Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ailə huququ

Ailə huququ
0
  • 22 avqust 2016
  • Bölmə: Ailə
  • Baxış: 3 409
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Ailə huququ


İslamda ailə hüququ

Yalnız fərdlərin həqiqətə malik olmasına inanan, cəmiyyəti sadəcə zehn və xəyalın uydurması kimi təsəvvür edən fəlsəfi ideologiyanın əksinə olaraq İslamda və onun hüquqi sistemində ailə cəmiyyəti özünəməxsus həqiqətə və xüsusi hökmlərə malikdir. İslamın müxtəlif hüquq kitablarına nəzər saldıqda bu həqiqətin müxtəlif yönləri aşkar surətdə görünür. Cəmiyyət müxtəlif ailələrin birləşməsindən yaranır və bu iki təşkilatın hər birinin səadəti digərindən asılıdır.
Əgər ailənin təməli möhkəm olarsa,cəmiyyətdə də birlik möhkəm olacaqdır.Amma əgər ailənin təməli qeyri-sabit və süst olarsa,habelə, əgər ailə münasibətləri yalnız cinsi istək və qərizələrin təmin olunması ilə məhdudlaşarsa,ictimaiyyətin quruluşu qısa müddətdə sarsılaraq dağılar,insanların icma halındakı yaşayışı sadəcə bir-birinin yanında yaşayan vəhşi heyvan sürüləri kimi olacaqdır.
Bu gün qərb dünyasının ən böyük problemlərindən biri ailə sisteminin dağılmasını təhdid edən bəladır.
Övladların ailə mühitindən qaçması,övladların öz valideynlərinin taleyindən xəbərsiz qalması,qocalar evlərinin təsis edilməsi,ana gününün təyin edilməsi (bu məqsədlə ki,bəlkə həmin gündə övladlar analarını axtarıb-arayalar) və … bütün bunlar qərb aləmində səslənən həyəcan siqnalıdır və bu təhlükə dalğasının şərq aləminə tərəf genişlənməsi də gözlənilir.
Qadınların ailə mühitindən kənarlaşdırılması,müəssisələrdə qadınlar üçün iş yerlərinin yaradılması,körpə və günahsız uşaqların uşaq bağçalarına və uşaq əmizdirmə məntəqələrinə təhvil verilməsi,ata-ananın övladlar ilə cüzi şəkildə ünsiyyətdə olması,gündəlik yeməklərin restoranlarda yeyilməsi və s. bütün bunlar qərb aləminin qarşılaşdığı bəlanın-ailə sisteminin dağılmasının əlamətləridir.Sanki bu yolda qayıdış üçün maşınlı sənayedə ideoloji dəyişiklik yaratmaq,onun barəsində normal bir fikir irəli sürməkdən başqa heç bir çıxış yolu yoxdur.
Övladların ailələrdən qaçması və nəhayət gündəlik qəzet və jurnallarda,dünyanın kütləvi informasiya vasitələri ilə onların barəsində gəlib çatan xəbərlər həddindən artıq dəhşətli və acınacaqlıdır.Təlim-tərbiyə işləri üzrə mütəxəssislərin bu xəbərlərdən dəhşətə gəlməsi yerlidir.Amma onlar bu kimi acınacaqlı halları görərkən heç vaxt heyrətlənməməlidirlər.Çünki qərbin bu kimi həyat tərzinə səbəb madiyyatın,heyvani ləzzətlərin yeganə hədəf kimi seçilməsinin nəticələrindən başqa bir şey deyildir.Nə qədər ki, qərb dünyası əxlaqi materializmin caynağında inləyir,öz mükafatlarını bu ideologiyadan almalıdırlar.Amma əgər fitrətə qayıtsalar,öz insaniyyətlərini tapsalar,insani və əxlaqi dəyərlərə qiymət qoysalar,yalnız bu halda öz əvvəlki insani xüsusiyyətlərinə qayıda bilərlər.

İslamın hərtərəflilyi

İslam dininin möhkəm və haqq bir din olması dəlillərindən biri bu dinin hərtərəfli olmasıdır ki,bəşərin maddi və mənəvi həyatına aid olan bütün mövzulara nəzər vermiş,qiyamət gününə qədər proqram hazırlamışdır. Əgər bu din sadəcə bəşər tərəfindən vücuda gətirilən bir din olsaydı, heç vaxt onun əhatə dairəsi bu qədər geniş olmazdı.
Biz əqidə, təfəkkür, əxlaq, ictimaiyyət, siyasət və s. kimi mövzuların üstündən keçərək əziz oxucuların diqqətini İslamda ailə hüquq sisteminə cəlb edirik.İslam, ailə hüquq münasibətlərinin tamamilə tapdalandığı bir dövrdə,belə bir əzəmətli, əsrarəngiz və geniş bir proqramı təqdim etmişdir. Oxuduğunuz bu məqalə də onun nümunələrindən kiçik bir hissədir. Ailə münasibətlərinə aid İslamda saysız-hesabsız hədislər bizə gəlib çatmışdır. Bu hədislərin, ayə və rəvayətlərin məzmununa diqqət yetirmək bizi İslam dininin uzaqgörənlik və zənginlikləri ilə tanış edir, habelə bu kimi məfhumların açıqlanmadığı bir dövrdə İslamın hələ müasir dövrdə də tərbiyə işləri üzrə mütəxəssislərin diqqət mərkəzində olan məsələləri həmin dövrdə açıqlanmasının şahidi edir.
O din əbədi və həmişəlik ola bilər ki, bütün növ mədəniyyətlərlə,tərəqqilərlə uyğunlaşa bilsin. Bu da yalnız o halda mümkün ola bilər ki, zehn və əqlin tərəfdarı olsun,xammalı proqram tökənlərin ixtiyarında qoysun. İnsan nəslinin artırılması və ya fəlakətə uğraması kimi məsələlər onun aydin və konkret nümunələrindən biridir ki, İslam dini onun mahiyyətini bəyan etmiş, onun libasını cəmiyyətdə müəyyən planları tökənlərin ixtiyarinda qoymuşdur.
Nəhayət “örnək axtarışı” məsələsinə qayıdırıq ki,bu,bütün insanların, xüsusilə cavanların fitrətində yatmışdır. Oğlan və ya qız olamsından asılı olmayaraq bütün cavanlar özləri üçün nümunə axtarırlar ki,öz həyatlarını ona uyğunlaşdırsınlar, onun izinə düşsünlər. Maddi həyat elə bir örnəklər göstərir ki, ona fəsada sürükləyən şər qüvvədən başqa bir ad qoymaq olmaz. Bu örnəklər insan yaranışının,fitrətinin ziddinə olduğuna görə səadət gətirən olmayıb, əksinə həyatı puçluğa, fənaya və uçuruma sürükləyir.
“Qadının cihadı yaxşı ər saxlamaqdır”, “Qiyamət günü qadının, ərinin razılığını kəsb etməkdən başqa daha yaxşı şəfaətçisi ola bilməz.”
İslam peyğəmbəri (s.a.a.v) özü-özünün təkrar tövsiyələrindən əlavə, həyatının son anlarında cəmiyyət kişilərinə xitabən buyurur :
“Amandır, Allahdan qafil olmayın, qadınları unutmayın, qadınlar barəsində yaxşılıq edin! Onların hüquqlarını təmin edin, zülm etməyin. Onlar sizin evlərinizdə yaşayırlar və sizin öhdənizdədilər. İlahi əhd-peymanla onları özünüz üçün həyat yoldaşı seçmisiniz. İndi o əhd-peymanı yadınızdan çıxartmayın!”
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.