Təbliğ ayəsi
Təbliğ ayəsi / آية التبليغ
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Əziz qardaşlarımız Qurani-Kərim işığında Əhli-Beytin (ə.s) vilayətinin dəlillərini sizə təqdim etməyə davam edirik. Bu çalışmamızda “Təbliğ ayəsi” dediyimiz Maidə surəsinin 67-ci ayəsi haqqında əhli sünnə mənbələrindən hədislər çatdıracağıq. Allah (c.c) bu ayədə buyurur ki:
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Onun verdiyi peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyar. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz.
Maidə surəsi 67-ci ayə
Bu ayə Qədir-Xum günü nazil olmuşdur və ayədə “Rəbbindən sənə nazil olanı” ifadəsi ilə imam Əli (ə.s)-ın xilafəti nəzərdə tutulmuşdur. Bu barədə şiə və sünni mənbələrində səhih sənədlərlə Əhli-Beyt (ə.s) və səhabə (r.ə)-dan hədislər rəvayət edilmişdir. Burada onlardan bir neçəsini çatdıracağıq.
1. Şiə mənbəli hədislər: Şiə alimlərindən Səffar, Kuleyni, Əyyaşi, Əli b. İbrahim əl-Qummi kimi böyük mühəddislər ayənin təfsiri barəsində müxtəlif sənədlərlə imamlar (ə.s) və səhabələr (r.ə)-dan bir çox hədis rəvayət etmişdirlər. Burada nümunə olaraq Kuleyni (r.ə)-ın rəvayət etdiyi 2 hədisi bölüşəcəyik.
Şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barədə ittifaq edilmiş olan Siqatul-İslam (İslamın etbiarı) Kuleyni (r.ə)-ın “əl-Kafi” kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
علي بن إبراهيم، عن ابيه، عن ابن أبي عمير، عن عمر بن اذينة، عن زرارة والفضيل بن يسار، وبكير بن أعين ومحمد بن مسلم وبريد بن معاوية وأبي الجارود جميعا عن أبي جعفر (عليه السلام) قال: أمر الله عزوجل رسوله بولاية علي وأنزل عليه ” إنما وليكم الله ورسوله والذين آمنوا الذين يقيمون الصلاة ويؤتون الزكاة ” وفرض ولاية أولي الامر، فلم يدروا ما هي، فأمر الله محمدا (صلى الله عليه وآله) أن يفسر لهم الولاية، كما فسر لهم الصلاة، والزكاة والصوم والحج، فلما أتاه ذلك من الله، ضاق بذلك صدر رسول الله (صلى الله عليه وآله) وتخوف أن يرتدوا عن دينهم وأن يكذبوه فضاق صدره وراجع ربه عزوجل فأوحى الله عزوجل إليه ” يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس ” فصدع بأمر الله تعالى ذكره فقام بولاية علي (عليه السلام) يوم غدير خم، فنادى الصلاة جامعة وأمر الناس أن يبلغ الشاهد الغائب
Əli b. İbrahim mənə atasından, o ibn Əbu Umeyrdən, o Ömər b. Uzeynədən, o Zürarə, Fudayl b. Yəsar, Bukeyr b. Ayən, Məhəmməd b. Müslim, Bureyd b. Müaviyə və Əbul Caruddan, bunların hamısı birlikdə Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s))-dan rəvayət etdilər ki: “Allah əzzə və cəllə Rəsuluna, Əlinin vilayətini əmr etdi və ona bu ayəni endirdi: “Sizin vəliniz ancaq Allah, Onun Rəsulu və iman gətirənlərdir. Onlar ki, namazı qılırlar və rukuda ikən zəkat verirlər” (Maidə, 55) Bundan başqa əmir sahibinin vilayətini fərz qıldı. Amma Müsəlmanlar bunun nə demək olduğunu anlamadılar. Bunun üzərinə uca Allah, Məhəmməd (s.) -ə namazı, zəkatı, orucu və həcci izah etdiyi kimi vilayəti də onlara açıqlamasını əmr etdi. Bu əmr, Allah tərəfindən gəlincə, Rəsulullahın sinəsi, bu əmr qarşısında sıxıldı. Bunu eşidən bəzi adamların dinlərindən dönməyindən və özünü yalanlamalarından narahat oldu. Sinəsi bu narahatçılıqla sıxıntılı ikən Rəbbinə müraciət etdi. Allah əzzə və cəllə ona bu ayəni vəhy etdi: “Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Onun elçiliyini yerinə yetirməmiş olarsan. Allah insanlardan səni qoruyacaq” (Maidə, 67) Bunun üzərinə Rəsulullah (s.) Allah-Təalanın əmrini aşkar bir şəkildə çatdırdı. Qədir-Xum günündə Əlinin vilayətini elan etdi. Bu məqsədlə insanları camaat namazına çağırdı və hazır olanların orada olmayanlara bunu çatdırmasını əmr etdi”.
