərinin başları kəsiləndən sonra başsız bədənləri atlar vasitəsilə yerdə tapdalanmışdır. Belə ki, o hadisələrin canlandırılması və Kərbəla şəhidlərinin çəkdiyi əziyyətlərin dərki üçün (hərçənd ki, sinə və zəncir vurma nəticəsində bədənimizin çəkdiyi əziyyət Kərbəla şəhidlərinin çəkdiyi əziyyətin heç zərrəsi də deyil) sinə və zəncir vurmağın mühüm rolu var. Ən əsası isə, sinə və zəncir vurma eşq məsələsinə bağlıdır. Yəni necə ki, bizim əzizlərimiz əziyyət çəkəndə biz də əziyyət çəkərik, İmam Hüseyn (ə) bizə əzizlərimizdən də üstün olmalıdır. Çünki o, İslamı qorumaq üçün bütün əzizlərindən keçdi. Və İmam Hüseyn (ə) İslamı qorumasaydı, insanlıqdan, abır-həyadan, qeyrətdən, azadəlikdən əsər-əlamət də qalmazdı. Belə ki, İmam Hüseynə (ə) və onun yaxınlarına eşqi olanlar özlərinə rəva görmürlər ki, bu ayda onların çəkdiyi əziyyətin heç olmasa milyardda birini özlərinə dadızdırmasınlar. Həmçinin, bununla İmam Hüseynlə (ə) bir fikirdə, bir cəbhədə, vəhdaniyyətdə olduqlarını izhar edirlər. Yəni bü gün ixlasla əzadarlıq məclislərində sinə və zəncir vuranlar – həqiqətən də İmam Hüseyn (ə) dövründə olsaydılar, İslam yolunda o Həzrətin (ə) yanında olar və onunla birgə şəhid olmağa razı olardılar.

Amma bir şeyi də qeyd etmək lazımdır ki, məhərrimlikdə göz yaşı axıtmaq və sinə vurmaq dəqiq məsələdir. Zəncir vurmaq isə fərqli məsələdir, yəni kütləvi yayılmamalıdır (çünkü kütləvi yayılanda bu səbəb olar ki, bəzi insanlar bunu kor-koranə edər və istəmədən, amma məclisdə olduqları üçün məcbur qalıb zəncir vurarlar). Amma kim özü üçün fərdi buna əməl etsə, qınanıla bilməz. Çünkü bu, onun Əhli-Beytə (ə) olan eşqindən qaynaqlanır və bunu ona heç kəs qadağa edə bilməz. Misal olaraq Peyğəmbərin (ə) səhabəsi Uveys Qəranini gətirmək olar. Uveys Qərani Həzrət Muhəmməd Peyğəmbərin (s) dövründə yaşayıb ona iman gətirib, amma Peyğəmbəri (ə) görməyib. Həzrət Peyğəmbərin (ə) yaşadığı yerdən aralı olduğundan və qoca anasının xidmətində olduğundan, imkan tapıb Həzrət Peyğəmbəri (ə) görə bilməyib. Bir gün Uveys Qərani eşidir ki, Həzrət Peyğəmbərin (ə) döyüşlərin birində hansısa dişi qırılıb, hansı dişini qırdığını dəqiq bilmədiyindən, bütün dişlərini qırdı. Uveys Qərani özünə rəva görmədi ki, Peyğəmbəri (ə) dişsiz olsun, amma o dişlə olsun. Uveys Qəraninin etdiyi əməl eşqindən qaynaqlanır və könüllü məsələdir. O, durub camaata demədi ki, ey Peyğəmbər (ə) səhabələri, siz də dişlərinizi qırmalısız, və yaxudd a dişini qırmayan səhabələr o demək deyil ki, Peyğəmbərə (ə) eşqləri yox idi, yaxud Uveys Qəraninin eşqindən az idi. Uveys Qərani eşqini belə izhar etdi və rəva görmədi ki, Peyğəmbər (ə) əziyyət çəksin, amma o, çəkməsin. Uveys Qəraninin etdiyi əməl kütləvi icra üçün nəzərdə tutulmayıb və heç kəs də buna məcbur edilməyib. Lakin heç kəs də onu buna görə qınaya bilməz.

Zəncir vurmaq da bu qəbil işlərdəndir.
Allahım, millətimizə məhərrimliyi layiqincə keçirtməyi və Əhli-Beytə (ə) məhəbbətinin artmasını nəsib elə. Amin! (Dini kitablara istinadla)
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.