Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Allah dərgahına ucalmağın ən gözəl yolu - SƏCDƏ

Allah dərgahına ucalmağın ən gözəl yolu - SƏCDƏ
+1
  • 20 avqust 2016
  • Bölmə: İslam
  • Baxış: 4 358
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Allah dərgahına ucalmağın ən gözəl yolu - SƏCDƏ

Bu zikri səcdədə deyən, mütləq müsbət nəticə əldə edər
Mirzəcavad Mələki Təbrizi ağa – rəbbani alimlərdəndir. Səcdənin mühümlüyü barədə alim buyurur: “Peyğəmbər (s) səcdənin uzunmüddətli olması ilə bağlı davamlı tövsiyələr vermişdir. Bu, çox mühüm bir məsələdir. Səcdənin uzun olması insanı bəndəliyə yaxınlaşdırar. Ona görə də namazın hər rükətində iki səcdə qərar verilmişdir.

Məsumların (ə) səcdəsi məşhurdur. Belə ki, İmam Səccad (ə) səcdələrin birində min dəfə deyərdi:

لا اله الّا الله حقّاً حقّاً. لا اله الّا الله تعبّداً و رقّاً لا اله الّا الله ايماناً و تصديقاً.

(Lə iləhə illəllah həqqən həqqə. Lə iləhə illəllah təəbbudən və riqqən, Lə iləhə illəllah imannən və təsdiqən.)

İmam Kazım (ə) haqqında yazılıb ki, bəzən səcdəsi səhər tezdən zöhrə qədər davam edərdi.

Nəcəfdə təhsil aldığım zamanlarda bir müəllimimiz var idi ki, təqvalı tələbələr üçün mərcə idi. Ona belə sual verdim ki, salik üçün faydalı ola bilən hansı əməli təcrübə etmisiniz? Buyurdu: Hər gecə və gündüz ərzində bir uzun səcdə yerinə yetirir və səcdə halında buyurur:

لا اله الّا انت. سبحانك انّي كنت من الظالمين

(“Lə iləhə illə ənt. Subhənəkə inni kuntu minəz-zalimin”). Bu zikri deyəndə Allaha elə diqqət etməlisən və düşünməlisən ki, Allah mənə zülm etməkdən pakdır, bu, mənəm ki, özümə zülm edirəm.

Müəllimim bu səcdəni etməyi çox tövsiyə edirdi. Hər kim onu yerinə yetirirdi, təsirini görürdü. Bəziləri bu zikri səcdədə min dəfə deyirdilər və hətta bəziləri üç min dəfə deyirdi. Hər biri də nəticə alırdı”.

Ahliman.info
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.