قال عمر بن اذنية: قالوا جميعا غير أبي الجارود – وقال أبوجعفر (عليه السلام): وكانت الفريضة تنزل بعد الفريضة الاخرى وكانت الولاية آخر الفرائض، فأنزل الله عزوجل “اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي” قال أبوجعفر (عليه السلام): يقول الله عزوجل: لا انزل عليكم بعد هذه فريضة، قد أكملت لكم الفرائض
Ömər b. Uzeynə dedi ki: Əbu Carud xaric hər kəs dedi: Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s)) dedi ki: “Gümanlar bir-birinin ardınca nazil olurdular ki, Vilayət vacib əməllərin ən sonuncusudur. Allah əzzə və cəllə bu ayəni endirdi: “Bu gün sizin üçün dininizi kamil etdim və üzərinizdəki nemətimi tamamladım”. (Maidə, 3) Allah bu ayədə bizə bunları deyir: “Bundan sonra üzərinizə hər hansı bir fərz enməyəcəkdir. Artıq sizin üçün fərzləri kamil etdim.”
Kuleyni (r.ə), “əl-Kafi”, 1/173-174, Höccət kitabı, bab 64, hədis 4
محمد بن الحسين وغيره، عن سهل، عن محمد بن عيسى، ومحمد بن يحيى ومحمد بن الحسين جميعا، عن محمد بن سنان، عن إسماعيل بن جابر وعبد الكريم بن عمرو، عن عبد الحميد بن أبي الديلم، عن أبي عبد الله عليه السلام قال:
فلما رجع رسول الله صلى الله عليه وآله من حجة الوداع نزل عليه جبرئيل عليه السلام فقال: ” يا أيها الرسو بلغ ما انزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين (6) ” فنادى الناس فاجتمعوا وأمر بسمرات فقم شوكهن، ثم قال صلى الله عليه وآله: [يا] أيها الناس من وليكم وأولى بكم من أنفسكم؟ فقالوا: الله ورسوله، فقال: من كنت مولاه فعلي مولاه، اللهم وآل من والاه، وعاد من عاداه – ثلاث مرات – فوقعت حسكة النفاق في قلوب القوم وقالوا: ما أنزل الله جل ذكره هذا على محمد قط وما يريد إلا أن يرفع بضبع ابن عمه
Məhəmməd b. Hüseyn və başqaları mənə Səhl b. Ziyaddan, o Məhəmməd b. İsadan və yenə Məhəmməd b. Yəhya mənə Məhəmməd b. Hüseyndən, bunların hamısı Məhəmməd b. Sinandan, o İsmayıl b. Cabir və Əbdülkərim b. Əmrdən, o Abdulhumeyd b. Əbu Deyləmdən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s))-dan rəvayət etdi, dedi ki: “Nəbi (s.) vida həccindən qayıdarkən Cəbrail endi və ona belə dedi: “Ey Rəsul! Bildir sənə Rəbbindən endirilən əmri və əgər bu təbliği ifa etməsən Onun peyğəmbərliyini etməmiş olarsan və Allah səni insanlardan qoruyar. Şübhə yox ki Allah, kafir olan qövmə, doğru yola getmək məqamında uğur verməz”. (Maidə, 67) Bunun üzərinə Nəbi (s.) insanlara səsləndi və toplanmalarını istədi. Muqaylan ağaclarının tikanlarını təmizləyərək üzərinə oturub ətrafında halqa təşkil etmələrini istədi. Sonra bunları dedi: “Ey insanlar! Sizin vəliniz və sizin üçün nəfsinizdən daha əvvəl gələn kimdir”? Dedilər: “Allah və Rəsuludur”. Bunun üzərinə belə buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım, onu dost tutanı sən də dost tut, ona düşmən olana sən də düşmən ol” – Bunu üç dəfə təkrarladı – Bunun üzərinə bəzilərinin ürəyinə nifaq tikanı girdi və dedilər ki: “Allah, Məhəmmədə belə bir şeyi qətiyyən nazil etməyib. O, belə etməklə, əmisi oğlunun əlini qaldırmaqdan, onu yüksək bir mövqeyə gətirməkdən başqa bir şey istəmir. “
Kuleyni (r.ə), “əl-Kafi”, 1/176-178, Dəlil kitabı, bab 65, hədis 3
Burada söylədiyimiz ilk hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və sənədi müttəsildir, Əllamə II Məclisi (r.ə) “əl-Kafi” şərhi olan “Miratul-Uqul” kitabında hədis haqqında deyir ki:
الحديث الرابع: حسن
Dördüncü hədis: Həsən
II Məclisi (r.ə), “Miratul-Uqul”, 3/250
Və yenə də Şeyx Hadi ən-Nəcəfi (r.ə) bu hədisi “Məvsuat əhadisi-Əhli-Beyt (ə.s)” adlı kitabında “əl-Kafi”- dən nəqlən rəvayət etdikdən sonra hədis barədə deyir ki:
الرواية صحيحة الإسناد
Rəvayətin sənədi səhihdir.
