Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Novruz bayramı haqqında hədislər

Novruz bayramı  haqqında hədislər
+2
Mətndə qrammatik səhv var?

1. Kuleyni (329 h.q) «Əl-kafi»-də belə rəvayət edir: İbrahim Kərəxi deyir: İmam Sadiq (ə)-dan soruşdum: Mehreqan (İranda payız bayramı) və Novruz günü mənə gətirilən hədiyyələri qəbul edim, ya yox? Buyurdu: Onlar namaz qılandırlarmı? Dedim: Bəli. Buyurdu: Onların hədiyyəsini qəbul edin və əvəzini verin. Rəsuləllah (s) belə buyurub: Əgər mənim üçün keçi budu hədiyyə gətirsələr, qəbul edərəm və bu dindarlığın bir əlamətidir. Əgər bir kafir, ya münafiq mənə inək, ya qoyun budu hədiyyə gətirsə qəbul etməyəcəyəm və bu da dindarlığın bir əlamətidir. Allah-Taala münafiq və müşrikin hədiyyələrini bizə rəva bilməyib. 2. Şeyx Səduq (381 h.q) «Mən la yəhzuruhul-fəqih» kitabında belə bir hədis nəql edir: Əli (ə) üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Ey Əmirəl-möminin, bu gün iranlıların Novruzudur. Bu günü onlar bayram edib, bir-birinə hədiyyələr bağışlayırlar». Buyurdu: «Bizim hər günümüzü Novruz edin». 3. Noman ibn Muhəmməd Təmimi (363 h.q) «Dəaimul-İslam» kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Bu gün Novruzdur». Buyurdu: «Əgər edə bilsəniz, hər günü Novruz edin» (yəni Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin). 4. Şeyx Tusi: «Misbahul-mutəhəccid» kitabında bir hədis nəql edir: İmam Sadiq (ə) Novruz günündə buyurdu: «Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində «Həmd» və 10 dəfə «Qədr» surələrini, 2-ci rəkətində «Həmd» və 10 dəfə «Kafirun» surələrini, 3-cü rəkətində «Həmd» və 10 dəfə «Tovhid» surələrini və 4-cü rəkətdə «Həmd», «Fələq» və «Nas» surələrini de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik günahların bağışlanar». 5. İbn Fəhd Hilli (841 h.q) «Əl-muhəzzəbul-bare» kitabından bir rəvayət gətirir: İmam Sadiq (ə) buyurur: «Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...» 6. Əllamə Məclisi (1111 h.q) «Biharul-ənvar»da belə qeyd edir: Xuneysin oğlu Muəlla deyir: Novruz günü İmam Sadiq (ə)-ın yanına getmişdim. İmam (ə) buyurdu: «Bu günün qiymətini bilirsənmi?» Dedim: «Sənə qurban olum! Bu günü farslar əziz tutarlar və bir-birinə hədiyyə verərlər». Buyurdu: «Kəbənin Allahına and olsun ki, bu qədim bir adətdir». Dedim: «Ey sərvərim! Sizin bunu mənə açıqlamanız əzizlərimizin dirilməsindən və düşmənlərin məhv olmasından daha vacib olar». O zaman buyurdu: «Ey Muəlla! Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh (ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə (s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət etmələrinə göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür. 7. Muhəddis Nuri (1320 h.q) «Mustədrəkul-vəsail»də Hüseyn ibn Həmədanın kitabından yazır: Mufəzzəl ibn Əmr, İmam Sadiq (ə)-dan nəql edib: Allah-Taala buyurmuşdur: «Novruz günü mənim yanımda əzəmətli və ehtiramlı bir gündür. Hər bir mömin bu gündə məndən hacət istəsə, onu yerinə yetirəcəyəm».

