Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Şeytan haqqında

Şeytan haqqında
0
  • 25 sentyabr 2016
  • Bölmə: İslam
  • Baxış: 8 966
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Şeytan haqqında

"Mərəkil Ubudiyyə"kitabında deyilir
Şeytanın 9 balası var. Onların hər biri insanları azdırmaq üçün vəzifələnib.
Hənzəb adlı şeytan Adəm oğlunu namazda ikən,
Vəlhən adlı şeytan isə dəstəmaz alarkən azdırmağa çalışır.
Zələmbur adlı şeytan bazarda ticarət edənləri yolundan azdırmağa çalışır. Burada ticarət edənlər mallarını satmaq üçün yalandan and içərək mallarını tərifləyir və çəkidə də aldadırlar.
Əhvər adlı şeytan, insanları zinaya sövq edir. Bir qadınla kişi yanaşı oturarkən, bu şeytan onlara yaxınlaşır və onların cinsiyyət orqanlarına üfürür. Nəticədə qadınla kişi bir birləri haqda düşünərək bir birlərinə işarə edir və zina edirlər.
Vəsnə adlı şeytan isə, insanları yatarkən yataqdan qalxmağa maneçilik edir. Səhər açılarkən o, insanların başlarını və gözlərini ağırlaşdırır. Deyilənə görə hətta insanların gözlərinə bövl edir. Nəticədə gözlərini açmağa çətinlik çəkirlər.
Altıncısının adı Bətərdir. İnsanlara bir müsibət üz verərkən, onlara yaxınlaşaraq üsyan etməyə, üz gözlərini cırmağa, qışqırmağa və özlərindən çıxmağa məcbur edir.
Dasim adlı şeytan isə, yeyərkən bismilləh deməyən insanla bərabər yeyir, bismilləh demədən evə girənlə birgə evə girir, bismilləh demədən yatağa girənlə yatağa girir. Hətta deyilir ki, ər arvad münasibəti zamanı bismilləh deyilmirsə, şeytan qadından kişinin almalı olduğunu və ya kişidən qadının almalı olduğunu özü alır. Həmçinin də insan soyunan zaman bismilləhsiz və əuzu billəhsiz soyunaraq geyimini səliqəsiz atarsa, şeytan gecə onun soyunduqlarını geyinir və həzz alır. Bunun nəticəsində də geyim çox tez cırılır. Bir şeytan da var ki, insanlara yalan olanı danışmağa sövq edir bununla da insan əsası olmayan bir əhvalatı kimdənsə eşitdiyini söyləyərək danışır. Lakin kimdən eşitdiyini xatırlamır.
Bir də Əbyəd adlı şeytan var ki, bu şeytan mümkün olmayan bir şeyi etməyə cəhd göstərir. Məsələn Peyğəmbərləri yollarından azdırmağa çalışır. Lakin Peyğəmbərləri Allah qoruyur.

Yatmazdan öncə dəstəmazın xeyiri.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Bir qul dəstəmazlı ikən yatarsa onun köynəyində mələk gecələyər və gecənin hər saatında Allaha dua edərək deyər:"Ya ALLAH bu dəstəmazlı yatan qulunu bağışla.

Kimə cənnətə girməyi arzu edirsənsə bu yazını onunla paylaş. Allah səni mükafatlandırsın.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.