Şeyx Hadi ən-Nəcəfi (r.ə), “Məvsuat əhadisi-Əhli-Beyt (ə.s)”, 8/415, hədis 10368
Burada paylaşdıqlarımız, Şiə mənbələrində ayənin təfsiri haqqında rəvayət edilmiş olan onlarca hədisdən yalnız ikisidir. Yuxarıda da dediyimiz kimi, ayənin təfsiri haqqında daha bir çox hədis vardır. Amma indi tələsik hazırlanmış olan bu məqalədə yalnız bunları paylaşa bildik. İnşəallah irəlidə Şiə mənbələrində yer alan bu hədislərdən səhih olanları seçib məqaləyə əlavə edəcəyik.
2. Sünni mənbəli hədislər: Əhli-Sünnə mənbələrində də bu ayənin Qədir-Xum günü nazil olduğunu göstərən hədislər mövcuddur. Bu hədisləri ibn Əbu Xatəm və ibn Mərdəveyh kimi əhli sünnənin böyük hədis alimləri və hafizləri rəvayət etmişdirlər.
Şəkildə gördüyünüz əhli sünnə alimi ibn Əbu Hatəmin “Təfsiri ibn Əbi Hatəm” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:
حَدَّثَنَا أبي ثنا عثمان بن حرزاد، ثنا إِسْمَاعِيلُ بْنُ زَكَرِيَّا، ثنا عَلِيُّ بْنُ عَابِسٍ عَنِ الأَعْمَشِ ابنى الْحجابِ، عَنْ عَطِيَّةَ الْعَوْفِيِّ عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ:نَزَلَتْ هَذِهِ الآيَةُ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ فِي عَلِيِّ بْنِ أَبِي طَالِبٍ
Mənə atam rəvayət etdi, dedi ki: Mənə Osman b. Hərzad rəvayət etdi, dedi ki: Mənə İsmayıl b. Zəkəriyyə rəvayət etdi, dedi ki: Əli b. Abis mənə Aməş və Əbu Hacibdən, o Atiyyə əl-Uvfidən, o da Əbu Səid əl-Hudridən rəvayət etdi, dedi ki: “”Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et”. (Maidə, 67) ayəsi Əli b. Əbu Talib haqqında enmişdir”.
İbn Əbu Xatəm, “Təfsiri-ibni Əbu Xatəm”, 4/1172, hədis 6609
Hədisi ibn Əsakir “Tarixi-Dəməşq”, 42/237-də və Vahidi “Əsbab ən-Nüzul”, səhifə 115-də Əli b. Abisə qədər öz sənədləri ilə ondan sonra isə ibn Əbi Hatəmin sənədi ilə rəvayət etmişdirlər. Burada hədisin sənədi haqqında bunu deməyi lazım bilirik ki, “Təfsiri ibni Əbi Hatəm” kitabında bu hədisin sənədi “Aməş b. Hacib” şəklində keçir. Halbuki Aməş ilə ibn Hacib ikisi eyni təbəqədə olan 2 ayrı ravidirlər. Yəni doğrusu, burada “Aməş b. Hacib ” deyil, ” Aməş və ibn Hacib” şəklində olmalıdır. Necəki ibn Əsakir və Vahidinin kitablarında da bu şəkildədir.
Hədisin səhihliyinə gəlincə, hədisin raviləri siqa (etibarlı) və sənədi müttəsildir. Təfsirin müəllifi olan ibn Əbu Hatəm özü kitabının müqəddiməsində təfsirinə ancaq səhih hədisləri aldığını bildirmişdir, bax: İbn Əbu Xatəm, “Təfsiri-ibni Əbu Xatəm”, səhifə 14
Yenə başqa bir əhli sünnə alimi olan əs-Suyuti bu ayənin təfsirində həm ibn Əbi Hatəmi rəvayət etdiyi hədisi və həmdə bir başqa hədisi rəvayət etmişdir. Əs-Suyuti ayənin təfsirində deyir ki:
وأخرج ابن أبي حاتم وابن مردويه وابن عساكر عن أبي سعيد الخدري قال: نزلت هذه الآية يا أيها الرسول بلغ ماأنزل اليك من ربك على رسول الله صلى الله عليه وسلم يوم غدير خم في علي بن أبي طالب
İbn Əbi Xatəm, ibn Mərdəveyh və ibn Əsakir Əbu Səid əl-Xudridən belə rəvayət etmişlər: “Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et” ayəsi Qədir-Xum günü Əli b. Əbu Talib haqqında enmişdir.
وأخرج ابن مردويه عن ابن مسعود قال: كنا نقرأ على عهد رسول الله صلى الله عليه وسلم يا أيها الرسول بلغ ماأنزل اليك من ربك ان عليا مولى المؤمنين وان لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس
İbn Mərdəveyh Abdullah b. Məsud (r.ə)-ın belə dediyini rəvayət etmişdir: Biz Rasulullah zamanında bu (Maidə 67-ci) ayəni belə oxuyardıq: “Ey Rəsul! Rəbbindən sənə nazil olanı, Əlinin möminlərin mövlası olduğunu təbliğ et”
Süyuti, “əd-Durrul-Mənsur”, Maidə surəsi 67-ci ayənin təfsiri hissəsi
Vəlhamdulillahi Rəbbil aləmin.
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.