Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Peyğəmbərin (s) imam Əliyə (ə) nəsihətləri

Peyğəmbərin (s) imam Əliyə (ə) nəsihətləri
0
  • 14 avqust 2016
  • Bölmə: Hədislər
  • Baxış: 3 031
  • Şərhlər: 0
  • Müəllif: admin
Mətndə qrammatik səhv var?
Peyğəmbərin (s) imam Əliyə (ə) nəsihətləri


Peyğəmbərin (s.a.a.s) imam Əliyə (ə) nəsihətləri.

Ey Əli! Elə ki, gördün camaat müstəhəbbi əməllə məşğuldur, sən vaciblərlə məşğul ol. Elə ki, gördün camaat dünya işləri ilə məşğuldur, sən axirət işləri ilə məşğul ol. Elə ki, gördün camaat başqalarının eyiblərini axtarmaqla məşğuldur, sən öz eyiblərini axtarmaqla məşğul ol. Elə ki, gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz axirətini zinətləndirməklə məşğul ol. Elə ki, gördün camaat əməlini artırmaqla məşğuldur, sən əməllərinin ixlası ilə məşğul ol. Elə ki, gördün camaat məxluqatın ətəyindən tutub, sən Xaliqin ətəyindən yapış.

Ey Əli! Bir neçə şeyi şəxsən sənin özünə tapşırıram. Onları heç vaxt unutma! Allahdan istəyirəm onları yerinə yetirməkdə sənə yardımçı olsun.

1. Doğru danışmaq, məbada ağzından yalan söz çıxsın!

2. Təqva, məbada xəyanət etmək cəsarətində olasan!

3. Allahdan elə qorx ki, sanki onu görürsən.

4. Allah qorxusundan çox ağla. Belə etsən behiştdə səndən ötrü min ev hazırlanar.

5. Malını və canını din yolunda fəda et.

6. Namaz, oruc, sədəqə və mənim sünnəmə ciddi riayət et!

Sonra üç dəfə buyurdu: "Gecə namazını əldən vermə!” Sonra üç dəfə də buyurdu: "Zöhr namazını da əldən vermə! Hər bir halda Quran oxu! Namaz halında əllərini qaldır, dəstəmaz alan zaman dişlərini yumağı unutma. Xoş xasiyyət ol və pis xasiyyətləri özündən uzaqlaşdır. Əgər mənim bu dediklərimə riayət etməsən, özündən başqa heç kəsi günahlandırma!”

Hər kəs gününü bu işləri yerinə yetirməmiş başa vursa həmin günə zülm edib və Allahın əzabına düçar olar; hər hansı bir haqqı yerinə yetirmək, hər hansı vacib bir əməli yerinə yetirmək, elm öyrənmək, xeyir bir işin təməlini qoymaq, yaxşı ad qazanmaq, böyük bir iş həyata keçirmək.

Allah-təala buyurub: ”Ey Adəm övladı! Hər gün ruzin çatır, lakin qəmginsən. Hər gün ömründən azalır, lakin şadsan. Sənə kifayət edəcək miqdarın çatır, sənsə tüğyanına səbəb olacaq artığın arxasınca gedirsən. Nə aza qane olursan, nə də çoxdan doyursan.”
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.