Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Qəbrin 4 hədiyyəsi

Qəbrin 4 hədiyyəsi
+1
  • 19 avqust 2016
  • Bölmə: İslam
  • Baxış: 3 795
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Qəbrin 4 hədiyyəsi

Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir:
“Mənə icazə verərsiniz ki, ölümü arzulayım?”.

Həzrət (s) buyurur:
“Ölüm elə bir şeydir ki, ondan qaçış yoxdur, uzun bir səfərdir. Ancaq o kəs ki, bu səfəri iradə edər, yaxşı olar ki, 10 hədiyyə hazır etsin, sonra bu səfərə daxil olsun”.
Sonra Həzrət (s) buyurdu:
“Həzrət Əzrayilə (ə) hədiyyə, qəbir üçün hədiyyə, Münkir və Nəkir üçün hədiyyə, tərəzi üçün hədiyyə, Sirat üçün hədiyyə, (cəhənnəm məmuru) Malik üçün hədiyyə, (behişt məmuru) Rizvan üçün hədiyyə, Allahın Peyğəmbəri (s) üçün hədiyyə, Həzrət Cəbrayil (ə) üçün hədiyyə və sonda isə Allah üçün hədiyyə.

Əzrayilin (ə) hədiyyəsi dörd şeydir:
1. Boynunda haqqı olan insanları razı salmaq.
2. Qəza olan namaz və orucları yerinə yetirmək.
3. Allahla görüşməyə şövqə malik olmaq.
4. Ölümü arzulamaq.

Qəbirin hədiyyəsi də dörd şeydir:
1. Söz gəzdirməyi tərk etmək.
2. Özünü nəcasətdən qorumaq.
3. Quran oxumaq.
4. Gecə nafiləsi.

Nəkir və Münkirin hədiyyəsi də dörd şeydir:
1. Düz danışmaq.
2. Qeybəti tərk etmək.
3. Haqqı demək.
4. Hər bir halda təvazökarlıq etmək.

Tərəzinin hədiyyəsi də dörd şeydir:
1. Qəzəbi yatızdırmaq.
2. Şübhələrdən uzaq olmaq.
3. Camaat namazına getmək.
4. İlahi məğfirəti cəlb etmək.

Siratın hədiyyəsi də dörd şeydir:
1. Əməldə ixlas.
2. Xoş əxlaq.
3. Allahı çoxlu zikr etmək.
4. Əziyyətə dözmək.

Cəhənnəm gözətçisinin hədiyyəsi dörd şeydir:
1. İlahi qorxuya görə ağlamaq.
2. Gizli sədəqə vermək.
3. Günahları tərk etmək.
4. Ata və anaya yaxşılıq etmək.

Rizvanın hədiyyəsi də dörd şeydir:
1. Çətinliklərdə səbir etmək.
2. Nemətlərə görə şükür etmək.
3. Allah yolunda malını infaq etmək.
4. Vəqfdə əmanətdar olmaq.

Həzrət Peyğəmbərin (s) hədiyyəsi də dörd şeydir:
1. Həzrətə sevgi bəsləmək.
2. Sünnətinin ardıcılı olmaq.
3. Əhli-beytinə (ə) sevgi bəsləmək.
4. Dilini söyüşdən qorumaq.

Həzrət Cəbrayilin (ə) hədiyyəsi də dörd şeydir:
1. Az yemək.
2. Az yatmaq.
3. İlahi həmdi davamlı olaraq demək.
4. Az danışmaq.

Allahın hədiyyəsi də dörd şeydir:
1. Yaxşılıqlara əmr etmək.
2. Pisliklərdən çəkindirmək.
3. İnsanlara nəsihət vermək.
4. Hər bir halda hamıya qarşı mərhəmətli olmaq”.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.