İnkar edən hədislər

1. Qütbəddin Ravəndi «Lubbul-lubab» kitabında belə deyir: Allahın Rəsulu (s) buyurmuşdur: «İki günü sizin üçün iki günlə əvəz etdim: (yəni) Novruz və Mehriqanı Fitr və Qurban bayramı ilə əvəz etdim». İbn Şəhri Aşub (588 h.q) «Əl-mənaqib» kitabında rəvayət edir: Xəlifə Mənsur İmam Kazım (ə)-dan Novruzla əlaqədar olaraq, təbrik etmək və hədiyyələr almaq üçün, taxta əyləşməsini istədi. Həzrət (ə) onun cavabında buyurdu: «Mən cəddim Rəsuləllahın hədisləri arasında bu bayramı təsdiqləyən bir hədis tapmadım. Həqiqətən, bu farsların adət-ənənələridir. İslam dini onu ləğv etmişdir. İslamın ləğv etdiyi bir şeyi yerinə yetirməkdən Allaha pənah aparıram». Mənsur dedi: «Bu işi hərbiçiləri idarə etməyə görə yerinə yetirirəm və sizi Allaha and verirəm, əyləşin». O zaman Həzrət (ə) qəbul etdi. Hökmdar və hərbiçilər təbrik üçün gəldilər və özləri ilə hədiyyələr gətirdilər. Mənsurun xidmətçisi Həzrətin (ə) başı üstə dayanaraq hədiyyələri sayırdı. Sonuncu şəxs yaşlı bir qoca idi. İmam Kazım (ə)-a dedi: «Ey Allah Rəsulunun qızının övladı! Mən yoxsul bir kişiyəm və hədiyyə veriləsi pulum yoxdur, lakin mənim babamın sizin babanız Hüseyn (ə) barəsində yazdığı bir neçə beyt şeri sizə hədiyyə verirəm». Həzrət (ə) buyurdu: «Sənin hədiyyəni qəbul etdim. Əyləş, Allah sənə bərəkət verər!» Mərasim bitdikdən sonra Həzrət (ə) Mənsurun xidmətçisini hədiyyələr barəsində məlumat vermək üçün xəlifənin yanına göndərdi. Xidmətçi gedib qayıtdıqdan sonra dedi: Xəlifə buyurdu ki, «Bu hədiyyələr sizinkidir». İmam Kazım (ə) o qocaya buyurdu: «Bu malları hədiyyə olaraq qəbul et». Novruzun tənqidi barəsində olan bu hədislər heç bir cəhətdən düzgün və etibarlı deyildir. Belə ki: Birinci rəvayət Hacı Nurinin (1320 h.q) «Mustədrəkul-vəsail» kitabından götürülmüş və 5-ci əsrin alimlərindən olan Qütbəddin Ravəndiyə aid edilmişdir. Bu rəvayət tarixi mənbələrdə mövcud deyil. İkinci rəvayət isə, İbn Şəhri Aşubun «Əl-mənaqib» kitabında qeyd olunub. Lakin bu mənbə də çox şübhəlidir. (Onun nə müəllifi, nə də İbn Şəhri Aşubun qeyd etdiyi mənbə məlum deyil.) Rəvayət olunmuş 7 hədis toplusunun isə çox etibarlı sənədi var. Bir çox din alimləri Novruz bayramının fəzilətlərini birbaşa və dolayı yollarla dəstəkləyən rəvayətlər və hikmətlər nəql etmişlər.

Novruz İslami bir bayram deyil. doğrudur Novruz haqqında gələm məzəmmətedici rəvayətlər zəifdir lakin Novruzun bayram olduğunu bildirən rəvayətlər də zəifdir. içərisində Novruza yer verilməyinə baxmayaraq Novruzun bayram olmağına dəlalət etməyən bəzi hədislər də vardır. bunları Şeyx əs-Səduq və Kuleyni r.a rəvayət etmişdirlər. Şeyx əs-Səduq r.a deyir:

و " اتي علي عليه السلام بهدية النيروز، فقال عليه السلام: ما هذا؟ قالوا: يا أمير المؤمنين اليوم النيروز، فقال عليه السلام: اصنعوا لنا كل يوم نيروزا "
Əli a.s-a Novruz hədiyyəsi gətirdilər, imam a.s dedi: "bu nədir?" dedilər: "ey Möminlərin Əmiri (bu) Novruz günüdür." imam a.s dedi: "hər günü novruz edin."

وروي أنه قال عليه السلام: " نيرزونا كل يوم "
və rəvayət edilir ki, o a.s demişdir: "Bizim hər günümüz novruzdur."

وروى الحسن بن محبوب، عن إبراهيم الكرخي قال: " سألت أبا عبد الله عليه السلام عن الرجل يكون له الضيعة الكبيرة، فإذا كان يوم المهرجان والنيروز أهدوا إليه الشئ ليس هو عليهم يتقربون بذلك الشئ إليه، فقال: أليس هم مصلين قلت: بلى، قال: فليقبل هديتهم وليكافهم "

və Həsən b. Məhbub İbrahim əl-Kərxidən belə rəvayət etmişdir: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan tarlası olan bir şəxs haqqında soruşdum ki, Mehrəqan və ya Novruz günündə ona hədiyyələr verirlər, o bu hədiyyələri onlardan götürsünmü? imam a.s dedi: "Onlar namaz qılandırlarmı?" Dedim: "Bəli." imam a.s dedi: "Gərək onların hədiyyəsini alsın və əvəzini versin."

Şeyx əs-Səduq "Fəqih", 3/300-301, Hədiyyə, onun müstəhəbləri və əhkamı babı, hədis 4073, 4074 və 4078
http://shiaonlinelibrary.com/الكتب/1151_من-لا-يحضره-الفقيه-الشيخ-الصدوق-ج-٣/الصفحة_300#top

burada yazdığım sonuncu (İbrahim əl-Kərxinin imam Cəfər əs-Sadiq a.s-dan rəvayət etdiyi) hədisi Kuleyni "əl-Kafi", 5/141-142, Hədiyyə babı, hədis 2-də rəvayət etmişdir.
online link: http://www.al-shia.org/html/ara/books/lib-hadis/al-kafi-5/06.htm#19

buradaki hədislərin birinci və ikincisi sənədsizdir.

Xülasə bu Novruzu din bayramı bilən heç bir alim olmamışdır.

بشير البادکوبي

Bəşir Badkubei.
Vəlhəmdulilləh.
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.