Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

İmam Rza(ə.s) mövlud günüdür

İmam Rza(ə.s) mövlud günüdür
+1
Mətndə qrammatik səhv var?
İmam Rza(ə.s) mövlud günüdür

Bismilləh. 14 Avqust - 11 Zilqədə.
Rasulullahın (səlləllahu əleyhi və alihi və səlləm) 8-ci xəlifəsi İmam Əli ər-Rzanın (əleyhissalam) mövlud günüdür. Başda Vəliyyi əmr Kulli Muslimin İmam Məhdi ə.f olmaqla cəmi möminləri təbrik edirəm. Dualarda bizi də unutmayın.

İmam Əli ər-Rza (əleyhissalam) -nın ziyarətinin fəziləti haqqında hədislər.
Əbu Abdullah Cəfər b. Məhəmməd əs-Sadiq (imam Cəfər əs-Sadiq (ə.s))-in belə dediyini eşitdim: “Oğlum Musa (imam Musa əl-Kazım (ə.s))-nın Möminlərin Əmiri (imam Əli (ə.s))– nin adında olan övladı, Xorasanın Tus şəhərinə aparılacaq, zəhərlə şəhid edilərək qəribə bir şəkildə dəfn olunacaqdır. Hər kim onu, haqqını tanıyaraq ziyarət edərsə, Allah Təala ona, Fəthdən əvvəl (Məkkənin Fəthindən əvvəl) Allah yolunda infaq edib müharibə edənlərin savabını verəcəkdir”.

Əbu Cəfər Məhəmməd b. Əli (imam Məhəmməd ət-Təqi (ə.s))– nin belə dediyini eşitdim: “Tusun iki dağı arasında bir yer var ki, cənnət məkanıdır. Hər kim oraya girsə, qiyamət günü oddan amanda olar”


Mənə Məhəmməd b. Əli əl-Məcləveyh (r.ə) danışdı, dedi ki: Əli b. İbrahim mənə atasından, o Əbdüləzim b. Abdullah əl-Həsənidən, o da Əbu Cəfər Məhəmməd b. Əli ər-Rza (imam Məhəmməd ət-Təqi (ə.s))-dan danışdı, dedi ki: “Atamı Tusda haqqını bilərək, ziyarət edənə, Allah tərəfindən cənnətin verilməsinə zamin olaram”.


Ər-Rza (imam Əli ər-Rza (ə.s))-nın belə dediyini eşitdim: “Dostlarımdan hər kim, haqqımı tanıdığı halda məni ziyarət edərsə, qiyamət günü ona şəfaətçi olaram”.


Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s)) dedi ki: “Yer üzünün Xorasan bölgəsində, Tus deyilən bir şəhərdə nəvəm (imam Əli ər-Rza (ə.s)) şəhid ediləcəkdir. Kim onun haqqını tanıyaraq (bilərək) onu ziyarət edərsə, Qiyamət günü o kimsənin əlindən tutular və cənnətə aparılar, hətta böyük günah əhlindən olsa belə“. Dedim ki: “Sənə fəda olum! Onun haqqını tanımaq nədir?” İmam (ə.s) dedi ki: “Onun itaəti fərz olan şəhid imam olduğunu bilməyindir. Kim onun haqqını tanıyaraq (bilərək) onu ziyarət edərsə, Allah Təala o adama Rəsulullah (s.) ilə birlikdə döyüşdə şəhid olan 70 şəhidin savabını verər. “
(Şeyx Səduq (r.ə), “Uyunu Əxbar ər-Rza (ə.s)”,ğ 2/285-297, bab 66)

Bəşir Badkubei
Məşhəd ziyarətinə getmək istəyənlər üçün elan. Hər cür şərait ilə Məşhəd ziyarətləri təşkil ediirk . əlaqə 055 811 23 91 vatsap
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.